Azərbaycanın mədəniyyət paytaxtından...
09.12.2022 [11:08]
Türk dünyasının mədəniyyət paytaxtınadək
MÜBARİZ
Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə həm də ermənilərin uydurduqları “mədəni xalq” mifini alt-üst etdi. İşğaldan azad edilmiş ərazilərdə çəkilən foto və video materiallardan aydın şəkildə görünür ki, ermənilər 30 il ərzində zor gücünə öz nəzarətlərində saxladıqları Azərbaycan ərazilərində ağlasığmaz vandalizm əməlləri törədiblər. Sanki bu yerlərdən mədəniyyət görməmiş vəhşi qəbilələr gəlib keçiblər və onlar yolları üstündə hər şeyi dağıdıblar.
Postmüharibə dövründə qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işlərinə başlayıb. Prezident İlham Əliyev bəyan edib ki, biz bu yerləri cənnətə çevirəcəyik. Müharibənin başa çatmasından cəmi iki il vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır, artıq bu yerlərdə məskunlaşmaya da start verilib. Paralel şəkildə, erməni vandalizmini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə silsilə tədbirlər həyata keçirilir. Nəhayət, ermənilərin maskaları yırtılır, bəşəriyyət bu “mədəni” xalqın mədəniyyətdən necə uzaq olduğunu görür. Qeyd olunan istiqamətdə fəaliyyət “Şuşa İli” çərçivəsində daha geniş miqyasda davam etdirilib.
Qardaş ölkədə kitab təqdimatı
Azərbaycan və Türkiyə Ulu Öndərin “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq özlərinin kədərlərini də, sevinclərini də bir-birləri ilə bölüşürlər. “Şuşa İli” çərçivəsində qardaş ölkədə də genişmiqyaslı tədbirlər reallaşdırılıb. O cümlədən noyabrın son ongünlüyündə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, “PAŞA Həyat Sığorta” ASC və “İrs” jurnalının dəstəyi ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Şuşa İli” münasibətilə konfrans və kitab təqdimatı keçirilib. Tədbir iştirakçıları “Şuşa İli” şərəfinə təşkil olunan sərgi ilə tanış olublar. Azərbaycanın qədim tarixini, təbiətimizin əsrarəngiz gözəlliyini, Bakının əzəmətini, Naxçıvanın füsunkar dağlarını özündə əks etdirən fotolar barədə iştirakçılara ümumi məlumat verilib.
Həmçinin tədbirdə sərgilənən Azərbaycan həqiqətlərinə dair nadir nəşrlərlə də tanışlıq olub. Şuşa mövzusunda filmin nümayişindən sonra təqdimatı keçirilən “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəfis tərtibatla, yüksək dizayn və poliqrafiya ilə hazırlanan nəşrlər barədə iştirakçılara müfəssəl məlumat verilib, kitablardan nüsxələr iştirakçılara hədiyyə olunub.
Vurğulanıb ki, UNESCO kimi beynəlxalq qurumların həqiqətləri görməzliyə vurması, qeyri-obyektiv mövqedən çıxış etməsi fonunda bu cür nəşrlərin beynəlxalq ictimaiyyətə çatdırılması olduqca mühüm əhəmiyyət daşıyır. Təqdimatı keçirilən iki kitabdakı çoxsaylı faktlar təkzibolunmaz şəkildə təsdiq edir ki, işğalçı Ermənistanın başlıca məqsədi zəbt etdiyi ərazilərdə torpaq üstündə nə varsa hamısını məhv edib Azərbaycan üçün yarasız hala salmaq olub.
Gözəl Şuşamız Tarixi Şəhərlər Liqasında
Gözəl Şuşamızın Tarixi Şəhərlər Liqasının (TŞL) noyabrın 14-16-da Cənubi Koreyanın Andonq şəhərində baş tutan 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assambleyanın iclasında liqaya üzvlüyü elan edilib. Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, TŞL-in baş katibi Shibata Shigenori çıxış edərək, Şuşanın liqaya üzv seçilməsini elan edib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək, Şuşanın tarixi və mədəni əhəmiyyəti, işğal dövründə ermənilər tərəfindən törədilən vandallıq və Şuşada aparılan abadlıq və quruculuq işləri barədə Baş Assambleyanın iştirakçılarına məlumat verib.
Qeyd edək ki, TŞL dünyanın fərqli ölkələrindən 126 şəhəri özündə birləşdirən beynəlxalq platformadır. TŞL çərçivəsində fərqli şəhərlər tarixi-mədəni irsin qorunması və üzv şəhərlərin turizm potensialının artırılması istiqamətində sıx əməkdaşlıq edirlər.
Daha bir şad xəbər barədə. Konfrans çərçivəsində tarixi şəhərlər sayılan Cənubi Koreyanın Andonq, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyyət protokolu imzalanıb.
“Şuşa İli” Küveyt məktəbində
Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi ilə “Şuşa İli” ilə bağlı Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti Küveytin “Əl-Əvail” məktəbində “Azərbaycan küveytli uşaqların gözü ilə” adlı Beynəlxalq Gün təşkil edib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbir iştirakçılarına ölkəmiz haqqında geniş məlumat verilib. Onların diqqətinə çatdırılıb ki, 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan olunub. Beynəlxalq Gün çərçivəsində Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumat verilib.
Sonra səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab və Şuşa şəhərində təşkil olunmuş “Xarıbülbül” Festivalına həsr olunmuş jurnallar və digər təbliğat materialları iştirakçılara təqdim olunub. Bununla yanaşı, ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, görməli yerlərini, tarixi məkanlarını və milli-mənəvi sərvətlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olunub.
İştirakçılar tərəfindən xüsusi maraqla qarşılanan tədbirdə şagirdlər Azərbaycan dilində uşaq mahnıları ifa ediblər.
Bütün Türk dünyasında qeyd olunacaq
2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir. Prezident İlham Əliyev 6 dekabr 2022-ci il tarixində Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
27 Yanvar 23:26

