Azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı
19.07.2023 [11:39]
Azərbaycan mütərəqqi inkişaf modelini müəyyənləşdirib
Günel ABBAS
Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şəraitin yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.
Ötən illərdə dünyanın yüksək inkişaf etmiş ölkələrinin də üzləşdiyi iqtisadi böhran inkişafın Azərbaycan modelini gündəmə gətirdi. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü iqtisadiyyatın şaxələndirilməsi konsepsiyası məhz bu modelin əsas nəticəsi sayılan davamlı iqtisadi inkişafa aparan amildir. Son illərin təcrübəsi iqtisadiyyatın şaxələndirilməsinin ən səmərəli yolu kimi sahibkarlığın inkişafını ön plana çıxarır. Sahibkarlığın inkişaf səviyyəsi iqtisadiyyatın şaxələnməsinə və təsərrüfat sisteminin bir sahədən asılılığının aradan qalxmasına zəmin yaradır. Ölkəmizdə azad sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri də Azərbaycanda sahibkarlara investisiya təşviqi sənədinin verilməsidir. Bu sənəd ilə sahibkarlar müəyyən edilmiş vaxt ərzində bir sıra vergilərdən azad edilir və onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq olunur. Bu addım son illər ölkəmizdə əlverişli biznes mühitinin yaradılması və azad iqtisadi fəaliyyətin təşviqi istiqamətində görülən işlərin sadəcə bir hissəsidir. Bununla yanaşı, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, iş adamlarının şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması öz müsbət nəticələrini verməkdədir.
Azərbaycanın nail olduğu davamlı inkişaf modeli digər heç bir dövlətin inkişaf yoluna bənzəməyən, mövcud təcrübələri təkrarlamayan milli inkişaf modelidir. Belə bir konsepsiyanın daha hansı elementlərlə təkmilləşdirilməsi üzərində araşdırmalar aparılarkən müxtəlif yanaşmalar ortaya çıxır. Belə ki, “makro və mikro səviyyədə, eyni zamanda, sosial səviyyədə azad ticarətin təşviqi istiqamətində əlavə hansı tədbirlər görülə bilər?” sualı ətrafında bir sıra ideyalar maraq doğurur. Ekspertlər hesab edirlər ki, ilk növbədə, regional dəyər zəncirində investisiyanın dəstəklənməsi və regionlararası ticarətin təşviqi iqtisadiyyatın müqayisəli üstünlüklərini meydana çıxara bilər. Bu, eyni zamanda, məhsulların regional paylanmasını və rentabelliliyi asanlaşdırar. Azad bazarın informasiya sistemi, uyğunlaşdırılmış regional ticarət siyasəti, regional bazarların əlçatımlılığı da bu sırada önəmli faktorlardır. Eyni zamanda, regional siyasətin hüquqi və tənzimləyici islahatlar yolu ilə tənzimlənməsi yerli və xarici investorlara daha böyük bazarlara çıxmaq imkanı verə bilər. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən nəqliyyat xərclərinin azaldılması, region ərazisində gömrük rəsmiləşdirilməsi üçün standart sənədin hazırlanması kimi tədbirləri qeyd etmək olar. Eləcə də texniki və peşə təhsilinə sərmayə yatırmaq işçi qüvvəsinin bacarıqlarının özəl sektorun tələblərinə uyğun təkmilləşdirilməsi baxımından vacib addımlardan biridir. Bu, ölkə iqtisadiyyatının daha çox ehtiyac duyduğu müxtəlif peşələr üzrə seminar və treninqlərin təşkili ilə də həyata keçirilə bilər.
Bundan əlavə, investisiyanın təşviqi və ixracın inkişafı istiqamətində mövcud institutların imkanlarının genişləndirilməsi islahatların səmərəliliyini artıraraq özəl sektordakı gözlə görünməyən əngəlləri aradan qaldırmağa və yaradılmış imkanlardan geniş istifadəyə yol aça bilər. Sənayedə hər sektora spesifik yanaşmanın olması sistematik dəyişikliklərə qarşı daha böyük dözümlülüyün mövcudluğuna gətirə bilər. Belə ki, hər bir istehsalat sahəsinin öz tələblərinə uyğun yanaşmanın tətbiqi məhsulun bazardakı rəqabət imkanlarına da böyük təsir göstərir. Bununla belə, sektorlar arasında bağlantıların olması da zəruridir. Sahibkarlıq proqramları yeni sektorların, xüsusilə xidmət sənayesində yeni istiqamətlərin formalaşmasına stimul yaradır. Bu baxımdan yeni biznes qurmaq istəyənlər üçün yaradıcı ideyaların əməli işə necə çevrilməsini təbliğ edən layihələrin icrası faydalı olar. Xüsusi vurğulamaq lazımdır ki, iqtisadiyyat mütləq şəkildə elmi əsaslandırmaya söykənməli, elmi dayaqlarla möhkəmlənməlidir. Dünyada elmi əsası olmayan liberallaşdırılmanın iqtisadi inkişafa təkan vermək praktikası demək olar ki, yoxdur. Hər bir ölkə üçün milli xüsusiyyətlərin, mövcud imkanların müstəvisində ən optimal modelin müəyyənləşdirilməsi zəruridir. Azərbaycan bütün qeyd olunan məqamlar nəzərə alınmaqla artıq öz mütərəqqi inkişaf modelini müəyyənləşdirib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

