Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP növbəti dəfə parçalanma ərəfəsində...

AXCP növbəti dəfə parçalanma ərəfəsində...

12.10.2016 [10:05]

Pərviz Sadayoğlu

Partiyanın rayon şöbələri Əli Kərimliyə xəbərdarlıq edib - etimadsızlıq məsələsi yenidən gündəmə gəlib
Ötən ilin payızında Etimad Qurultayının keçirilməsi ilə bir daha parçalanmaya məruz qalan AXCP-də yenə daxili qarşıdurmalar şiddətlənib. Belə ki, partiyanın Əli Kərimlinin rəhbərliyi altında olan hissəsində sədrə qarşı etimadsızlıq məsələsi yenidən gündəmə gəlib. Əslində, bu, tamamilə gözlənilən idi. Daha dəqiq desək, referendumdan öncə Əli Kərimlinin qondarma “Milli şura” adı altında keçirdiyi son “mitinq”lərə rayon təşkilatlarının qatılmaması, eləcə də sosial şəbəkələrdə AXCP sədrinin tutduğu xəyanətkar mövqeyə qarşı sərt çıxışların olması belə bir parçalanmanın olacağını proqnozlaşdırmağa imkan verirdi. Partiyanın üzvlərinin həmin ərəfədəki çağırışları, həmçinin açıq şəkildə mitinqlərə qatılmamanı təşviq etməsi bir daha Ə.Kərimlinin rəhbərliyi altında olan hissə daxilində yeni müxalif fraksiyanın yaranmasından xəbər verirdi. Partiyanın Şəki rayon şöbəsinin üzvü və ötən il keçirilən qurultayda Əli Kərimlinin alternativi olmuş Sahib Kərimlinin sosial şəbəkələrdə etirazlarına görə, qondarma “Milli şura” üzvlüyündən çıxarılması isə bu istiqamətdəki gərginliyi daha da artırmışdı.
Yeri gəlmişkən, yayılan məlumatlara görə, Ə.Kərimli öz rəqibini partiyadan tam uzaqlaşdırmaq istəsə də, bu, mümkün olmayıb. KİV-də yayılan məlumatlarda deyilir ki, AXCP sədrinin müavini Gözəl Bayramlı partiyanın Şəki rayon təşkilatının üzvlərinə Sahib Kərimlinin tərəfinə keçməmələri üçün Qurana əl basdırsa da, nəticə Əli Kərimlinin arzuladığı kimi olmayıb. Şəkili AXCP üzvləri Sahib Kərimlinin partiyadan çıxmasına səs verməyib, əksinə, Əli Kərimlinin nümayəndəsi olan Gözəl Bayramlıya xəbərdarlıq ediblər. O da bildirilir ki, təkcə Şəki deyil, digər rayon şöbələri də Əli Kərimlinin fəaliyyəti ilə razı deyil və onun əməlləri artıq “cizgiləri aşır”. Rayon “cəbhəçi”ləri bildiriblər ki, Əli Kərimli partiyanı öz şəxsi arzuları əsasında idarə edir, fərqli fikir bildirən hər bir partiya üzvü onun “qəzəbinə” düçar olur və nəticədə AXCP-dən uzaqlaşdırılır. Partiya üzvləri Əli Kərimlinin apardığı avtoritar idarəçilikdən bezdiklərini, hətta sosial şəbəkələrdə belə yazdıqları fikirlərə görə onun hədəfinə çevrildiklərini deyiblər. Avtoritar idarəçiliyə son verilməyəcəyi təqdirdə isə AXCP Şəki rayon şöbəsi də daxil olmaqla bir sıra rayon təşkilatının Əli Kərimliyə etimadsızlıq göstərəcəyi bildirilib.
Vurğulandığı kimi, artıq partiyada yeni bölünmə “havaları” çalınmaqdadır. Uzun illərdir fərqli fikirlərə qarşı dözümsüzlük nümayiş etdirən, fərqli fikir səsləndirən şəxsləri birmənalı şəkildə AXCP-dən uzaqlaşdıran Əli Kərimli yenə də dalana dirənib. Artıq partiya üzvləri Ə.Kərimlidən son bir neçə ildə partiyaya daxil olan ianələrlə bağlı da hesabat istəyirlər.
Eyni zamanda, bütün siyasi məqsədli oyunları kimi, Ə.Kərimlinin ucuz “mitinq şoular”ı da özünün fiaskosu ilə nəticələnib. Artıq AXCP üzvləri “mitinq” adlandırılan bu cür ucuz tamaşaların əleyhinə olduqlarını açıq şəkildə göstərirlər. Həmin şəxslər xalqın bu partiyaya inamsızlığını görür və AXCP-nin bu yolla gündəmə gələ bilməyəcəyini dərk edirlər.

Paylaş:
Baxılıb: 921 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31