Ana səhifə »   »  Azərbaycanda yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır
A+   Yenilə  A-
Azərbaycanda yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır

Regionlarda yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması istiqamətində işlər davam etdirilir
Məlum olduğu kimi, ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlar yol-nəqliyyat kompleksinin inkişafında da qabarıq nəzərə çarpır. Bu da səbəbsiz deyil. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində bu gün Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. Ölkəmizin hər yerində - paytaxtımızda, eləcə də regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, ötən müddət ərzində beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Onu da qeyd edək ki, bu istiqamətdə işlər hazırda da davam etdirilir. Bu barədə bir qədər sonra. Hələlik isə vurğulamaq yerinə düşər ki, görülən işlər zəngin potensiala malik Azərbaycanda yol infrastrukturunun inkişafının mühüm prioritetlər sırasında olduğunu bir daha təsdiqləyir.
İşğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, oktyabrın 3-də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən başlanılıb.
Agentlikdən qəzetimizə bildirilib ki, ümumi uzunluğu 29 kilometr olan avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.
Xatırladaq ki, Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Hazırda yolboyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı bərpa olunur və yeni yol əsası inşa edilir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımı sayda canlı qüvvə və texnika cəlb edilib. Yolun tikintisi Suqovuşan su anbarından Tərtər şəhərinə doğru uzanan və uzun illərdən sonra suyuna qovuşan kanalın kənarı ilə aparılır.
Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən, inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.
Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2661 kilometr uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 kilometr respublika, 1778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.
6 mindən çox əhalinin yaşadığı 3 cəbhəyanı kəndi əhatə edən yol yenidən qurulacaq
Eyni zamanda, Ağdam rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan işlər çərçivəsində kənd yollarında əsaslı təmir işləri görülür. Cari ildə Ağdam rayonunda 3 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətində işlər aparılıb. Bu, IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 15 kilometr olan yerli əhəmiyyətli avtomobil yoludur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihəyə uyğun olaraq, yenidənqurma işləri 150 min kvadratmetr sahədə aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, yolboyu torpaq işləri görülüb, 12 santimetr hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən, yeni metal və dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri də layihə üzrə həyata keçirilib. Zəruri yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanları, siqnal dirəkləri və kilometr göstəriciləri quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Ümumilikdə, 6 mindən çox əhalinin yaşadığı 3 cəbhəyanı kəndi əhatə edən yolun yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.
Qeyd olunub ki, 2018-2020-ci illər ərzində Ağdam rayonu ərazisində cəbhəyanı kəndlər üstünlük təşkil etməklə 50 minə yaxın əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən 51,3 kilometr avtomobil yolu yenidən qurulub və bərpa edilib.
Əvvəlcədən nəzərdə tutulan sosial layihələr uğurla həyata keçirilir
Ölkəmizdə Vətən müharibəsinin getdiyi vaxtda arxa cəbhədə də əvvəlcədən nəzərdə tutulan sosial layihələr uğurla həyata keçirilib. Bu, dövlətimizin hərbi, eyni zamanda, sosial-iqtisadi qüdrətinin nəticəsidir.
Respublikamızın hər yerində olduğu kimi, İsmayıllının ucqar dağ kəndlərində də müasir standartlara uyğun asfalt yol çəkilir. Belə ki, rayonun dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olmaqla, rayon mərkəzindən 40 kilometrdən çox məsafədə yerləşən Tağlabiyan, Kəlfərəc və Mücü kəndlərinə ilk dəfə asfalt yol çəkilir. Basqal qəsəbəsindən başlayaraq bu kəndlərə çəkilən yolun uzunluğu, ümumilikdə, 10 kilometrdir. Burada yol yatağı yenidən qurulur, körpü və suötürücü kollektorlar quraşdırılır və asfalt döşənir.
İşlər “İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (17 km)-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 iyul tarixli Sərəncamına uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, dövlət başçısının 2018-ci ildə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə əlaqədar imzaladığı Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq ərazidə tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işləri aparılır, habelə ənənəvi xalq sənətkarlığı növlərinin və turizmin dirçəldilməsi də nəzərdə tutulur. Bundan əlavə, 17,6 hektar ərazidə “Basqal” Ailə Sağlamlıq və İstirahət Kompleksi də tikilir.
