Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Haranınsa adamı olmaq asandır, adam olmaq isə çətin

Haranınsa adamı olmaq asandır, adam olmaq isə çətin

16.04.2013 [14:02]

Pərviz Sadayoğlu

Reneqat Eldar Namazov xarici dairələrin sifarişlərini yerinə yetirdiyini və anti-azərbaycançı mərkəzlərin layihələrində yer aldığını etiraf edir
Reneqat Eldar Namazovun siyasi kimliyi Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. “Rəngarəngliyi” ilə məşhur olan bu “siyasi kimliy”i “inkişaf etdirmək” üçün reneqat Eldar Namazov özünü cəmiyyətə fərqli donlarda təqdim etməyə çalışıb. Bunun üçün uzun illər “tər tökən” E.Namazov öz şəxsi mənafeyi naminə hər zaman Azərbaycanın milli maraqlarını tapdamağa hazır olduğunu nümayiş etdirib. Fərqli zamanlarda fərqli layihələrlə milli mənafeyə zidd mövqe tutan reneqat Namazov bir müddət öncəyə qədər “ziyalı” adı altında manipulyasiya edir, öz şəxsi maraqlarından irəli gələn fikirlərini cəmiyyətə sırımağa çalışırdı.
Xarici, ermənipərəst maraqların danışan dilinə çevrilən, öz məqsədini “ziyalılıq” pərdəsi altında gizləməyə çalışan reneqat Eldar Namazov və onun başına cəm olan bir-iki nəfər öz fəaliyyətlərini yalnız Azərbaycan dövləti haqqında şər, böhtan xarakterli siyasi çıxışlar etməklə qururlar. Amma çox çəkmədi ki, onların iç üzü açıldı. Belə ki, Əkrəm Naibovkimilər, Rüstəm İbrahimbəyovkimilər içlərində erməni sevgisini büruzə verdilər və “Ziyalılar forumu” adlanan dəstənin hansı “yuvadan” qidalandıqları Azərbaycan cəmiyyətinə bəlli oldu.
Rusiyadakı bəzi imperialist qüvvələrin əlaltısı, sifarişçisi qismində çıxış etməyə hər zaman hazır olduğunu göstərən reneqat Namazov “Ziyalılar forumu”nun ifşasının ardından elə həmin imperialist, ermənipərəst qüvvələrin təhriki və “yardımı” ilə “El” hərəkatı adlı mücərrəd, perspektivi olmayan bir layihə üzərində “işləməyə” başladı. Lakin reneqat Eldar Namazovun bu layihəsi də baş tutmadı. Bunun da səbəbi məhz xalqın reneqat Namazovun kimliyinə yaxından bələd olması idi. Bundan başqa, Azərbaycan cəmiyyəti reneqat Namazovun hər zaman anti-Azərbaycan dairələrlə işbirliyində olmasından da xəbərdardır.
Hələ 1990-cı illərin əvvəlində E.Namazovun sovet “KQB”-sinin bəzi layihələrində fəal şəkildə yer aldığı heç kəsə sirr deyil.
“KQB”-nin qeyri-rəsmi nəzarəti altında olan Elmlər Akademiyasında yerləşmiş “Gənc Alimlər Klubu”nun fəal üzvlərindən olan reneqat Namazov sonralar da bu faktı danmırdı və hətta onun bəzi ermənipərəst dairələrlə yaxınlığı ilə bağlı zaman-zaman mətbuatda fikirlər səslənmişdi. “El” hərəkatı layihəsi də məhz, Rusiyanın anti-Azərbaycan dairələrinin, imperialist qüvvələrinin mətbəxində hazırlanıb gələn bir reseptdir ki, reneqat Namazov da hər zaman olduğu kimi, növbəti dəfə bu layihənin “koordinatoru” şəklində Azərbaycanın milli maraqlarını ayaqlar altına almağa hazır olduğunu nümayiş etdirir. Dostları Əkrəm Naibov, Rüstəm İbrahimbəyov kimi xalqına, Vətəninə, dövlətinə düşmən kəsilmiş reneqat Namazov növbəti dəfə xarici antimilli dairələrlə işbirliyinə gedir, Azərbaycanın mənafeyini satır.
Maraqlıdır ki, reneqat Namazov bu dəfə də onun Rusiyadakı imperialist anti-Azərbaycan qüvvələri ilə işbirliyinin üstünün açılmasından, “El” hərəkatı layihəsinin məhz həmin antimilli qüvvələrin resepti olmasının cəmiyyətə çatdırılmasından yaman narahat olub. Tələm-tələsik özünü müdafiə etməyə çalışan reneqat Namazov qəti surətdə mətbuatda əks olunan faktları təkzib etməyə çalışır və bildirir ki, onun Rusiyadakı imperialist dairələrlə işbirliyi yoxdur. Hətta reneqat Namazov özü öz dili ilə bildirir ki, zaman-zaman onun fərqli dairələrə “işlədiyi” yazılıb. Bəli, göründüyü kimi, o özü etiraf edir ki, onun üçün fərqi yoxdur, hara olursa-olsun işləyə bilər, sadəcə həmin dairələrin anti-Azərbaycan ruhda köklənməsi kifayət edir. Dünənə qədər ABŞ-dakı ermənipərəst, antimilli qüvvələrdən sifariş alan Namazov bu gün Rusiyadakı eyniməqsədli dairələrin əlaltısı rolunda çıxış edir. Yəqin ki, sabah özünün də dediyi kimi, Mozambikdən antimilli bir təklif gəlsə, onu yerinə yetirmək üçün dəridən-qabıqdan çıxacaq. Yəni, reneqat Namazov bununla özü açıq şəkildə bildirir ki, onun üçün pulun mənbəyinin haradan olması əsas deyil, fərq etmir ki, “dollar” gəlsin və ya “rubl”, əsas odur ki, Namazova Azərbaycanın əleyhinə, dövlətçiliyimizin, milli maraqlarımızın ziddinə tapşırıqlar verilsin və reneqat Namazov da bu tapşırıqları canla-başla yerinə yetirsin. Bir sözlə, Eldar Namazov üçün coğrafi mənada haranın adamı olması heç bir əhəmiyyət daşımır. Nəticə etibarı ilə o, bir mərkəzə qulluq edir-antimilli, anti-azərbaycançı mərkəzə... Özü də bu işi çox həvəslə yerinə yetirir...

Paylaş:
Baxılıb: 1215 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30