Təhsil proqramlarının hazırlanması...
19.08.2023 [11:40]
Nələrə diqqət edilməlidir?
Yeganə BAYRAMOVA
İstənilən ölkənin inkişaf etmək üçün atacağı ilk addımlardan biri təhsil səviyyəsinin yüksəldilməsidir. Belə bir deyim var, hansısa xalqı məhv etmək istəyirsənsə, onun dilini, təhsilini əlindən al. Bu sözlərdən təhsilin xalqın və dövlətin inkişafında nə qədər mühüm rol oynadığını bir daha görmək olar. Dövlətimiz də təhsili əsas prioritet sahələrdən biri hesab edir. Və bu sahədə mühüm addımlar atır. Azərbaycan qədim dövrlərdən müasir zəmanəyə qədər dünya mədəniyyətinə çox dəyərli töhfələr verib. Azərbaycan xalqı arasından dünya əhəmiyyətli beyinlərin çıxdığını, dünya elminə, müasir texnologiyaların inkişaf etməsində azərbaycanlı alimlərin zəhməti danılmazdır.
Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunu inkişaf etdirməkdir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişaf səviyyəsinə çatdırmaq üçün bir çox sahələr üzrə mühüm işlər görülür. Onlardan ən əsası təhsil sistemində edilən yeniliklərdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar sözügedən sektorun inkişafını əhəmiyyətli dərəcədə artırır.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, bilik əhatəsinin genişlənməsində mühüm amillərdən biri də elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarıdır ki, onların inkişafı çox vacibdir. Ekspert qeyd edib ki, cəmiyyətimiz yeniliyə, liberallığa açıq bir toplum kimi tanınır. Dünyada çox az xalq var ki, bu qədər yeniliyə meyillidir: “Azərbaycan xalqı hər zaman çalışır ki, dünyada mövcud olan yeni texnologiyalardan istifadə etsin. Həm özünün, ailəsinin, həm də toplumun inkişafına nələri isə verə bilsin. Əlbəttə ki, bu çox yaxşı haldır. Lakin onun mənfi tərəfləri də çoxdur. Mənfi tərəf ondan ibarətdir ki, hər hansı texnologiya, yenilik, siyasi, ictimai, sosial və elit amillər Azərbaycana xaricdən gəlir. Bizim yaratdığımız ilklər təəssüflər olsun ki, yalnız Avropada və digər ölkələrdə uğur qazandıqdan sonra Azərbaycana xarici texnologiya formatında gəlib çıxır. Məsələn, Lütfüzadənin “Qeyri-səlis məntiq nəzəriyyə”si və yaxud gənclərimizin iri şirkətlərdə gördüyü yenilikləri nümunə göstərmək olar. Bu da onunla bağlıdır ki, Azərbaycan cəmiyyəti təəssüf ki, bünövrədə intellektual olmağı seçmir. Yəni, mütaliə etməklə elə də aramız yoxdur, eləcə də dərsliklərin və elmi kitabların səviyyəsi qənaətbəxş deyil. Elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hazırlanan proqramlar, ortaya qoyulan sənədlər çox mükəmməl olsa da, onların icrasında problemlər müşahidə olunur. Bu proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi ləngidiyinə, yaxud adekvat olmadığına görə narazılıqlar yaranır. Bu da layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Bütün hallarda çox zaman problem o proqramların icrası zamanı yaşanır”.
Ekspert qeyd edib ki, hazırda televiziya və radio da daha geniş imkanlar təklif edir. Üstəlik internet resurslarından burada da istifadə mümkündür: “Diqqəti çəkən ən vacib məqamlardan biri də ondan ibarətdir ki, kommersiya xarakterli proqramlara televiziya və radiolarda daha geniş diqqət ayırmaqdansa, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına önəm verilə bilər. Şübhəsiz ki, kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır. Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı və hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, hətta yenilərinin hazırlanmasına çox böyük ehtiyac var. Qələbənin təmin olunmasında, ərazi bütövlüyümüzün bərpa edilməsində, Ali Baş Komandanın qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalıdır. Bu baxımdan proqramların hazırlanmasında mütəxəsis yanaşması və rəyi mütləq nəzərə alınmalı, alimlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir. Bu da əldə etdiyimiz zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə, post-konfilikt dövründə və bundan sonra həmrəyliyimizin daha da güclənməsində ciddi töhvəsini vermiş olacaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