Verilən məlumata əsasən, İsmayıllı şəhərinin küçələri də yenidən qurulur. Şəhərdə körpü və suötürcülər quraşdırılır, asfalt işləri aparılır, işıqlandırma sistemi təzələnir, piyada səkiləri yenilənir. Rayon icra hakimiyyətindən bildirilib ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun şəhərdən keçən 26-28-ci kilometrliyində, Ə.Ələkbərzadə küçəsində yolun asfalt hissəsinin təmiri başa çatıb. Burada işıqlandırma sisteminin və piyada səkilərinin yenidən qurulması işlərinə başlanılıb. Bundan əlavə, M.Əsədov və V.Osmanov küçələri də abadlaşdırılır. M.Əsədov küçəsindən keçən kanalın üstündə yeni körpü quraşdırılır. Bundan sonra küçəyə asfalt döşənəcək. V.Osmanov küçəsində isə yeni piyada səkisi quraşdırılır.
Mərkəzi Aran regionundea yerləşən Ucar rayonunda isə uzunluğu 21,4 kilometr olan və 7 mindən çox əhalinin istifadə etdiyi avtomobil yollarının yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu yollar rayonun Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan marşrutunda 3 yaşayış məntəqəsi üzrə Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin yollarıdır. Layihəyə uyğun olaraq, mövcud yol örtüyü və zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Daha sonra normativ qalınlıqda yol əsasının tikintisi işləri görülüb. Sözügedən işlər 220 min kvadratmetr sahəni əhatə edib. Yolboyu müxtəlifdiametrli boruların quraşdırılması və izolyasiyası işləri də həyata keçirilib.
Tikinti norma və standartlarına əsasən, yolun 130 min kvadratmetr sahəsinə 2 laydan ibarət 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənib. Həmçinin yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işlərinin aparılması planlaşdırılır.
Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin avtomobil yolları 3 yaşayış məntəqəsinin 7 mindən çox əhalisinin, eləcə də bu yoldan istifadə edən vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişini asanlaşdıracaq.
Öz növbəsində, Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yolları yenidən qurulub.

(davamı növbəti sayımızda)
Müşfiqə BAYRAMLI

 
  • Oxunub:  3480  |  
  • Tarix:  11-11-2020  |  
  •    Çap et   |  
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir

22 İyun 15:08
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
22 İyun 14:58
UNEC əməkdaşlarına dövlət mükafatları təqdim olunub
22 İyun 14:57
AzTU-nun təltif olunan əməkdaşlarına mükafatlar təqdim edilib
22 İyun 14:48
Kamal Cəfərov: Artıq ənənəvi media yerini sosial mediaya verib, ictimai gündəmi insanlar müəyyənləşdirirlər
22 İyun 14:43
BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub
22 İyun 14:42
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara xidmət göstərəcək özəl klinikalar açıqlanıb - SİYAHI
22 İyun 14:29
Milli Məclisin deputatı AŞPA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi seçilib
22 İyun 14:28
Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb
22 İyun 14:26
Vilayət Eyvazov: Azərbaycanın və Pakistanın Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlıq mövcuddur
22 İyun 14:16
Naxçıvan Muxtar Respublikası ilə İsveç Krallığı arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
22 İyun 14:15
BMT-nin ali nümayəndəsi: Füzuli rayonunda gördüyüm mənzərə məni dəhşətə gətirdi
22 İyun 13:59
Vətən müharibəsində yaralanmış 33 qazi yüksək texnologiyalı protezlərlə təmin olunub
22 İyun 13:38
Azərbaycan və Misir XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 İyun 13:29
Kamaləddin Qafarov: Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb
22 İyun 13:20
Tanınmış türkiyəli media mütəxəssisləri AzTV-də
22 İyun 13:10
Deputat: Sosial şəbəkələr canlı ictimai müzakirələr baxımından demokratiya və azadlığın təşviqi istiqamətində mükəmməl vasitədir
22 İyun 12:56
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
22 İyun 12:47
BMT-nin ali nümayəndəsi Füzuli rayonunda erməni barbarlığı ilə tanış olur
22 İyun 12:42
“Avro-2020”: Çexiya millisi İngiltərə, Xorvatiya isə Şotlandiya ilə qarşılaşacaq
22 İyun 12:37
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 27 il ötür
22 İyun 12:19
Asiya İnkişaf Bankı Azərbaycan sığorta bazarındakı proseslərlə yaxından maraqlanır
22 İyun 12:06
Misir ICESCO-nun Baş Konfransına ev sahibliyi edəcək
22 İyun 11:58
Sədaqət Vəliyeva: COVİD-19 pandemiyasından yeganə xilas yolu vaksinasiyadır
22 İyun 11:46
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri başlayıb
22 İyun 11:31
Prezidenti İlham Əliyev: BMT ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır
