Diaspor fəaliyyətində çoxşaxəlilik prinsipi
17.08.2023 [11:55]
İstiqamətlər daha da genişləndirilməlidir
Günel ABBAS
Azərbaycan dövlətinin tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəyliyinin, diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır. Ona görə də harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi qorumaq, azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməlidirlər. Ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həmçinin münaqişələrin həllində də ciddi əhəmiyyətə malikdir. Hazırda əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif təşkilatlar yaradır, ölkə həqiqətlərini dünyaya çatdırır və dövlətə dəstək nümayiş etdirirlər.
Bu mənada, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz üzərinə düşən işi görür. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonrakı dönəmdə isə Komitənin üzvlərinin üzərinə çox fərqli bir məsuliyyət düşməyə başlayıb.
Deputat Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, son illər Azərbaycanda diaspor quruculuğu, lobbiçilik fəaliyyəti sahəsində müəyyən irəliləyişlər əldə edilib: “Müəyyən fəaliyyət nəticəsində Azərbaycan diasporu bir sıra dünya ölkələrində dövlətimizin maraqlarının təmin edilməsi yolunda mühüm nailiyyətlər qazanıb. Bunun nəticəsidir ki, bir sıra ölkələr Azərbaycanın bəzi məsələlərdə haqq səsinə səs verərək, ona dəstək olublar. Bu xüsusda, əsasən də Latın Amerikası ölkələri seçilir. Belə ki, Meksika, Panama, Honduras, Kolumbiya, Peru, Qvatemala Xocalı soyqırımını rəsmən tanıyıblar. Bundan başqa, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Amma maraqlıdır ki, Azərbaycan diasporu dünyanın bir sıra məntəqələrində aktiv olsa da, əsas güc mərkəzi hesab olunan Qərb dünyasında, Avropada hələ də onun fəaliyyətinin nəticələri ciddi sezilmir. Azərbaycan diasporu hələ də Avropada zəif mövqedə qalmaqda davam edir”.
Millət vəkilinin fikrincə, diasporumuzun Qərb dünyasında aktiv rol oynaya bilməməsi bir sıra xarici və daxili faktorlarla bağlıdır: “Azərbaycan diasporunun dünyanın müxtəlif qütblərində fəaliyyət göstərməsi, ölkələrlə əməkdaşlıq və işgüzar münasibət qurması yaxşı təşəbbüsdür. Hər halda hər bir ölkənin özünəməxsus müəyyən üstünlük və imkanları var. Bu baxımdan da həmin ölkələrlə əlaqələrin qurulması müəyyən önəm kəsb edir. Amma fikrimcə, burada daha önəmlisi diaspor təşkilatlarımızın dünyanın aparıcı güc mərkəzləri ilə əlaqələr qurmasıdır. Hər kəsə bəllidir ki, bu güc mərkəzləri də demokratik dəyərlərin daşıyıcısı olan Avropa qitəsi, ABŞ və Kanadadır. Çox istərdik ki, xaricdəki lobbi fəaliyyətimiz əsasən məhz bu ölkələri əhatə etsin”.
V.İskəndərov qeyd edir ki, dünyanın əsas güc mərkəzini Qərb ölkələri təşkil edirsə, ideoloji əsaslar və ictimai rəyin formalaşmasında bu məkan aparıcı rolda çıxış edirsə, o baxımdan Azərbaycan diasporu da öz gücünü daha çox məhz həmin ölkələrlə əməkdaşlığa yönəltməlidir: “Qərblə təmasların zəif olmasına bir sıra amillər təsir göstərir. Burada sözsüz ki, erməni lobbisinin bu ölkələrdə güclü iş aparması, həmin ölkələrin qərarverici şəxslərinin rəyinin dəyişməsinə təsir göstərməsi kimi amillər aparıcı rol oynayır. Amma diaspor fəaliyyətimizin Avropada zəif olmasının səbəbi xarici faktorla yanaşı, daxili faktorlarla da bağlıdır. Əsas məsuliyyəti özümüzdə axtarmalıyıq. Bu istiqamətdə Azərbaycanın Avropa ölkələrindəki səfirlikləri, dövlətin maliyyəsilə dəstəklənən qeyri-dövlət qurumlarının fəaliyyəti də yetərincə deyil. Fikrimcə, məsələyə yenidən baxılmalı, Avropada fəaliyyət göstərən səfirliklərin, diasporun fəaliyyəti təhlil edilməlidir. Həmin təhlildən irəli gələn nəticələrdən çıxış edərək də Qərb dövlətlərində diaspor fəaliyyətimizi gücləndirməliyik.
Yəni diasporumuz əsas diqqəti Afrika, Orta Asiya və Latın Amerikasının üçüncü dərəcəli ölkələrinə deyil, resursları dünyada ictimai rəyi formalaşdıran Avropa qitəsinə yönəltməlidir. Diasporumuzun Avropa ölkələri ilə təmaslarının yetərincə olmaması həm də beynəlxalq müstəvidə ölkəmiz barədə müsbət imicin formalaşmasına imkan vermir, müəyyən dərəcədə onun imicini kölgə altına alır. Ona görə də diaspor təşkilatlarımız və hökumət öz diqqətini daha çox Avropa məkanı ilə təmaslara yönəltməlidir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

