Regional sosial-iqtisadi inkişafın maliyyə təminatı
12.08.2023 [11:00]
Sistemin təkmilləşdirilməsi məsələləri
Günel ABBAS
Milli iqtisadi təhlükəsizliyin təminatı baxımından dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri etibarlı maliyyə sisteminin qurulmasıdır. Maliyyə sisteminin təkmilləşdirilməsi istiqamətlərinə, ilk növbədə özəl və dövlət maliyyə institutlarının fəaliyyətinə dövlət müdaxiləsinin optimal həddinin və ona nail olunması üsullarının müəyyən edilməsi, həmin müdaxilələrin şəffaflığının artırılması, inkişafın sosial yönümünün qiymətləndirilməsi meyarlarının əsaslandırılması və maliyyə sisteminin sosialyönümlülüyünün optimal səviyyəsinin müəyyən edilməsinə çoxmeyarlı yanaşmaların reallaşdırılması və s. aid edilməlidir.
Regionların sosial-iqtisadi inkişafının tempi və əhatə dairəsi, həlledici dərəcədə innovasiyalı fəaliyyət növlərinin inteqrasiyasından, onların dəstəklənməsi sisteminin səmərəliliyindən və bu kimi bir sıra digər amillərdən asılıdır. Onu da qeyd edək ki, bu və ya digər idarəetmə səviyyəsində innovasiyalı fəaliyyət növlərinin inteqrasiyası və həmin fəaliyyətlərin dəstəklənməsi sisteminin səmərəliliyi innovativ meyarlara cavab verən maliyyə-kredit sisteminin qurulmasını tələb edir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, innovasiyalı istehsal fəaliyyətinin regional xüsusiyyətləri, bir tərəfdən yerli imkanların reallaşdırılması səviyyəsi ilə şərtlənirsə, digər tərəfdən onlar maliyyə-kredit sisteminin qarşısına qoyulan vəzifələrin icrası mühiti ilə bağlıdır: “Həmin mühitin dinamizmi, araşdırmalardan göründüyü kimi, son illər bir qədər yüksəlmişdir. Belə ki, regionların sosial-iqtisadi inkişafı üzrə sistemli və davamlı surətdə reallaşdırılan dövlət proqramlarının icrası dövründə müxtəlif maliyyə mənbələrindən istifadə, habelə dövlət büdcəsi vəsaitləri hesabına yaradılan istehsal güclərindən istifadə prosesində dövlət-özəl bölmə əməkdaşlığı istiqamətində müəyyən təcrübə əldə edilmişdir. Regionlarda istehsal güclərindən istifadə səviyyəsi və müvafiq maliyyə-kredit təminatının səmərəliliyi arasında qarşılıqlı əlaqələrin tədqiqi göstərir ki, müəssisənin istehsal fəaliyyətinin ahəngdarlığı, onun istifadə etdiyi vəsaitlərdə borc vəsaitlərinin xüsusi çəkisi əhəmiyyətli rol oynayır.
Məsələ ondadır ki, regionlarda fəaliyyət göstərən müəssisələrin istehsal güclərindən istifadə vəziyyətinin araşdırılması, banklarla münasibətlərdən asılılıq artdıqca, maliyyə-kredit sisteminin həssaslığının yüksəldiyini söyləməyə kifayət qədər əsas verir. Regional inkişafın perspektivli maliyyə-kredit sisteminin qurulması və fəaliyyətinin dəstəklənməsində büdcədənkənar fondların, o cümlədən xüsusi büdcədənkənar fondların imkanlarından istifadə edilməsi, bir sıra Şərqi Avropa ölkələrinin təcrübəsində, əhəmiyyətli bir müddətdə perspektivli hesab edilib”.
Onun sözlərinə görə, postsosialist dövrünün ilk illərində dövlət büdcəsindən ayrı olmaqla müəyyən müstəqilliyə malik olan bu fondların rolu daha yüksək qiymətləndirilirdi: “Xüsusi büdcədənkənar fondların bilavasitə mərkəzi hakimiyyət tərəfindən, ayrı-ayrı hallarda isə yerli hakimiyyət tərəfindən idarə olunması üzrə təcrübənin özü də regional inkişaf potensialına dəstək baxımından diqqətəlayiqdir. Xüsusi büdcədənkənar fondların tərkib və strukturuna münasibətdə geniş amplituda malik fərqlər mövcuddur. Həmin fərqlər əhəmiyyətli dərəcədə xüsusi fondların istifadə istiqaməti üzrə fərqləndirilməsində istifadə edilən reqlamentlərin heç də həmişə kəmiyyət ifadəsində təqdim olunmaması onların tərkib və strukturuna münasibətdə yanaşmaların müxtəlifliyinə səbəb olur. Dövlət müəssisələrinin maliyyəsi regional inkişafda mühüm rol oynayır.
Dövlət sektorunun ümumi milli məhsulda və regional inkişafda payı arasında korrelyasiya əlaqəsinin olması yüksək ehtimallıdır. Araşdırmalar həmin əlaqələrin regional iqtisadiyyatın sahələrinin gəlirlilik səviyyəsi ilə bağlı olduğunu söyləməyə kifayət qədər əsas verir. Məsələ ondadır ki, regional iqtisadiyyatın azgəlirli sahələrinin inkişafının tempi və miqyası dövlətin fəaliyyətdə olan maliyyə, büdcə və vergi sistemlərinin xarakteri ilə şərtlənir. Regional iqtisadiyyatın azgəlirli sahələrinin özəl kapital üçün cəlbedici olmaması faktı nəzərə alınmaqla dövlət müəssisələrinin maliyyəsinin regional inkişafda rolunun artması başa düşüləndir. Regional iqtisadiyyatın sahələrinin gəlirlilik səviyyəsi, onların texniki-iqtisadi təminat səviyyəsini, sonuncu isə öz növbəsində, rəqabət qabiliyyətini şərtləndirir. Nəticə etibarilə həmin amillər dövlət sektorunun ümumi milli məhsulda və regional inkişafda paylarını və onların nisbətini müəyyən edən əsas amillər kimi çıxış edir. Digər tərəfdən investisiyaların cəlb edilməsi və səmərəli istifadəsi baxımından müvafiq infrastrukturun formalaşması və inkişafı məsələlərinə diqqət artırılmalıdır”.
Deputat qeyd edib ki, regionların tarazlı sosial-iqtisadi inkişaf meyarları əsas götürülməklə, müxtəlif maliyyə mənbələrinin vəsaitlərindən istifadənin optimal nisbəti təmin edilməlidir: “Nəhayət, maliyyə sisteminin dayanıqlığını təmin etmək üçün regionlarda innovasiyalı-intensiv inkişafa, adekvat xarakteristikalara malik institusional struktur formalaşdırılmalıdır. Əsas kapitala investisiyaların texnoloji və təkrar istehsal strukturunun optimallaşdırılması regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının maliyyə-kredit təminatı sisteminin fəaliyyətini həlledici dərəcədə yaxşılaşdırmaq imkanına malikdir. Regionlarda əsas kapitala investisiyaların texnoloji strukturunun optimallaşdırılması prosesində, ilk növbədə investisiyaların tərkibində əsas istehsal fondlarının aktiv hissəsinin alınmasına yönəldilmiş hissəsinin xüsusi çəkisinin artırılması, həmin vəsaitlərin qənaətlə istifadəsi və texnoloji innovasiyalarm səmərəliliyinin yüksəldilməsinə xidmət edən digər meyarlar əsas götürülməlidir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03

