Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP sədri vaxtilə partiyasından qovduğu Cəmil Həsənovun arxasında gizlənməyə çalışır

AXCP sədri vaxtilə partiyasından qovduğu Cəmil Həsənovun arxasında gizlənməyə çalışır

13.01.2015 [09:35]

Mübariz Abdullayev

Yaxud, qondarma “şura” sədrinin Azər Əsgərov tərəfindən xəyanətləri ifşa edilən Əli Kərimliyə “dəstək” kampaniyası da iflasa uğrayacaq
“Siyasi fəaliyyəti” boyunca xəyanəti, satqınlığı ilə fərqlənən AXCP sədri Əli Kərimli öz əməllərini gizlətmək üçün müxtəlif vasitələrə əl atır. Lakin onun baş vurduğu çeşidli oyunlara baxmayaraq Azərbaycan cəmiyyəti Əli Kərimlinin hansı əməllərin sahibi olduğunu yaxşı bilir. Heç uzağa getməyək, bir müddət öncə AXCP-dən istefa vermiş sədrin müşaviri Şakir Abbasovun, bu gün xaricdə yaşayan Mirzə Sakitin Ə.Kərimli haqqında dedikləri hər kəsin yaddaşındadır. Məhz bu açıqlamalardan sonra Əli Kərimlinin həbsdə olan Mirzə Sakitin evinə çatmalı olan 10 min dolları öz cibinə qoyaraq, şəxsi malı kimi xərclədiyi üzə çıxmışdı. Və ya bəlli olmuşdu ki, vaxtilə Ə.Kərimli ilə yaxın dost olmuş Sakit Allahverdiyevin, məhz “Azadlıq” qəzeti üçün verdiyi 5 min dollar AXCP sədri tərəfindən gizlədilib. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, bu faktların hər biri elə AXCP üzvləri və ya Ə.Kərimliyə yaxın insanlar tərəfindən səsləndirilib.
Elə vaxtilə mülkünü ona etibar etmiş Azər Əsgərov da Ə.Kərimlini satqın adlandırmışdı. O bildirmişdi ki, Ə.Kərimli xarici dövlətlərdən pul alıb, onlara satılıb. A.Əsgərov onu da demişdi ki, onun mülkünü partlayışdan sonra dağıdan məhz Ə.Kərimli və ətrafındakılar olub. Mülk sahibi bildirmişdi ki, Ə.Kərimli onu sosial şəbəkələrdə təhqir etdirir, təhdillə qorxutmağa çalışır: “Əli Kərimlinin başında olan 5-10 nəfər xuliqan onun göstərişi ilə məni təhqir edir. Hətta yazırlar ki, bir də Əli Kərimlinin əleyhinə danışsan, səni öldürərik. Sən böyük partiyanın rəhbərisən. Sabah necə hakimiyyətə gələcəksən? Sizlər qorxmuş müxalifətsiniz. Əli Kərimli, sən nə lidersən? Gəncləri ətrafına yığıb həyatlarını məhv etdirirsən”.
A.Əsgərov Ə.Kərimlinin xəyanətlərini ört-basdır etməyə çalışan qondarma “Milli şura”nı və onun marionet sədri Cəmil Həsənovu da “oyuncaq” adlandırmışdı: “Cəmil Həsənov Əli Kərimlinin əlində oyuncağa çevrilib. O, “Milli şura”nın bütün iclaslarını mülkümdə keçirib. Amma o da susdu. Bunların hamısı Əli Kərimlinin diktəsi ilə işləyirlər”.
Yeri gəlmişkən, A.Əsgərova cavab verməyə özündə cəsarət tapmayan Əli Kərimli yenidən C.Həsənovu “irəli verib”. Belə ki, sosial şəbəkələrdə A.Əsgərovu hədəfə alan C.Həsənov, hətta qondarma “Milli şura”nın iclaslarının həmin binada keçirməsini təkzib etməyə çalışır. C.Həsənov iddia edir ki, həmin vaxt qondarma “şura”nın iclasları Müsavat Partiyasının qərargahında keçirilirdi. Axı, C.Həsənov nə tez unudub ki, radikal düşərgənin Rüstəm İbrahimbəyov fiaskosundan sonra Müsavat Partiyası ilə istər AXCP-nin, istərsə də “Milli şura”nın müttəfiqliyi pozuldu. Bu həmin dövr idi ki, Müsavat Partiyası adıçəkilən qurumlar tərəfindən “xəyanətkar” elan edilmişdi.
İkinci bir tərəfdən. C.Həsənov iddia edir ki, guya Ə.Kərimli ötən illərdə heç bir “xəyanət etməyib”. Maraqlıdır ki, C.Həsənov məhz Ə.Kərimlinin göstərişi ilə AXCP-dən qovulmuşdu. Əgər Ə.Kərimli bu qədər “təmiz insan idisə” C.Həsənov nə üçün vaxtilə təmsil olunduğu partiyada duruş gətirə bilmədi? Yaxud, hətta nəzarətində olan bir qəzetin pulunu mənimsəyən adamı bu qədər ciddi-cəhdlə müdafiə etmək Cəmil Həsənova “nələri” qazandıra bilər?...
Beləliklə, görünən budur ki, çətin vəziyyətdə qalan, bütün xəyanət kartları açılan Əli Kərimli artıq o qədər zavallı bir vəziyyətə düşüb ki, vaxtilə partiyasından qovduğu, satqın adlandırdığı bir şəxsin arxasında gizlənməyə çalışır. Yəni, eyni ssenari davam edir. Şəxsi maraqları ucbatından Cəmil Həsənovla yollarını “qovuşduran” Əli Kərimli indi də ondan ümid umur. Amma artıq bu da mümkün deyil. Çünki Əli Kərimli xəyanətlərini, hətta Cəmil Həsənov da heç bir “çuvalda” gizlədə bilməz. Bu səbəbdən də Cəmil Həsənovun budəfəki “dəstək” kampaniyasının da iflasa uğrayacağını indidən deyə bilərik...

Paylaş:
Baxılıb: 1163 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30