Sənayeləşmədə yeni dövr
14.12.2024 [13:16]
2025-ci ildə sənayenin inkişafı üçün iqtisadi stimullar və dövlət dəstəyi tədbirləri davam etdiriləcək
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu il qurumun idarəçiliyində olan sənaye zonalarında görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Həmçinin iclas çərçivəsində
Agentliyin 2025-ci il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati-struktur məsələləri müzakirə olunub.
8 sənaye parkı, 4 sənaye məhəlləsi və 25-ə yaxın aqropark
Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında publik şəxs kimi yaradılıb. Agentlik sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanıb, həyata keçirilməsi və bu istiqamətdə təşviqedici addımların atılmasında tənzimləyici funksiyaya malikdir. Sənaye Parkları və məhəllələri ölkəmizin iqtisadi imkanlarının daha da artırılması, qeyri-neft sektorunun davamlı inkişafına töhfə verəcək resursların tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılmasında mühüm rol oynayır.
Hazırda ölkəmizdə Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” və Hacıqabul Sənaye Parkı fəaliyyət göstərir. Dövlət başçısının dekabrın 5-də imzaladığı fərmana əsasən, Naxçıvan Sənaye Parkı yaradılması nəzərdə tutulur ki, bununla da sənaye parklarının sayı 8-ə çatmış olur. Eləcə də, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Masallı, Neftçala, Sabirabad və Şərurda yerləşməklə 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Həmçinin, 25-ə yaxın aqropark fəaliyyət göstərir ki, bu da regionlarda aqrar-sənaye potensiallarının səfərbər olunması, həmin bölgələrin inkişafında mühüm rol oynayır.
Sənaye parklarında 13,5 milyard manatlıq məhsul istehsal edilib
Sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin ediliblər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunublar. Sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyə qədər 500 milyon manata yaxın vəsaitə qənaət ediblər.
Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 75-ə yaxın müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 6,8 milyard manat investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 1 milyard manata yaxın investisiyanın yatırılması, 7100-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonalarında indiyədək ümumilikdə 13,5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 4,3 milyard manatlıq hissəsi ixrac olunub. 2024-cü ilin birinci yarısında sənaye zonalarının rezidentləri tərəfindən 1,4 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 478 milyon manatı ixracın payına düşür. Bu iqtisadi modellər Azərbaycanın sənaye istehsalının ÜDM-də payının 50 faizi ötməsində də mühüm rol oynayıb. Qeyri-neft sənayesində cari ilin ötən 11 ayında 8 faizə yaxın artım qeydə alınıb ki, bu da ölkədəki sənaye potensialı güclərinin verdiyi töhfənin nəticəsidir.
Azad ərazilərdə dayanıqlı sənaye istehsalına başlanıb
Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları da artıq sənaye ailəsində öz layiqli yerini tutmaqdadır. Qeyd edək ki, Qarabağın dirçəldilməsi, sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Hazırda Sənaye Parkında 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-reizdentlik statusu verilib. 2024-cü ilin sentyabrında Ağdam Sənaye Parkında bir neçə müəssisənin istifadəyə verilməsi ilə azad ərazilərin sənaye istehsalı zəncirinə qoşulması təmin edilib. Bu Parkda hazırda 9 müəssisə fəaliyyət göstərir ki, ölkədə sənaye transformasiyasının irəliləməsində Ağdamın mühüm rolunu daha da artıracaq.
Eləcə də, logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli fərmanı ilə 200 hektar ərazidə yaradılıb. Hazırda Sənaye Parkında 13 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Şərqi Zəngəzurun sənaye gücünün ən nəhəng sütununa çevrilən Parkda hazırda 1 müəssisə fəaliyyət göstərir. Yaxın vaxtlarda ən azı 5 müəssisənin istehsal və emal fəaliyyəti təmin olunacaq.
