Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimlinin AXCP “biznesi” çökməkdədir

Əli Kərimlinin AXCP “biznesi” çökməkdədir

26.08.2015 [10:05]

Pərviz Sadayoğlu

Partiya sədrinin özbaşınalıqlarına etiraz edən Sumqayıt “cəbhə”çiləri də kütləvi şəkildə istefa bəyanatı imzalayaraq Razi Nurullayevin yanında yer alıblar
AXCP-də Əli Kərimliyə qarşı çıxanların sayı günü-gündən artmaqdadır. Xəbər verildiyi kimi, Əli Kərimlidən narazı “cəbhəçi”lər Razi Nurullayev başda olmaqla ötən həftə AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıblar. Narazılar Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını tələb edirlər.
AXCP-nin Nərimanov şöbəsinin məclis sədri istefasının ardından Əli Kərimlinin təhqir kampaniyasına tuş gəlib
Əli Kərimli və onun “əlaltıları” iddia edirlər ki, guya, partiyadan istefa verərək indiki sədrə qarşı çıxanlar AXCP üzvləri deyillər. Amma onların dedikləri heç “döngə başına çatmamış” təkzib olunur. Daha doğrusu, partiya sıralarından istefa verənlərin sayı artdıqca, həmçinin, istefa verənlərin sırasında partiya funksionerlərinin adları çəkildikcə, Əli Kərimli və onun “sosial şəbəkə” qrupu susmağa məcbur qalırlar.
Məsələn, partiyanın Nərimanov rayon şöbəsinin məclis sədri Rüfət Əliyev də istefa verib. O bildirib ki, istefasının səbəbi partiyanın Nərimanov rayon şöbəsindən bir sıra üzvlərin Əli Kərimlinin göstərişi ilə AXCP-dən uzaqlaşdırılması olub. Vurğulanır ki, istefa verməsinin ardından AXCP üzvləri Ə.Kərimlinin göstərişi ilə R.Əliyevə qarşı böhtanlar yaymağa başlayıblar. Görəsən, partiyası parça-parça olan Ə.Kərimli bu faktdan necə yayınmağa çalışacaq?
Hövsan “cəbhəçi”lərinin ardından partiyanın Sumqayıt şöbəsi də Ə.Kərimlidən imtina etdi
Yeri gəlmişkən, fərdi istefalarla yanaşı partiya üzvlərinin kütləvi etirazları da genişlənməkdədir. Yəni, Ə.Kərimliyə qarşı başlanan etiraz dalğası artıq kütləviləşməkdədir. Belə ki, Hövsan “cəbhəçi”lərinin ardından AXCP-nin Sumqayıt şöbəsinin üzvləri də bəyanat yayaraq R.Nurullayevin formalaşdırdığı AXCP-yə qoşulduqlarını elan ediblər. Bəyanatda Əli Kərimlinin apardığı siyasət pislənilib. Bəyanatı Şakir Məmmədov, Məmmədyar Məmmədov, Bəhrəm Qasımov, İmran Muradxanov, Mübariz Ağaməmmədov, Əvəz Məmmədov, Allahverdi Zeynalov, Rövşən Muradov və Elşən Muradov imzalayıblar.
Bu isə bir daha göstərir ki, Ə.Kərimli artıq öz “cidasını çuvalda” gizlədə bilmir. Günü-gündən artan etirazların fonunda isə o, təsəllisini yalnız sağa-sola hirs, hikkə və küdurət saçmaqla tapır. Amma, necə deyərlər, özü yıxılan ağlamaz...
Razi Nurullayev: Fuad Qəhrəmanlıya ofisimi belə təmizlətmərəm
Öz növbəsində, AXCP-də kütləviləşən istefalara münasibət bildirən Razi Nurullayev istefaların qarşıdakı günlərdə daha da artacağını bildirib. Onun sözlərinə görə, insanlar artıq Əli Kərimli tərəfini AXCP hesab etmirlər: “Ayın 19-dan bu yana hər gün 3-4 istefa ilə bizim yanımıza gələnlər olub. Sumqayıtda fəaliyyət göstərən keçmiş hərəkatçılar bizim yaratdığımız AXCP-yə keçdiklərini bəyan etdilər. Bu davamlı olacaq. Biz hər gün bir neçə belə bəyanatların şahidi olacağıq. Elə olur ki, 4-5, 7-8 nəfər AXCP-dən istefa verib bizim yaratdığımız quruma keçdiklərini bəyan edirlər. Hətta AXCP-nin Ağstafa şöbəsindən 20 nəfər bizə qoşulduğunu bəyan etdi. Bu həftənin sonuna kimi dayaq sədrləri də bizim sıralarımıza qoşulacaqlar. Ağstafada Gənclər şöbəsinin, Məclisin sədri, 14 dayaq şöbəsi rəhbərləri bizə qoşuldular. Onlar qoşulma haqqında bəyanatlarını yaxın günlərdə imzalayacaqlar”.
KİV-ə müsahibə verən AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin rəhbəri R.Nurullayev onu da bildirib ki, istənilən halda Əli Kərimlini AXCP sədrliyindən kənarlaşdıracaqlar. O ki qaldı hazırda partiyada fəaliyyət göstərən sədr müavinlərinə, R.Nurullayev onları öz yanlarında görmək istəmədiklərini bildirib. Məsələn, Fuad Qəhrəmanlını “siyasətə utanc gətirən adam” kimi xarakterizə edən R.Nurullayev “Onun kimi insanlara yer yoxdur. Mən Fuad Qəhrəmanlıya ofisimi belə təmizlətmərəm. Çünki bu adam Azərbaycan səhnəsindən gec-tez silinəcək. O, oynadığı çirkin və iyrənc oyunlarına və cəbhəçiləri aşağıladığına görə Azərbaycan siyasətindən birdəfəlik silinəcək”, - deyib.
Əli Kərimli artıq öz yalanlarının arxasında gizlənə bilmir
Onu da qeyd edək ki, Ə.Kərimlinin avtoritar idarəçiliyinə etiraz edərək AXCP-dən ayrılanlar sosial şəbəkələrdə sədrin “əlaltılarının” hücumuna “məruz” qalıblar. Sosial şəbəkələrdə etirazçılara qarşı təhqir, böhtan kampaniyası başladan Ə.Kərimli bu yolla üzvlərə hədə-qorxu gəlməyə, öz qruplaşmasını qorumağa çalışır. Amma göründüyü kimi bu mümkün deyil və artıq reallığı dərk edən, Ə.Kərimlinin apardığı anti-azərbaycançı xəttə qarşı çıxan, AXCP sədrinin ölkəmizin maraqlarına qarşı hətta ermənilərlə belə işbirliyinə getməsini həzm edə bilməyənlər partiyanı tərk edirlər.
Bir sözlə, görünən odur ki, Ə.Kərimlinin illərdir ki, öz şəxsi biznesi kimi idarə etdiyi AXCP-nin üzvləri artıq ona müti şəkildə tabe olmaq niyyətində deyillər. Partiya üzvlərini təhqir etdirən, döydürən, onlardan istifadə edərək öz maddi təminatını qazanan, xarici anti-azərbaycançı dairələrdən ianələr alan Ə.Kərimli artıq öz yalanlarının arxasında gizlənə bilmir...

 
Paylaş:
Baxılıb: 1101 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30