Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlıq Avropa İttifaqı üçün strateji prioritetdir

Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlıq Avropa İttifaqı üçün strateji prioritetdir

15.05.2013 [10:38]

Nurlan Qələndərli

Müstəqil daxili və xarici siyasət kursuna malik olan, regional təhlükəsizliyin qarantı kimi çıxış edən, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqard yerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən və beynəlxalq təşkilatdan asılı olmayan, ali demokratik dəyərlərin təşəkkül tapdığı bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Avropa İttifaqı üçün, sözün əsl mənasında, həyati əhəmiyyət kəsb edir
Müasir beynəlxalq münasibətlər sisteminin suveren və nüfuzlu aktoru olan Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avroatlantik məkana inteqrasiya təşkil edir. Dövlətimiz məhz bu cür paritet inteqrasiyanın fonunda Avroatlantik məkanın başlıca təsisatları ilə özünün milli maraqları əsasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir. Bu cür münasibətlərdən birini isə Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri təşkil edir.
Ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında geniş sahəni əhatə edən dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Məhz bu cür qarşılıqlı etimad mühiti və dərin əməkdaşlığın fonunda Aİ Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət kursunu təqdir etməkdədir.
Azərbaycanla Aİ arasındakı münasibətlərin mütəmadi inkişaf tendensiyasına malik olmasını özündə əks etdirən başlıca göstəricilər məhz tərəflər arasındakı əlaqələrin ötən zaman kəsiyindəki dinamikasıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin legitim əsasları Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. Məlumat üçün qeyd edək ki, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ilin aprel ayında imzalanıb və 1999-cu il 1 iyul tarixində saziş tərəflərinin parlament orqanlarında ratifikasiya olunduqdan sonra qüvvəyə minib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin başlıca strateji məqsədi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının təmin olunması və ölkədə paritet əsasda fəaliyyət göstərən xarici və daxili iqtisadi operatorlar vasitəsilə açıq, bazar əsaslı leqal iqtisadiyyatın yaranmasını təmin etməkdir. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsasən, Azərbaycanla Avropa İttifaqı arasında üç əsas qurum yaradılıb. Bunlar Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi və Parlament əməkdaşlığı Komitəsidir. Qeyd edək ki, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) 105 maddədən və 5 əlavədən ibarətdir. Sazişin ilk bölməsi ümumi müddəalar adlanır və burada sazişin BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Yeni Avropa haqqında Paris Xartiyasına əsaslandığı bəyan olunur. İkinci bölmə siyasi dialoq haqqındadır, üçüncü bölmə isə mal ticarəti adlanır və burada ən əlverişli rejimin aid olduğu sahələr, azad ticarət prinsipi əks olunub.
Qeyd etmək lazımdır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması Avropa Yeni Qonşuluq Siyasəti ilə mümkün olub. Məlumat üçün qeyd edək ki, Avropa Yeni Qonşuluq Siyasətinin reallaşdırılmasına 2004-cü ildən başlanıb və onun başlıca strateji məqsədi Avropa İttifaqı ilə qonşu ölkələr arasında yeni parçalanma hallarının qarşısını almaq, davamlı və stabil təhlükəsizlik və firavanlığı təmin etməkdir. Avropa Yeni Qonşuluq Siyasətinin (AYQS) əsas mexanizmini ikitərəfli qaydada razılaşdırılan Fəaliyyət Planı təşkil edir. Bu plan Cənubi Qafqaz ölkələri ilə 2006-cı ildə razılaşdırılıb. Plana əsasən, əməkdaşlıq zamanı qısa və orta müddətə həyata keçiriləcək iqtisadi və siyasi islahatların siyahısı verilir, atılacaq konkret addımlar müəyyənləşdirilir. Azərbaycan Respublikası - Avropa İttifaqı Fəaliyyət Planı 14 noyabr 2006-cı il tarixində Brüsseldə, Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilib.
2006-cı ildə Avropa Yeni Qonşuluq Siyasəti fəaliyyətə başladıqdan sonra 31 dekabr 2006-cı ildən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin əsas maliyyə vasitəsi olan TACİS proqramı, Yaxın Şərq və Aralıq dənizi ölkələri üzrə MEDA proqramı və digər tematik planlar öz fəaliyyətini yekunlaşdırıb və Avropa Yeni Qonşuluq Siyasətinin təqdimatı ilə bütün tərəfdaşlıq ölkələri üçün yeni və vahid olan Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti təklif olunub. Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin əsas məqsədləri ümumi iqtisadi sistemin sabit inkişaf etməsi üçün edilən səylərin artırılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılması və dövlət sektorunun müasirləşdirilməsinə, vergi və gömrük qanunvericiliklərində islahatların aparılmasına, neftdən gələn gəlir və özəlləşdirmə sahəsində şəffaflığın təmininə, Dünya Ticarət Təşkilatına daxilolma prosesində inkişafa əsaslanır.
