126 yaşlı Azərbaycan kinosu!
02.08.2024 [10:55]
Milli kinomuzun tarixi, bu günü və gələcəyi...
Milli ideologiyamızın, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğində kinonun misilsiz xidmətləri var. Kino eyni zamanda insanların düşüncəsinə təsir edəcək bir imkan, vasitədir. Kino sənətinin tarixi 1898-ci ildən başlayır. 1898-1935-ci illərdə Azərbaycanda səssiz kinolar çəkilsə də, bu illərdə həm sənədli, həm də bədii filmlər yaradılmışdı.
Bu gün milli kinomuzun yaranmasından 126 il ötür. 126 illik çətin, mürəkkəb və şərəfli bir yol keçən Azərbaycan kinosu xalqımızın tarixini, milli-mənəvi dəyərlərini, insan və onun cəmiyyətdəki mövqeyini ekranlara gətirməklə bərabər, həm də dəyərlərimizi qoruyub.
Heydər Əliyev milli kino sənətimizə həmişə yüksək dəyər verirdi. Ümummilli lider Azərbaycan xalqının bir çox nəsillərinin kino sənəti ilə tərbiyələndiyini, kinonun təsiri altında formalaşıb, inkişaf etdiyini və mədəniyyətə qovuşduğunu qeyd edirdi. O, xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətlərinin əvəzsiz olduğunu vurğulayırdı. Bu baxımdan Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən, hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.
Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. 1898-ci ildən başlayaraq Azərbaycanda “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübhçağı”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilmişdi. 1900-cü ildə Parisdə keçirilən ümumdünya kino sərgisində “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” xronikaları nümayiş etdirilib.
Kinomuzun intibah dövrü...
1970-1980-ci illərin birinci yarısında Azərbaycan kinosu özünün intibah dövrünü yaşayırdı. Bu illərdə Azərbaycan kinematoqrafçılarının yaratdıqları dəyərli filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli özünüdərk duyğularının oyadılmasında, milli şüurun formalaşmasında və yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm rol oynamışdı. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdu. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək”, “Dərviş Parisi partladır”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və başqa bədii filmlərimiz bu illərdə çəkilib. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi.
Sovet Azərbaycanının ilk filmi
Sovet Azərbaycanının ilk kinolenti 1923-cü ildə çəkilən “Qız qalası” filmidir. Film o dövrdə çoxlu tənqidlərə məruz qalıb. Həmin dövrdə yalnız “Bakinski raboçi” qəzeti filmə belə münasibət bildirmişdi: “Qız qalası” filminin çəkilişi kino sənətinin ilk inkişaf dövrü üçün səciyyəvidir və Sovet Azərbaycanının birinci tammetrajlı bədii filmidir”.
İlk detektiv filmimiz
1924-cü ildə lentə alınmış “Əvəz-əvəzə” filmi Azərbaycanın ilk detektiv filmidir. Film Qafqaz dağlarında xarici kəşfiyyatın fitnə-fəsadlarından danışır. Ekran əsərində sovet çekistlərinin mübarizəsi ön plana çəkilib. Bəzi epizodlar Kislovodskda lentə alınıb.
Məkan korluğu çəkməyən ilk filmimiz
Azərbaycan kinosu tarixində ilk böyük ekspedisiya çəkilişi 1927-ci ilin sonlarında lentə alınmağa başlayan “Hacı Qara” filmidir. Bu filmin çəkilişlərində bir neçə məkandan istifadə edilib. Film Ağdamın Muradbəyli, Şuşanın Xəlfəlidərə və Daşaltı kəndlərində, Suxumidə lentə alınıb. 1928-ci ildə Bakı kinofabrikinin yeni istifadəyə verilmiş kinopavilyonunda kütləvi səhnələr, mürəkkəb çəkiliş manerası tələb edən bazar, dükan epizodları lentə alınıb.
Sonuncu səssiz film
“İsmət” filmi Azərbaycan kinosunun sonuncu səssiz filmidir. Əsər M.Mikayılovun rejissorluğu ilə 30-cu illərdə ekranlaşdırılıb. O illərdə Azərbaycan qadınının taleyindən həyəcanla, eyni zamanda, iftixar hissi ilə danışan film təkcə sənət əsəri kimi deyil, həm də həyati fakt kimi əhəmiyyət kəsb edir.
