Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət partiyaları ermənipərəst dairələrin pulunu əldə etmək uğrunda yeni savaşa başlayır

Radikal müxalifət partiyaları ermənipərəst dairələrin pulunu əldə etmək uğrunda yeni savaşa başlayır

29.01.2015 [09:33]

Pərviz Sadayoğlu

Ənənəvi olaraq bu savaşın da mərkəzində AXCP-“Müsavat” qarşıdurması dayanır
Radikal müxalifət düşərgəsi son vaxtlar özünün varlığını sübut etmək üçün müxtəlif vasitələrə əl atır. Bunun da səbəbi 2015-ci ildə ölkədə keçiriləcək növbəti parlament seçkiləridir. Yəni, heç bir elektoratı, gücü, tərəfdarı olmayan radikal partiyalar düşərgədaxili savaşda önə çıxıb xarici anti-azərbaycançı mərkəzlərdən veriləcək ianələrə sahib olmaq üçün özlərini “güc mərkəzi” kimi təqdim etmək niyyətindədirlər. Bu fonda isə əzəli düşmənlər AXCP ilə Müsavat Partiyası arasındakı qarşıdurma xüsusilə nəzərə çarpır.
Görünən odur ki, bu iki partiya xarici ianələri əldə etmək üçün “ölüm-qalım” savaşına başlayıblar. Belə ki, öz maddi maraqlarının əsirinə çevrilən və bu yolda milli mənafeyi satmağa hazır olan bu partiyalar, həmçinin, onların rəhbərləri həmin dairələrin diqqətini cəlb etmək üçün ətraflarında “blok”, “birlik” yaradacaqları ilə bağlı nağıllar uydurur, bu nağılları da öz nəzarətlərində olan mətbu orqanlarda tirajlayırlar. Bu partiyaların funksionerləri isə təmsil etdikləri qurumu radikal düşərgənin “özəyi” adlandırır və düşərgədaxili hər hansısa birliyin yalnız “öz ətraflarında” yaradılmasının vacib olduğunu iddia edirlər.
Bu fonda qondarma “Milli şura”da gedən oyunlar da nəzərdən qaçmır. Belə ki, aylardır lazımsız əşya kimi adı belə çəkilməyən qondarma “Milli şura” yenidən AXCP-nin “əziz-xələfinə” çevrilməyə başlayıb. AXCP-dən başqa təmsilçisi olmayan qondarma şura sonuncu iclasında, guya, “toparlanmağa” çalışıb. Hələ bir neçə ay öncə qondarma şurada fəaliyyətini dayandırdığını bildirən KXCP-ni şura sıralarından “kənarlaşdırmaqla”, guya, hansısa yeniliyə imza atan Əli Kərimli bununla da köhnə ədavətçilik mərəzindən qurtulmadığını növbəti dəfə təmsil olunduğu düşərgəyə nümayiş etdirib.
Göründüyü kimi, Əli Kərimli hazırda, demək olar ki, yalnız AXCP-dən ibarət olan qondarma “Milli şura”nı ermənipərəst dairələrə hazır “birlik” kimi təqdim etməyə çalışır. Bu da səbəbsiz deyil. Belə ki, ötən prezident seçkilərində olduğu kimi, bu dəfə keçiriləcək parlament seçkilərində də qondarma şuranın əli ilə xarici mərkəzlərin sifarişlərini yerinə yetirməyə çalışan və bununla öz maddi maraqlarını təmin etmək istəyən Ə.Kərimli üçün yeganə məqsəd pul qazanmaqdır. Qondarma “şura”nı “təmizləməkdə” məqsəd isə ondan ibarətdir ki, əldə olunan maddi vəsaitlərə şəriklər çıxmasın...
Lakin AXCP-nin əzəli rəqibi “Müsavat” düşərgəsindən gələn bəzi açıqlamalar maraqların növbəti dəfə toqquşduğuna işarə edir. Bütün bunların isə radikal düşərgə daxilində yeni savaşın başladığını və bu savaşın mərkəzində də AXCP-”Müsavat” qarşıdurmasının dayandığını deməyə əsas verir.
Digər tərəfdən, hər zaman ölkəmizə qarşı düşmən mövqedə olan, Azərbaycanın uğurlarını həzm edə bilməyən dairələrlə işbirliyinə gedən radikal düşərgə bu dəfə də öz ampluasına sadiqlik nümayiş etdirir. Pul qarşılığında dövlətinin, xalqının mənafeyini satan, dövlətin uğurlarına kölgə salmağa çalışan xarici güclərin dəstəkçisinə çevrilən “sapı özümüzdən olan” radikal düşərgədəki baltalar bununla bir daha öz simalarını xalqa nümayiş etdirmiş olurlar.

Paylaş:
Baxılıb: 1105 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30