Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arif Hacılının növbəti yalanları

Arif Hacılının növbəti yalanları

12.08.2015 [09:52]

Pərviz Sadayoğlu

Yaxud, 70 nəfər üzvü olmayan Müsavat Partiyasının saxtakar sədri “70 dairə”dən namizəd müəyyənləşdirdiyini iddia edir
Müsavat Partiyasının ötən ilin sentyabrında keçirilən və kütləvi saxtakarlıqlarla müşayiət olunan qurultayından sonra baş verən narazılıqlar bu partiyanın 3-5 nəfər üzvünün də oradan uzaqlaşması ilə nəticələnib. Eyni zamanda, qurultaydan sonra Qubad İbadoğlunun rəhbərlik etdiyi narazı qruplaşmanın partiyadan ayrılmasının şokundan ayılmayan “Müsavat”da bu yaxınlarda parçalanmanın yeni mərhələsinə start verilib. Belə ki, bu dəfə digər “narazı” qruplaşma - Tural Abbaslının rəhbərlik etdiyi fraksiya qarşıdan gələn parlament seçkilərində fərqli blokdan namizədliklərini irəli sürəcəklərini bildiriblər. T.Abbaslı özünün və tərəfdarlarının seçkilərdə Müsavat Partiyasının namizədi kimi iştirak etməməsinin səbəbini isə avtoritarizmə söykənən partiya idarəçiliyi ilə əlaqələndirib.
Beləliklə, baş verənləri göz önünə gətirsək, Müsavat Partiyasının qarşıdan gələn parlament seçkilərinə qatılma və hətta dairələrdən namizəd olaraq irəli sürməyə üzv tapmaq potensialının sıfıra bərabər olduğunu görərik. Lakin bütün bunlara baxmayaraq saxtakarlıqla Müsavat Partiyasının rəhbərliyini ələ keçirən Arif Hacılı hələ də utopik xəyalların qanadlarında uçmağa üstünlük verir. Belə ki, reallıq hissini itirmiş, rəhbərlik etdiyi partiyanın üç-beş qohum-əqrəba birliyindən ibarət olduğunu, bəlkə də, görüb etiraf etməyə gücü çatmayan A.Hacılı KİV-ə müsahibəsində “Müsavat Partiyası siyasi fəallığın artırılması istiqamətində mövcud resurslar çərçivəsində səy göstərmək niyyətindədir” - deyib. Bu açıqlama isə özlüyündə ortaya bəzi suallar çıxarır. Məsələn, görəsən, Arif Hacılı hansı resurslardan danışır? Partiyanın üçdəbir hissəsindən də az bir qruplaşmasına başçılıq edən “Müsavat” başqanı nə danışdığının fərqindədirmi? Haradadır “Müsavat”ın resursu? Hələ partiya üç yerə bölünməmişdən öncə keçirilən icazəli mitinqə cəmi 100 nəfərin toplanması “Müsavat”ın gerçək potensialını nümayiş etdirmədimi?
Bir sözlə, Arif Hacılının qarşıdan gələn parlament seçkiləri ilə bağlı partiyasının fəaliyyəti haqqında danışdıqları əsl məzhəkə, lətifədir. Mitinqinə fərli-başlı 100 nəfər adam yığa bilməyən bu şəxs yetmişdən çox dairədə artıq ilkin namizədlərin müəyyənləşdiyini iddia edir. Hətta partiya üzvlərinə seçkilərə hazırlıqla bağlı tapşırıqlar verildiyini də açıqlayır...
Hansı partiya üzvlərinə? O partiyada üzv qalıbmı? Arif Hacılı yarısı Qubad İbadoğlu ilə birgə ayrılan, digər qismi isə Tural Abbaslının yaratdığı blokun namizədi olan üzvlərdənmi danışır? Maraqlıdır ki, görəsən, Arif Hacılı heç müəyyənləşdirə bilibmi ki, bu partiyanın hazırda 70 nəfər üzvü var və ya yoxdur?
Arif Hacılının açıqlamasının ən “katastrofik hissəsi” isə onun bu yaxınlarda “Müsavat” məclisinin növbədənkənar sessiyasının keçiriləcəyi ilə bağlı bəyanatıdır.
Görəsən reallıq hissini itirmiş bu şəxsə nə üçün elə öz partiyasının üzvlərindən və ya funksionerlərindən biri sual vermir ki, “Müsavat” məclisində təmsil olunanlar kimlərdir? İstefa verənlər, partiyadan ayrılanlar, A.Hacılının saxtakarlığına etiraz etdiyi üçün qovulanların siyahısı çıxarılıbmı? Onların neçəsinin həmin məclisin üzvü olduğu bəllidirmi? Arif Hacılı növbəsi çatan sessiyanı keçirirmi ki, hələ bir “növbədənkənar”ını da keçirsin?
Əslində, onun bu açıqlamasının hansı ünvana hesablandığı ortadadır. O mənada ki, radikal düşərgəyə məxsus partiyalarda baş verən parçalanmalar onların siyasi palitradan silinməsi ilə yanaşı, bu qurumları maddi təminatla təchiz edən xarici ermənipərəst dairələrin də işini çətinə salıb. Həmin dairələr pulu kimə verəcəyini müəyyənləşdirə bilmir. Arif Hacılı isə, guya, “70 namizəd”inin olmasını deməklə özünün “böyük siyasi təşkilata rəhbərlik etdiyini” təsdiqləməyə, ermənipərəst dairələrin ayırdığı maliyyəyə sahib çıxmağa çalışır.
Və sonda ayıbına utanmayanlar üçün bu cür psevdoxəyallarla yaşamaq olduqca normal gəlir. Arif Hacılı sonuncu qurultaydan keçən bir ildə göstərdi ki, “Müsavat” onun və İsa Qəmbərin şəxsi mülküdür. Həmin mülkdən istəyəni qovdular, ya da zorla istefaya məcbur etdilər. Bu gün isə öz yalanları ilə özlərinə təskinlik verə-verə alacaqları pulun arxasınca gəzməkdə davam edirlər...

 
Paylaş:
Baxılıb: 1056 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31