22 İyun 11:30
Sahibə Qafarova: Şuşa Bəyannaməsinin imzalanması ilə bütün dünya Azərbaycan-Türkiyə dostluğunun bir daha şahidi oldu
22 İyun 11:15
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir
22 İyun 11:13
XİN: Azərbaycan tərəfi UNESCO missiyasını qəbul etməyə hazırdır
22 İyun 10:47
Azərbaycanda şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportu və ya immunitet sənədi tələb olunacaq
22 İyun 10:46
Azərbaycanlı deputat: Mingəçevir su anbarını bombalamağa, yüz minlərlə azərbaycanlını qətlə yetirməyə çağıran erməni nümayəndənin çıxışı ikrah hissi doğurur
22 İyun 10:31
Sosial Xidmətlər Agentliyində uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib
22 İyun 10:21
İyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin keçirilməsinə icazə verilir
22 İyun 10:00
Nigar Arpadarai: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır
22 İyun 09:57
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başlayıb
22 İyun 09:47
Turizm cənnəti – Antalya
22 İyun 09:06
Bütün cəhdlərə baxmayaraq, revanşistlər iflasa uğradılar
22 İyun 09:03
Gündüz Bayramov: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcıdır
22 İyun 09:01
Ramiz Yusubov: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri əbədi və sarsılmazdır
22 İyun 09:00
Sabir Hacıyev: Azərbaycan ilə Türkiyənin dostluğu və qardaşlığı bir daha bütün dünyaya nümayiş etdirildi
22 İyun 08:59
Arzuxan Əlizadə: Azərbaycan ilə Türkiyə regionda sülhün və sabitliyin təminatçısıdır
22 İyun 08:58
Qabil Hüseynli: Azərbaycan-Türkiyə müttəfiqliyi regionun gələcək inkişafı üçün geniş imkanlar yaradır
22 İyun 08:53
Abutalıb Səmədov: Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır
22 İyun 08:51
Radikal müxalifət xalqa və dövlətə xəyanət yolu tutub
22 İyun 08:49
Ermənistanda seçki baş tutsa da, siyasi qarşıdurma səngimir
22 İyun 08:48
“Normal həyatımıza geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək”
22 İyun 08:43
Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasında azərbaycançılıq ideologiyasının rolu əvəzsizdir
21 İyun 21:39
Rəcəb Tayyib Ərdoğan: Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram
21 İyun 21:36
Ceyhun Bayramov: Antalya Diplomatiya Forumu Azərbaycan üçün səmərəli müzakirələr məkanı oldu
21 İyun 21:32
ÜST dünyada COVID-19-la bağlı vəziyyəti qiymətləndirib
21 İyun 21:27
Rafael Hüseynov Avropa Şurasını sağlam inkişaf yoluna çıxmaq üçün ikili standartlardan qurtulmağa çağırıb
21 İyun 21:25
Adil Əliyev: COVID-19-a qalib gəlməyin yeganə yolu vaksinasiyadır
21 İyun 20:08
Azərbaycanlı deputat AŞPA üzvlərini mina xəritələrini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırıb
21 İyun 20:06
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb
21 İyun 20:04
Səməd Seyidov: AŞPA-nın yay sessiyasının iştirakçıları Şuşa Bəyannaməsi haqqında məlumatlandırılacaq
21 İyun 20:01
“Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib
21 İyun 19:59
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin təqdim etdiyi sülh modeli işğalçı dövlətin çətinliklərdən xilası deməkdir
21 İyun 19:57
Azərbaycanda koronavirus infeksiyasından daha 49 nəfər müalicə olunaraq sağalıb
21 İyun 19:52
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyətinə dair fotoalbom nəşr edilib
21 İyun 19:50
Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb
21 İyun 19:49
MEDİA ilə “Aljazeera” Media İnstitutu arasında ikitərəfli formatda səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
21 İyun 19:47
Anar Məmmədov: Ermənilər tərəfindən basdırılmış minalar yüz minlərlə insanın doğma torpaqlarına qaytarılmasına ciddi maneə yaradır
21 İyun 18:14
Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib
21 İyun 17:32
“Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilib
21 İyun 17:31
Sinoptiklərdən xəbərdarlıq: Paytaxda havanın temperaturu 42°-yə yüksələcək
21 İyun 17:21
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqlənib
21 İyun 17:19
Hikmət Babaoğlu: Ermənistandakı hazırki vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsidir
21 İyun 17:16
İqtisadiyyat naziri: İcbari tibbi sığorta sisteminin tətbiqi sosial-iqtisadi inkişaf üçün yeni mərhələdir
21 İyun 17:15
Türkiyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun keçirəcəyi layihələrə dəstəyini əsirgəməyəcək
21 İyun 16:57
ADA Universiteti ilə “Al Jazeera” Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb
21 İyun 16:45
YAP Nəsimi rayon təşkilatının hesabat konfransı keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +25