Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimlinin ətrafındakı insanlar Razi Nurullayevin tərəfinə keçirlər

Əli Kərimlinin ətrafındakı insanlar Razi Nurullayevin tərəfinə keçirlər

10.12.2015 [10:11]

Pərviz Sadayoğlu

AXCP adı uğrunda mübarizə aparan tərəflər kompromat axtarışındadırlar
Əli Kərimli ilə Razi Nurullayev arasında AXCP adı uğrunda gedən mübarizə yekunlaşmaqdadır. Belə ki, Ədliyyə Nazirliyinin bu ada iddialı iki tərəfin öz problemlərinin həlli ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirməsinin ardından R.Nurullayevin rəhbərlik etdiyi tərəf Ə.Kərimli və dəstəsinin saxta qurultay keçirməsi ilə bağlı məhkəməyə müraciət edib.
Vurğulayaq ki, bu ilin avqustundan başlanan parçalanma prosesi aylardır davam edir. Ə.Kərimlinin muzdlu nümayəndələr ilə keçirdiyi “qurultay”da özünü sədr elan etməsinin ardından, ona etiraz edən “cəbhəçi”lər Razi Nurullayevin ətrafında toplanaraq Etimad Qurultayı keçirdilər və Əli Kərimlinin AXCP-dən çıxarıldığını bəyan etdilər. Hər iki tərəfin AXCP adına iddiası isə tərəfləri məhkəmədə üz-üzə gətirəcək.
Məsələ ilə bağlı KİV-ə açıqlamasında R.Nurullayev məhkəmə prosesinə hazır olduqlarını dilə gətirib. Onun sözlərinə görə, həm qurultayın sənədləri, həm qarşı tərəfin qüsurlu sənədləri, çatışmazlıqları, həm də sentyabrın 27-nə qədər mövcud olan qanunsuzluqlar, nizamnamə pozuntuları məhkəməyə təqdim ediləcək. Ə.Kərimlinin rəhbərlik etdiyi qruplaşmanın nizamnamənin tələblərini ciddi şəkildə pozduğunu deyən R.Nurullayev AXCP-nin nizamnaməsində qurultayın iki ildən bir keçirilməsi nəzərdə tutulsa da, Əli Kərimlinin qurultayı 4-5-6 ildən bir keçirdiyini dilə gətirib: “Yəni ürəyi istəyəndə bunu edir və özünü sədr elan edir. Hesab edirik ki, çox ciddi qanun pozuntuları var və bu pozuntulara əsasən, biz məhkəmədə udacağıq. Hüquqşünasların da dediyinə görə, Əli Kərimlinin AXCP sədri olaraq tanınması üçün heç bir şansı yoxdur”.
R.Nurullayev artıq Əli Kərimlinin yanında olanların onların tərəfinə keçdiyini bildirib. Onun sözlərinə görə, zaman-zaman bu proses davam edəcək: “Sadəcə, biz daha bu halları xəbərə çevirmirik, başımız partiya quruculuğuna qarışıb. Kənardan da gələnlər çoxdur. Artıq yalnız “cəbhəçi”lərin bura gəlişi baş vermir”.
Əslində, Ə.Kərimlinin nə üçün AXCP adı uğrunda mübarizə apardığı hər kəsə bəllidir. İllərdir ki, təmsil olunduğu partiyanın adını alver predmetinə çevirən, xarici anti-azərbaycançı dairələrdən ianələr alan Ə.Kərimli artıq onun yedəyinə çevrilmiş “Milli şura” adlanan qondarma qurumun işə yaramadığının fərqindədir. Bu səbəbdəndir ki, artıq adından başqa bir şeyi qalmayan AXCP Əli Kərimli üçün bu qədər qiymətə minib. Çünki hətta vaxtilə onunla birgə “Yurd” qruplaşmasında təmsil olunan şəxslərin Ə.Kərimlidən üz döndərməsi, ardından partiya üzvlərinin digər təşkilatlara, sonda R.Nurullayevin rəhbərlik etdiyi AXCP-yə keçməsi öz işini görür. Ə.Kərimli məhdud sosial şəbəkə dəstəsi ilə birgə yenidən AXCP adı altında öz şəxsi mənafeyi üçün çalışır.
Bir daha vurğulamaq gərəkdir ki, hər bir halda AXCP-nin yenidən bölünməsi prosesi davam etməkdədir. İllərdir ki, hətta sıravi üzvlərə qarşı repressiya siyasəti aparan, hər kəsi özündən narazı salan, xaricdən əldə etdiyi gəlirlərə tək yiyələnən Ə.Kərimli artıq yolun sonuna çatıb. Belə demək mümkündürsə, dekabrın sonu Əli Kərimli dəstəsinə aid AXCP-nin də sonu olacaq...

Paylaş:
Baxılıb: 1149 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30