Yeri gəlmişkən, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarına digər parklarda tətbiq olunan vergi-gömrük güzəştlərindən başqa, əlavə güzəştlər də nəzərdə tutulub. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma aiddir. Bu isə azad ərazilərdə sənayeləşmənin daha sürətlə davam etməsinə münbit şərait yaradır.
Ümumilikdə, yürüdülən sənaye siyasətinə əsasən, 2025-ci ildə və qarşıdakı illərdə sənaye parkları və məhəllələrinin, aqroparkların inkişafı üçün iqtisadi stimullar, vergi-gömrük güzəştləri və dövlət dəstəyi tədbirləri davam etdiriləcək, investorların cəlb edilməsi üçün əlavə təşviqedici addımlar atılacaq. Məqsəd sənaye sektorunun milli dəyərdə payını daha da yüksəltməkdir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 Yanvar 23:47
İdman
24 Yanvar 23:31
Sosial
24 Yanvar 23:19
Dünya
24 Yanvar 22:54
Dünya
24 Yanvar 22:36
Dünya
24 Yanvar 22:13
İdman
24 Yanvar 21:53
Xəbər lenti
24 Yanvar 21:34
Dünya
24 Yanvar 21:11
Elm
24 Yanvar 20:55
Xəbər lenti
24 Yanvar 20:38
İqtisadiyyat
24 Yanvar 20:34
Dünya
24 Yanvar 20:19
Dünya
24 Yanvar 19:57
İdman
24 Yanvar 19:32
Sosial
24 Yanvar 19:17
Siyasət
24 Yanvar 18:41
Hadisə
24 Yanvar 18:28
Dünya
24 Yanvar 17:48
Dünya
24 Yanvar 17:32
Dünya
24 Yanvar 17:19
Dünya
24 Yanvar 16:46
İdman
24 Yanvar 16:15
İqtisadiyyat
24 Yanvar 15:56
Dünya
24 Yanvar 15:48
Siyasət
24 Yanvar 15:39
İqtisadiyyat
24 Yanvar 15:29
Dünya
24 Yanvar 15:14
Sosial
24 Yanvar 15:11
YAP xəbərləri
24 Yanvar 15:10
YAP xəbərləri
24 Yanvar 15:09
YAP xəbərləri
24 Yanvar 15:07
YAP xəbərləri
24 Yanvar 15:07
YAP xəbərləri
24 Yanvar 15:06
Sosial
24 Yanvar 15:04
Sosial
24 Yanvar 14:33
Sosial
24 Yanvar 14:07
Dünya
24 Yanvar 14:06
Dünya
24 Yanvar 14:01
Sosial
24 Yanvar 13:01
Dünya
24 Yanvar 11:52
Sosial
24 Yanvar 11:21
İqtisadiyyat
24 Yanvar 11:14
İqtisadiyyat
24 Yanvar 11:13
Sosial
24 Yanvar 11:10
İdman
24 Yanvar 11:07
Hadisə
24 Yanvar 11:05
Dünya
24 Yanvar 10:58
İqtisadiyyat
24 Yanvar 10:56
Turizm
24 Yanvar 10:47
Siyasət
24 Yanvar 10:45
Analitik
24 Yanvar 10:37
Siyasət
24 Yanvar 10:12
Ədəbiyyat
24 Yanvar 09:56
Dünya
24 Yanvar 09:32
Elm
24 Yanvar 09:16
Elm
24 Yanvar 08:54
MEDİA
24 Yanvar 08:35
Gündəm
24 Yanvar 08:17
Dünya
23 Yanvar 23:48
Elm
23 Yanvar 23:36
İdman
23 Yanvar 23:11
Sosial
23 Yanvar 22:49
İqtisadiyyat
23 Yanvar 22:37
İqtisadiyyat
23 Yanvar 22:16
Hərbi
23 Yanvar 21:58
Dünya
23 Yanvar 21:32
İqtisadiyyat
23 Yanvar 21:17
Elm
23 Yanvar 20:56
Dünya
23 Yanvar 20:38