Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Razi Nurullayev Əli Kərimlinin və ətrafındakıların AXCP-yə qəbul edilməyəcəyini bildirib

Razi Nurullayev Əli Kərimlinin və ətrafındakıların AXCP-yə qəbul edilməyəcəyini bildirib

21.10.2015 [09:59]

Pərviz Sadayoğlu

Yeni sədr Əli Kərimlini və komandasını “şeytan obrazına girmişlər” adlandırıb
Xəbər verildiyi kimi, AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsi (EQTK) oktyabrın 18-də partiyanın qurultayını keçirib. Qurultayda EQTK-nın rəhbəri Razi Nurullayev AXCP sədri seçilib. Qurultayda partiya nizamnaməsinə edilən dəyişikliyə görə isə bir şəxs iki dəfədən artıq bu postu tuta bilməz.
Beləliklə bu partiyada aylardır davam edən gərginlik son nəticədə Əli Kərimlinin AXCP sədrliyindən qovulması ilə yekunlaşdı. Ümumiyyətlə, son illər AXCP daxilində Ə.Kərimlinin apardığı avtoritar idarəetmə ilə bağlı narazılıq pik həddə çatmışdı. Bunun nəticəsi idi ki, Ə.Kərimlinin sədrlik postunu ələ keçirməsindən sonra partiya quruculuğunda iştirak etmiş insanlar AXCP-dən istefa verərək ayrıldıqlarını bildirdilər. Son aylarda isə ard-arda partiya üzvü olan gənclərin AXCP-dən qovulması, fərqli fikir səsləndirən şəxslərin repressiyaya məruz qalması “cəbhəçi”lərin səbr kasasını daşdırdı. Bununla da, partiya üzvləri Ə.Kərimlinin keçirdiyi saxta qurultayı qeyri-legitim elan edərək onu AXCP sədrliyindən uzaqlaşdırdılar.
Qeyd edək ki, yeni sədr R.Nurullayev mətbuata açıqlamasında Ə.Kərimlinin nəzarətdə saxladığı partiyanın rayon şöbələrinin də yenidən təşkilatlanması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini deyib. Onun sözlərinə görə, həqiqi qurultayla bağlı sənədlər hazırlanır və Ədliyyə Nazirliyinə təqdim olunacaq. Ə.Kərimlinin 2010-cu ildə sədr seçildiyini və dörd illik müddət keçəndən sonra da sədr kimi fəaliyyət göstərməsinin həm partiya nizamnaməsinə, həm də “Siyasi partiyalar haqqında” qanuna zidd olduğunu bildirən R.Nurullayev Ə.Kərimlinin qurultay tamaşasının birmənalı şəkildə saxtakarlıqlarla keçdiyini faktlarla önə çəkib: “Biz gizli səsvermə ilə alternativ səsi boğmadan seçki keçirdik. Əli Kərimli buna getməyə cəsarət etmədi. O, hətta beyni yuyulmuş, zombiləşmiş insanlara belə güvənmədi. Birmənalı şəkildə deyirəm ki, heç bir halda, Azərbaycan Xalq Cəbhəsi Partiyasının adı dəyişdirilməyəcək”.
R.Nurullayev qeyd edib ki, hazırda 57 rayon şöbəsi yenidən qurulub. Suraxanı rayon şöbəsinin artıq 90 faizinin onların yanında yer aldığını dilə gətirən partiya sədri bu şöbənin üzvlərinin əsasən gənclərdən təşkil olunduğunu bildirib: “Əli Kərimlinin yanında indiyə kimi görünən 500-600 nəfər “cəbhəçi” də bizim tərəfimizə keçib. Digər qalanlar isə passivləşiblər, düşüncə içərisindədirlər. Artıq Əli Kərimlinin yanında olanlar hər kəsin bildiyi, zombiləşmiş, beyni yuyulmuş və şeytan obrazına girmiş insanlardır. Belələrinin müalicəsi yoxdur. Ona görə də biz onları qəbul edə bilmərik. Onlar artıq Azərbaycan cəmiyyəti, xalqı üçün, dövlətçiliyimiz üçün və “Cəbhə” üçün itirilmiş personajlardır. Odur ki, mən onlara şeytan obrazı deyirəm. Amma yenə də orada müəyyən qədər təmiz, əxlaqlı insanlar qalıb. Onlar düşünürlər. Mən düşünürəm ki, ağıllı qərar qəbul edib əsl AXCP-nin yanında yer alacaqlar”.
R.Nurullayev Ə.Kərimlinin hər zaman xarici ianələrə göz dikdiyini, eləcə də partiya üzvlərinə pul yığdırdığını bildirib. Onun sözlərinə görə, bəzən sıradan tədbirlərin keçirilməsi üçün 15-20 min manat pul yığılıb: “2013-cü ildə prezident seçkilərində Cəmil Həsənlinin təbliğatı üçün yığılan pulun miqdarı həddindən çox idi. Banka daxil olan pullar ayrı idi, bu, 30 min civarında idi. Amma qeyri-rəsmi rəqəmlər ondan onlarla dəfə çox olub. Və bu, Əli Kərimlinin ətrafında olan insanlar tərəfindən idarə olunub və kənardakıların bundan xəbəri olmayıb. Əli Kərimlinin ətrafında olan insanlarda, özündə həmişə pul olub. Hər zaman onlara maliyyə verilib və onlar hər zaman bütün tədbirlərin hamısını pul ilə təşkil ediblər”.
Göründüyü kimi, artıq Ə.Kərimlinin rəhbərlik etdiyi dəstənin məğlubiyyəti birmənalıdır. Partiya üzərində hegemoniyasına son qoyulan Ə.Kərimlinin bundan sonrakı rəqibləri isə yəqin ki, onu AXCP sədrliyindən qovan “cəbhəçi”lər olacaqlar. Yəni, bu “Məmmədnəsirin heç həsiri” də qalmayıb...

Paylaş:
Baxılıb: 1097 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30