Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsavat Partiyasında son raund...

Müsavat Partiyasında son raund...

04.02.2015 [09:59]

Pərviz Sadayoğlu

Arif Hacılı “narazı” komandanın üzvlərini cəzalandırmağa başlayır
Müsavat Partiyası daxilində baş verən qarşıdurmalar son mərhələyə qədəm qoyub. Daha dəqiq desək, bu partiyanın ötən ilin sentyabrında baş tutmuş qurultayındakı seçki saxtakarlığının ardından start götürən daxili qarşıdurma son bir neçə gündə pik həddə çatıb. Belə ki, qarşı duran tərəflər, artıq bir-birlərini tənqid deyil, açıq şəkildə təhqir edirlər. Digər tərəfdən, hər zaman dözümlülükdən, demokratiyadan dəm vuran radikal düşərgə təmsilçiləri fərqli fikirlərə qapalı olduqlarını növbəti dəfə nümayiş etdirirlər.
Bu məqamda vurğulamaq yerinə düşər ki, bir müddət öncə sədr Arif Hacılı tərəfindən “Müsavat”dan çıxarılan üzvləri başına toplayaraq yeni bir hərəkat yaratdığını elan edən və beləliklə də partiyanın yeni rəhbərliyinin “kürkünə birə salan” Qubad İbadoğlu bu günlərdə Divanın iclasına çağırılmışdı. Lakin hələ bir neçə gün öncədən iclasa qatılmayacağını bəyan edən Q.İbadoğlu A.Hacılının və tərəfdarlarının onu partiya sıralarından uzaqlaşdırmağa çalışdıqlarını bildirmişdi. Beləliklə, keçiriləcək Divan iclasının sırf ona “həsr ediləcəyini” bildiyini söyləyən Q.İbadoğlu qarşıdakı günlərin birində keçiriləcək iclasa qatıla biləcəyini deyib. Onun sözlərinə görə, bu dəvətdən sonra “Müsavat”ın hazırkı rəhbərliyinin xüsusi təşəbbüsü, həmçinin, birbaşa göstərişi ilə açıq və saxta profillərlə sosial şəbəkələrdə, bir sıra saytlarda təhqir kampaniyası aparılır. Q.İbadoğlu bildirib ki, ona qarşı hücuma keçən partiya rəhbərliyi və rəhbərliyə yaxınlığı ilə seçilən kiçik bir qrup vahid mərkəzdən idarə olunan statuslar, şərhlər yazır, qurşaqdan aşağı zərbə vurmaqla narazı kəsimin rəhbərini nüfuzdan salmağa çalışırlar. Q.İbadoğlu qarşı tərəfin şərəf və ləyaqət anlayışına zidd olan statuslarına, böhtan dolu söz-söhbətlərinə heç bir zaman onların səviyyəsində cavab verməyəcəyini də bildirib: “Bu cılız kampaniyanı körükləyənlər, ona fətva verənlər! Qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin, bunu görməyəcəksiniz! Sizi bir daha bu çirkin metodlardan çəkinməyə çağırıram. Əgər vicdanınız varsa, onu itirməmisinizsə, səsini dinləyin və bu kampaniyanı dayandırın. Sizi kişi kimi mübarizə aparmağa çağırıram!”
Göründüyü kimi, “Müsavat”da artıq dünənə qədər bir-birini partiyadaş adlandıranlar açıq təhqir kampaniyaları aparır, şantaja əl atırlar. Bu isə onların əsl simasının göstəricisidir. İsa Qəmbər-Arif Hacılı cütlüyü xarici anti-azərbaycançı mərkəzlərdən gələn maddi vəsaitləri öz əllərində cəmləmək, Q.İbadoğlu və ya Tural Abbaslı kimi qruplaşma rəhbərlərini bu pula şərik etməmək üçün bütün güclərini səfərbər ediblər. Partiya daxilində gedən bu açıq “döyüş”də isə İsa Qəmbər-Arif Hacılı cütlüyü qurultay seçkilərində olduğu kimi əllərindəki inzibati resurslardan istifadə edir. Məsələn, yanvarın 31-də partiya qərargahında öz tərəfdarları ilə toplantı keçirmək istəyən Qubad İbadoğlunun qarşısı alınıb. Hətta “narazıların” rəhbərinin toplantı keçirəcəyini əvvəlcədən bilən “Müsavat” sədri Arif Hacılı sosial şəbəkələrdə belə bir status paylaşıb ki, Qubad İbadoğlu partiya içində saldığı nifaqı daha da şiddətləndirmək üçün növbəti cəhdini edəcək. Beləliklə, Arif Hacılı bu tədbirin partiya qərargahında, normal iclas zalında keçirilməsinin qarşısını alıb. Amma narazı kəsim partiyada fəaliyyət göstərən çayxanaya yığılaraq iclaslarını keçiriblər. Və həmin toplantıda Qubad İbadoğlu Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi təsis etdiyini bildirib. Qeyd edilib ki, bu komitə partiyanın sonuncu qurultayından sonra bəzi narazıların “Müsavat”dan kənarlaşdırılmasının qarşısını almaq məqsədilə yaradılıb. Bununla əlaqədar “Müsavat” üzvlərinə və partiya rəhbərliyinə müraciət ünvanlanıb.
Qeyd edək ki, Arif Hacılının “divanına” çağırılan Qubad İbadoğlu toplantıya qatılmasa da, “narazı” kəsimin başqa bir nümayəndəsi - Ellada Məmmədli orada iştirak edib. Divanın iclasından sonra mətbuata açıqlamasında E.Məmmədli qurum üzvlərinin onda “qərəz” axtardığını deyib. Onun sözlərinə görə, əsas iradlar “narazı” qruplaşmanın yaratdığı hərəkatdakı fəaliyyəti ilə bağlı olub: “Arif Hacılı məndən soruşdu ki, Ellada xanım, deyilənlərdən nəticə çıxardınız? Dedim, anlamıram deyilənlərdən nə nəticə çıxarmalıyam ki? Arif bəy dolayısı ilə ifadə işlətdi ki, mövqeyinizi müəyyənləşdirin, ya hərəkatda qalın, ya Müsavatda”.
Onu da vurğulayaq ki, Arif Hacılının “divan”ı E.Məmmədliyə xəbərdarlıq edib. Müsavat Partiyası Qadınlar Birliyinin sədri isə buna cavab olaraq deyib ki, ona qarşı qərəzi və kini olan adamların bir arada toplaşaraq Divan adından verdiyi xəbərdarlıq qərarını qəbul etmir.
Beləliklə, baş verənlər göstərir ki, artıq Müsavat Partiyasında iki qruplaşma “ölüm-dirim savaşı”na çıxıb. 2015-ci ilin parlament seçkiləri ili olduğunu nəzərə alsaq, hər iki qruplaşmanın öz iddialarından geri çəkilməsi inandırıcı görünmür. Eyni zamanda, parlament seçkiləri ərəfəsində anti-azərbaycançı dairələrin radikal düşərgəyə ayıracağı maliyyəni ələ keçirmək üçün aparılan bu savaş qarşı duran tərəflərə heç bir perspektiv vəd etmir.

Paylaş:
Baxılıb: 1110 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30