Bir məqama xüsusi toxunmaq gərəkdir ki, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi ilk növbədə Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir:
Birincisi, Azərbaycanın rasional enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən Avropa İttifaqı üçün mühüm önəm daşıyır. Sirr deyil ki, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə, uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin, o cümlədən, Avropanın enerji strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə Avropa dövlətlərinin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
İkincisi, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir. Məhz bu amil də Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verməsini şərtləndirir.
Üçünüsü, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları, o cümlədən, bu gün Azərbaycanla əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olan Avropa İttifaqı ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını, həmçinin, sağlam əsaslara söykənən milli-mənəvi dəyərlərin cəmiyyət həyatının bütün sahələrinə sirayət etməsini yüksək qiymətləndirirlər. Bu gün Avropa İttifaqını Azərbaycanla əməkdaşlığa cəlb edən əsas amillər sırasında xalqımızın ali milli-mənəvi dəyərlərin daşıyıcısı olmasıdır. Beləliklə, milli-mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin iştirakçısı olduğu sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycandakı milli azlıqların - müxtəlif xalqların nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya cəlb olunması kimi pozitiv göstəricilər qurum tərəfindən olduqca yüksək qiymətləndirilir.
Yeri gəlmişkən, avropalı siyasətçilər və ekspertlər də tərəflər arasındakı əməkdaşlığın Avropa İttifaqı üçün daha mühüm əhəmiyyət daşımasını qeyd edirlər. Belə ki, “Vestnik Kavkaza” nəşrinin işıqlandırdığı Almaniyanın “Sollar” partiyasının (alman kommunistləri) deputatı Katrin Vernerin nitqində Azərbaycanla bağlı sözügedən məqamlar yer alıb. “ASDP və “Yaşıllar” nə üçün əmindirlər ki, Aİ ilə yaxınlaşmaq Azərbaycan üçün prioritet məsələdir? Axı, 2011-ci ildən Qoşulmamaq Hərəkatının rəsmi üzvü olan bu ölkə özünün iqtisadi qüdrətinin artması fonunda suveren, tarazlaşdırılmış siyasət yeridir. Aİ isə əksinə, özünün uğursuz böhran menecmenti ucbatından, başqa ölkələr üçün cəlbediciliyini xeyli itirmişdir. Bəs, Azərbaycan üçün Aİ ilə daha da yaxınlaşma stimulu nədən ibarətdir?”, - deyən Verner əlavə edib ki, enerji təhlükəsizliyi məsələsindən bəhs edərkən vurğulamaq lazımdır ki, Azərbaycan Aİ-dən yox, əksinə, məhz Aİ Azərbaycandan neft və qaz idxal edir.
K.Verner Azərbaycan sosial-iqtisadi siyasətinin təqdirəlayiq və uğurlu olduğunu diqqətə çatdırıb: “Azərbaycan iqtisadiyyatı çox dinamik inkişaf edir və bu sözlər təkcə enerji sektoruna aid deyildir. Azərbaycanda sosial siyasət xeyli genişlənmişdir. Yoxsulluq səviyyəsi xeyli azalmış, əhalinin gəlirləri isə nəzərə çarpacaq dərəcədə artmışdır”.
Deputat Azərbaycanın tolerantlıq nümunəsi olduğunu və sivilizasiyalararası dialoqa əhəmiyyətlıi töhfələr verdiyini bildirib: “Ölkə geosiyasi vəziyyət mürəkkəbliyinə və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin dünyəvi xarakteri və müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması üçün şərait qorunub saxlanmışdır”
Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, müstəqil daxili və xarici siyasət kursuna malik olan, regional təhlükəsizliyin qarantı kimi çıxış edən, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqard yerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən və beynəlxalq təşkilatdan asılı olmayan, ali demokratik dəyərlərin təşəkkül tapdığı bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Avropa İttifaqı üçün, sözün əsl mənasında, strateji prioritet qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, tərəflər arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Nəticə etibarilə, ekspertlər Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər. Proqnoz vermək mümkündür ki, perspektivdə yeni əməkdaşlıq platformaları müəyyənləşdiriləcək və münasibətlərin əhatə dairəsi daha da genişlənəcəkdir.

Paylaş:
Baxılıb: 1483 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30