İnsan hüquq və azadlıqları
03.06.2023 [11:40]
Demokratik cəmiyyətin təməli kimi...
Yeganə BAYRAMOVA
Hər bir dövlət üçün insan hüquq və azadlıqlarının təmin edilməsi vacib amillərdəndir. İnsanların hüquqlarının qorunması, şəxsiyyət amili, ədalətli yanaşma, bərabərlik prinsipləri kimi ortaq dəyərlər mövcuddur. Dövlət institutlarında bu dəyərlər qanunlarla müəyyən edilir, qorunur, təmin olunur. Sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da bu meyarlar yüksək səviyyədə həyata keçirilir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlətimiz beynəlxalq cəmiyyətin tamhüquqlu və hüququn müstəqil subyekti kimi bütün dəyərlərə sadiq olduğunu bəyan edib.
Cəmiyyətin inkişafına təkan verən əsas amillərdən biri də vətəndaşların sosial və siyasi fəallığıdır ki, Azərbaycanda bu baxımdan müəyyən problemlər var. Ekspertlər hesab edirlər ki, sosial çətinliklər insanların siyasi aktivliyinin qarşısını alan əsas amildir. Digər tərəfdən, siyasi səhnədə bəzən zərərli fəaliyyətlərin ön plana çıxması da insanları bu sferadan uzaqlaşdırır. Bu da ciddi problemlərdən biridir. Bunun kökündə dayanan məqamlardan biri isə siyasi mədəniyyətin yetərli dərəcədə olmamasıdır. Bu isə maarifləndirmə səviyyəsinin aşağı olmasından qaynaqlanır ki, bu da aktiv cəmiyyətin formalaşmasında maneə yaradan səbəbə çevrilir.
Dünyanın demək olar ki, bütün ölkələrində oxşar problemlər mövcuddur. Hətta dəfələrlə demokratik dəyərləri əlində bayraq edən ölkələrdə insan hüquqlarının tapdalandığının şahidi oluruq. Bu baxımdan insan hüquqları sahəsində olan problemlər əslində qlobal məsələ hesab edilir və daim beynəlxalq təşkilatların, böyük dövlətlərin gündəm mövzusu olur. Onu da qeyd edək ki, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Bunu nəzərə alaraq Prezident
İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir.
Milli Məclisin deputatı İlham Məmmədov “Yeni Azərbaycan”- a açıqlamasında ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı istiqamətində mükəmməl qanunvericilik bazasının mövcud olduğunu söyləyib: “Prezident İlham Əliyevin 2007-ci tarixli Sərəncamı ilə ölkəmizdə “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. İnsan hüquqları təminatının əsası Ümummilli Lider tərəfindən qoyulub. Sivil dəyərlərin dünyəvi dövlət quruculuğu prosesinin ilkin şərtləri kimi insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ən vacib fundamental prinsiplər təmin edildi. Heydər Əliyevin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə ölkəmizdə qanunların təmin olunması, vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunması üçün mühüm addımlar atıldı”.
Deputatın sözlərinə görə, ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən kompleks tədbirlər qanunların təmininə, insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edib: “Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin real təminatı üçün zəngin qanunvericilik bazası formalaşdırılıb. Bu baxımdan ölkəmizdə həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri də Ombudsman təsisatının yaradılması idi. Ulu öndər ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalayıb. Habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması təmin olunub. Məhz bu institutun yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi ardıcıllığı hesab olunur”.
İ.Məmmədov hesab edir ki, Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamın əhəmiyyəti olduqca böyükdür: “Məhz bu qanunvercilik bazası əsasında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi mümkün olub. Bu baxımdan da ölkəmizdə insan hüquqlarının qorunması və təmini istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

