Vətən naminə...
03.08.2023 [11:40]
İctimai və dövlət maraqlarının müdafiəsi
Yeganə BAYRAMOVA
Tarixi təcrübədən aydındır ki, hər bir xalqın və cəmiyyətin mövcudluğunu qoruyub saxlaması və inkişafı bir sıra mühüm amillərlə bağlıdır. Bu amillər sırasında ictimai və dövlət maraqlarının müdafiəsi xüsusi yer tutur. Ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi həyata keçirilən uğurlu siyasət sayəsində təmin edilir.
Azərbaycan bəşəri və milli dəyərləri nəzərə alan, qoruyan və geniş miqyasda təbliğ edən ölkədir. Xalqımızın dəyərləri, insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatları ictimai və milli maraqlar məcmusudur. Azərbaycan cəmiyyəti yetkin bir cəmiyyətdir. Vətəndaşlarımız ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edir, eləcə də bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacarır. Məhz ideal cəmiyyətin formalaşması üçün həm dövlətin mənafeyinə zərər gəlməməsi, həm ictimai maraqların təmin edilməsi, həm də ortaq maraqların müəyyənləşdirilməsi tələb olunur. Ölkəmizdə belə bir mühitin formalaşdığının hər kəs şahididir.
Prezident İlham Əliyevin “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri də təsdiq edir ki, Azərbaycanda dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti mövcuddur. Bu siyasət ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Məhz bu ideologiya sayəsində də milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşür ki, bu da dövlətin suverenliyinin möhkəmlənməsi deməkdir.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən millət vəkili Məşhur Məmmədov bildirib ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə müstəqil, milli maraqlara söykənən siyasət qurulub. Azərbaycan dövlətinin hər zaman yürüdülən siyasətinin mərkəzində milli maraqlar durur. Deputatın sözlərinə görə, son illər ərzində Prezident rəhbərliyi ilə dövlət maraqlarının qorunması istiqamətində mühüm addımlar atılıb: “Beynəlxalq müstəvidə Azərbaycanın dövlət maraqlarının, milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürütməklə, diaspor nümayəndələrimiz də koordinasiyalı şəkildə vacib addımlar atır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan mühüm addımlar məhz xaricdə yaşayan soydaşlarımız vasitəsilə çatdırılır. Prezident İlham Əliyev milli və dövlət maraqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir”.
M.Məmmədov qeyd edib ki, dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir: “İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Çünki hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Bu, həm də ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərir. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Bizim üçün dövlətimizin maraqlarının müdafiəsi vacibdir və bu, ictimai maraqlarımızın yaşaması deməkdir. Bütün bunlara görə də vətəndaş cəmiyyəti ilə dövlət arasında əsas körpü rolunu oynayan medianın üzərinə böyük vəzifə düşür”.
Deputatın sözlərinə görə, bəzən cəmiyyətdə yanlış olaraq belə anlaşılır ki, ictimai və dövlət maraqlarının qorunması yalnız dövlətin vəzifəsidir: “Bu, kökündən yanlış yanaşmadır. Ona görə vətəndaşların üzərinə bilavasitə mühüm vəzifələr düşür. Onlar dövlət, eləcə də ictimai maraqların qorunmasında fəal iştirak etməlidirlər. Bu fəallıq olmadan normal cəmiyyət qura bilmərik. Vətəndaşlar ictimai və dövlət maraqlarının qorunmasında aktivlik göstərməli, dövlətin yanında olmalı, bu maraqların ən güclü müdafiəçilərinə çevrilməlidirlər. Çünki Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, həm də təhlükəsizliyimizin qorunması və təmin edilməsi baxımından xüsusi önəm və əhəmiyyət daşıyır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23

