Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sahib Kərimli Əli Kərimlinin kürsüsünü ələ keçirmək niyyətindədir

Sahib Kərimli Əli Kərimlinin kürsüsünü ələ keçirmək niyyətindədir

22.09.2015 [10:09]

Pərviz Sadayoğlu

Partiya funksioneri AXCP-nin ideoloji boşluq içində olduğunu və təşkilat daxilində demokratiyanın pozulduğunu növbəti dəfə etiraf etdi
Son günlər AXCP-nin növbəti dəfə parçalanmasından sonra öz ətrafındakı kiçicik qrupun rəhbəri qismində xarakterizə edilən Əli Kərimli, deyəsən, yaxın zamanda bu “titulunu” da itirəcək. Çünki AXCP daxilində ona qarşı müxalif olanların sayı durmadan artmaqdadır.
Vurğulamaq lazımdır ki, Əli Kərimli illərdir sədrlik kürsüsünü qorumaq üçün yeganə yoldan istifadə edir - ona qarşı çıxanları və fərqli düşünən üzvləri AXCP-dən uzaqlaşdırır. Bununla barışmayan Razi Nurullayev və digər AXCP üzvləri partiyanın Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaratmaqla Ə.Kərimlinin avtoritar idarəçiliyi ilə barışmadıqlarını nümayiş etdirdilər. Ə.Kərimli isə bundan sonra vəziyyətin daha “qənaətbəxş” olacağını düşünərək “qurultay tamaşası” qurmağı planlaşdırırdı. O, budəfəki qurultayda da alternativsiz namizəd olacağını və yenidən AXCP-ni öz şəxsi şirkəti kimi “işlədəcəyini” fikirləşirdi.
Lakin qurultaya bir neçə gün qalmış AXCP daxilində yenidən etiraz səsləri yüksəlməyə başlayıb. Belə ki, AXCP daxilindəki qruplaşmaların birinin rəhbəri sayılan Sahib Kərimli qurultayda partiya sədrliyinə namizədliyini irəli sürəcəyini bildirib. Sosial şəbəkələrdə bununla bağlı fikirlərini qeyd edən Sahib Kərimli Əli Kərimlinin zəif tərəflərinin olduğunu deyib. O, hazırkı sədrlə yarışmaq istəyini dilə gətirib: “Partiya daxilində sədri tənqidetmə ənənəsini mən möhkəmlətmişəm. Yuxarı və orta səviyyəli funksionerlər yaxşı bilirlər ki, sədrin yaxın ətrafının partiya daxilindəki pozuculuq fəaliyyəti illərdir hədəfimdədir. Sədri də onları himayə etdiyi üçün, partiya idarəetməsində kollegiallığın qrup oyunları ilə əvəzlənməsinə imkan tanıdığı üçün tənqid etmişəm. Fərqli düşüncəm var və bunu illərdir ifadə edirəm. Partiya ideoloji boşluqdadır. Maraqlı müzakirələr açıla bilər. Tənqidlərim kollegial idarəetməni təşviq edəcək. Əli Kərimlinin demokratlığına və tolerantlığına şübhə edənlər az deyil. Mənə danışma və yarışma imkanı tanınsa, bundan da pozitiv yararlanma imkanı olacaq”.
Sahib Kərimlinin qurultay öncəsi dilə gətirdiyi bu faktlar illərdir ki, Əli Kərimlinin AXCP daxilində yaratdığı avtoritar, qrup maraqlarına söykənən idarəçiliyin növbəti etirafıdır.
Maraqlıdır ki, Sahib Kərimlinin Əli Kərimliyə alternativ olacağı ilə bağlı açıqlaması onun partiya daxilindəki “ianə şəriklərini” qəzəbləndirib. S.Kərimli bildirib ki, irəli sürdüyü iddiaların qarşılığında ona “satqın” deyirlər: “Yenə satqın deyirlər mənə. İddia qoydum, AXCP sədrliyi üçün yarışmaq istəyirəm, buna haqqım çatır, altında niyyət axtarılır. Nədən sataraq iddialı olum? Bəlkə inanaraq oluram? Özünə güvənərək? Yarışaq, özümüzü təqdim edək, fayda verək. Uduzduqsa əl sıxaq, öyrənək, öyrədək”.
Göründüyü kimi, avtoritar bir düşüncəyə sahib olan Əli Kərimli Sahib Kərimlinin iddiasından belə qorxaraq özünün “sosial şəbəkə dəstəsini” indi onun üzərinə salıb. İstər AXCP sədri, istərsə də özünü “onun tərəfdarları” qismində təqdim edənlərin bu hay-küyü həm də qorxudan yaranıb. Yəni, illərdir partiya üzvlərini hədə-qorxu, şantaja məruz qoyan, döydürən, fərqli fikir söyləyənlərə və etiraz edənlərə qarşı təhqir kampaniyaları həyata keçirən Ə.Kərimli anlayır ki, AXCP-nin daxilində onu dəstəkləyənlərin sayı barmaq sayı qədərdir.

Paylaş:
Baxılıb: 1128 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30