Azərbaycan kinosu müstəqillik illərində
Müstəqillik illərində milli kinomuza xüsusi diqqət yönəldilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə onun hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1998-ci il 19 avqust tarixdə “Kinematoqrafiya haqqında” Qanun qəbul edildi, bununla da dövlət kinematoqrafiyasının hüquqi bazası yaradıldı. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradıldı, filmlərin qorunması təmin edildi.
Bu gün Azərbaycan kinosu özünün yeni inkişaf mərhələsini yaşayır. Əlbəttə, hər bir sahə kimi kino sənətinə də dövlət qayğısı nəzərəçarpacaq dərəcədə hiss edilir. Dövlət tərəfindən ayrılan maliyyə yardımları ölkəmizin kino istehsalının daha da inkişaf edəcəyinə əminlik yaradır. Prezident İlham Əliyevin dünən bir qrup kino işçisinin təltif edilməsi barədə imzaladığı Sərəncam bu sahəyə verilən diqqət və qayğıdan xəbər verir.
Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutub. Tamaşaçıların milli kinoya marağı xeyli dərəcədə artıb. Bütün bunlar 126 yaşı olan Azərbaycan kinosunun sürətli tərəqqi dövrünü yaşadığını və qarşıda böyük inkişaf perspektivlərinin olduğunu təsdiqləyir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
09 Sentyabr 12:34
İqtisadiyyat
09 Sentyabr 12:28
Elm
09 Sentyabr 12:27
Gündəm
09 Sentyabr 12:03
Siyasət
09 Sentyabr 11:53
Gündəm
09 Sentyabr 11:46
Elm
09 Sentyabr 11:34
Dünya
09 Sentyabr 11:26
Sosial
09 Sentyabr 11:19
Sosial
09 Sentyabr 11:17
Sosial
09 Sentyabr 10:41
Sosial
09 Sentyabr 10:32
Sosial
09 Sentyabr 10:29
YAP xəbərləri
09 Sentyabr 09:57
Sosial
09 Sentyabr 09:55
Sosial
09 Sentyabr 09:52
Turizm
09 Sentyabr 09:49
Dünya
09 Sentyabr 09:43
Sosial
09 Sentyabr 09:41
Sosial
09 Sentyabr 09:40
İqtisadiyyat
09 Sentyabr 09:36
Dünya
09 Sentyabr 09:28
Sosial
09 Sentyabr 09:27
İdman
09 Sentyabr 08:38
Dünya
09 Sentyabr 00:00
Mədəniyyət
08 Sentyabr 23:45
Dünya
08 Sentyabr 23:35
Hadisə
08 Sentyabr 23:20
Hadisə
08 Sentyabr 23:00
İdman
08 Sentyabr 22:35
Dünya
08 Sentyabr 22:30
İdman
08 Sentyabr 22:20
İdman
08 Sentyabr 22:00
Xəbər lenti
08 Sentyabr 21:27
İdman
08 Sentyabr 20:35
Sosial
08 Sentyabr 19:33
Sosial
08 Sentyabr 18:11
Elm
08 Sentyabr 17:37
İdman
08 Sentyabr 16:15
Sosial
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 14:54
Sosial
08 Sentyabr 13:43
Sosial
08 Sentyabr 12:11
Dünya
08 Sentyabr 11:37
Sosial
08 Sentyabr 11:06
Mədəniyyət
08 Sentyabr 10:45
Mədəniyyət
08 Sentyabr 09:53
Dünya
08 Sentyabr 00:00
İdman
07 Sentyabr 23:45
Hadisə
07 Sentyabr 23:30
İdman
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 23:07
Hadisə
07 Sentyabr 22:30
Xəbər lenti
07 Sentyabr 21:50
Xəbər lenti
07 Sentyabr 21:26
Dünya
07 Sentyabr 21:25
Turizm
07 Sentyabr 21:00
Xəbər lenti
07 Sentyabr 20:45
Sosial
07 Sentyabr 20:13
İqtisadiyyat
07 Sentyabr 19:52
Sosial
07 Sentyabr 19:19
İdman
07 Sentyabr 19:15
Dünya
07 Sentyabr 19:03
Dünya
07 Sentyabr 19:01
İdman
07 Sentyabr 18:41
Dünya
07 Sentyabr 18:09
Hərbi
07 Sentyabr 17:05
Elm
07 Sentyabr 16:49
Sosial
07 Sentyabr 16:19
Sosial
07 Sentyabr 15:48