Xəbər lenti
27 Yanvar 23:12

Xəbər lenti
27 Yanvar 22:22

Xəbər lenti
27 Yanvar 21:28

Xəbər lenti
27 Yanvar 21:13

Xəbər lenti
27 Yanvar 20:15

Xəbər lenti
27 Yanvar 20:06

Xəbər lenti
27 Yanvar 19:40

Xəbər lenti
27 Yanvar 19:24

Xəbər lenti
27 Yanvar 18:21

Siyasət
27 Yanvar 18:17

Xəbər lenti
27 Yanvar 17:53

Xəbər lenti
27 Yanvar 16:26

Dünya
27 Yanvar 16:18

Xəbər lenti
27 Yanvar 15:35

Xəbər lenti
27 Yanvar 15:14

Siyasət
27 Yanvar 15:06

Xəbər lenti
27 Yanvar 14:55

Gündəm
27 Yanvar 14:31

Xəbər lenti
27 Yanvar 14:21

Siyasət
27 Yanvar 13:48

Xəbər lenti
27 Yanvar 13:46

Siyasət
27 Yanvar 13:35

Siyasət
27 Yanvar 13:30

Xəbər lenti
27 Yanvar 13:19
.jpg&width=120)
Xəbər lenti
27 Yanvar 13:04

Gündəm
27 Yanvar 12:53

Xəbər lenti
27 Yanvar 12:49

Xəbər lenti
27 Yanvar 12:47

Xəbər lenti
27 Yanvar 12:36

Xəbər lenti
27 Yanvar 12:32

Xəbər lenti
27 Yanvar 12:30

Xəbər lenti
27 Yanvar 12:24

Xəbər lenti
27 Yanvar 12:24

Xəbər lenti
27 Yanvar 11:57

Xəbər lenti
27 Yanvar 11:25

Siyasət
27 Yanvar 11:19

Xəbər lenti
27 Yanvar 11:12

Xəbər lenti
27 Yanvar 11:10
.jpg&width=120)
Maraqlı
27 Yanvar 11:01

Xəbər lenti
27 Yanvar 10:58

Analitik
27 Yanvar 10:54

Xəbər lenti
27 Yanvar 10:47

Siyasət
27 Yanvar 10:43

Xarici siyasət
27 Yanvar 10:37
.jpg&width=120)
Sosial
27 Yanvar 10:35

MEDİA
27 Yanvar 10:32

Sosial
27 Yanvar 10:30

Siyasət
27 Yanvar 10:23

Siyasət
27 Yanvar 10:16

Siyasət
27 Yanvar 10:12

Gündəm
27 Yanvar 10:05

Xəbər lenti
27 Yanvar 09:31

Xəbər lenti
27 Yanvar 09:29

Xəbər lenti
27 Yanvar 09:27

Xəbər lenti
26 Yanvar 22:38

Dünya
26 Yanvar 22:36

Xəbər lenti
26 Yanvar 19:34

YAP xəbərləri
26 Yanvar 19:33

Xəbər lenti
26 Yanvar 17:31

Xəbər lenti
26 Yanvar 16:52

Xəbər lenti
26 Yanvar 16:38

Xəbər lenti
26 Yanvar 16:22

Dünya
26 Yanvar 16:21

İqtisadiyyat
26 Yanvar 16:19

Siyasət
26 Yanvar 16:18

Xəbər lenti
26 Yanvar 16:16

Xəbər lenti
26 Yanvar 16:09

Xəbər lenti
26 Yanvar 15:45

Xəbər lenti
26 Yanvar 15:41
