Azərbaycan - ŞƏT əlaqələri...
06.05.2025 [08:27]
Əməkdaşlıq müxtəlif sahələri əhatə edir!
Ölkəmiz qısa zamanda çoxtərəfli əlaqələrin inkişafını hədəfləyən, qlobal çağırışlara cavab verən mühüm uğurlara imza atıb. Yeni dövrdə beynəlxalq münasibətlər sistemində olduqca aktiv mövqe tutmuş Azərbaycan çoxtərəfliliyin təşviqi ilə bağlı mühüm yol keçib. Yerləşdiyi coğrafi məkan siyasi nöqteyi-nəzərdən kataklizmlərin davamlı hal aldığı region kimi dəyərləndirilsə də, Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla hətta sərhəddindən kənarda yerləşən ölkələr üçün sabitləşdirici faktor kimi çıxış edir.
Azərbaycanın uğur formulunun açarı məhz bununla izah edilir - bütün yanaşmalarında ədalət prinsipinin qorunması və çoxtərəfliliyə sədaqət nümayiş etdirmək. Rəsmi Bakı hər zaman bəyan edir ki, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Bu mənada, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələri mühüm əhəmiyyət daşıyır. ŞƏT-in regional və qlobal səviyyədə böyük perspektiv vəd etməsi, geniş iqtisadi potensial, həmçinin qurumun prinsiplərinin, məqsədlərinin Azərbaycanın gündəliyinin bir çox məsələləri üst-üstə düşməsi ölkəmizin maraqları ilə uzlaşır. Paralel olaraq Azərbaycan qurumda təmsil olunan əksər dövlətlər ilə ikitərəfli platformada əlaqələrə malikdir.
Azərbaycan - ŞƏT əməkdaşlığı
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən politoloq İlqar Vəlizadənin sözlərinə görə, artıq illərdir ki, Azərbaycan ŞƏT-in Zirvə toplantılarında, sammitlərində iştirak edir. Politoloq xatırladıb ki, 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in Zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən, Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib: “Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib. Ölkəmiz, eyni zamanda, bir neçə il öncə təşkilatdakı statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün ŞƏT-in Katibliyinə rəsmən müraciət edib. Keçən ilin iyulunda Astanada keçirilən ŞƏT-ə üzv ölkələrin növbəti Zirvə görüşündə də Azərbaycan təmsil olunub. “ŞƏT+” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar”.
ŞƏT-də hüquqi statusun artırılması dəstəklənir
İ.Vəlizadə qeyd edib ki, paralel olaraq həmin sammitdə Qazaxıstandan sonra Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyin Çinə keçəcəyi məlum olub. Assosiasiyanın növbəti, yəni builki sammiti Çində keçiriləcək: “Vurğulanmalıdır ki, Çin-Azərbaycan münasibətlərinin yüksək ruhda inkişafı Azərbaycanın ŞƏT ilə əlaqələrinin daha da möhkəmləndirilməsində də əlavə impuls yaradır. Məsələn, ötən ay-aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da da vurğulanır ki, Azərbaycan Çinin ŞƏT-ə sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir. Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir”.
Cənubi Qafqazda yüksək perspektivlik
Politoloqun sözlərinə görə, bütün beynəlxalq təşkilatlarla olduğu kimi, ŞƏT-lə əlaqələrin möhkəmləndirilməsi işgüzar, qarşılıqlı maraqlara əsaslanan və hörmət əsasında formalaşır. Azərbaycan yerləşdiyi bölgənin aparıcı iqtisadi-siyasi ölkəsi, bir sözlə, regionun lideri kimi bu əməkdaşlığın regional mahiyyət qazanması üçün səy göstərir: “Azərbaycan-ŞƏT əməkdaşlığı bütövlükdə, Cənubi Qafqazda yüksək perspektiv yaradır. Əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən sahələr üzrə müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlıqda iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və digər sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirir. Növbəti sammitlərdə bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində inklüziv əməkdaşlıqların müxtəlif istiqamətləri ilə bağlı addımların atılacağı gözlənilir. Eyni zamanda, yeni dönəm üçün sədr olan Çinin ŞƏT-in maraqları çərçivəsində ölkəmizdə əməkdaşlıq perspektivlərini daha da gücləndirməsi bütövlükdə təşkilat ilə Bakı arasında münasibətləri mühüm bir zirvəyə yüksəldə bilər. Prezident İlham Əliyev də bildirib ki, biz ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük. Ölkələrin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

