"Yeni Azərbaycan"ın "Güclü dövlət naminə" təşviqat kampaniyası - 13 mart
14.03.2009 [15:58]
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və vəkillərinin iştirakı ilə “Güclü dövlət naminə” devizi altında Bakının Nərimanov, Suraxanı, Səbail, Binəqədi, Nizami, Yasamal, Nəsimi rayonlarında, Sabunçu rayonunun Zabrat qəsəbəsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Sumqayıt şəhərinin Corat qəsəbəsində, Sumqayıt şəhərində məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkünlərlə, Xırdalan şəhərində, Saatlı şəhərində və rayonun Dəlilər və Qara Nuru kəndlərində seçicilərlə görüşlər keçirilib.
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrindən YAP İdarə Heyətinin üzvü, MM-in deputatı Mixail Zabelin, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, MM-in deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı, Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə, təşviqat qrupunun vəkillərindən YAP İdarə Heyətinin üzvləri, professor Zahid Qaralov, professor Şahlar Əsgərov, YAP Siyasi Şurasının üzvü, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev, Azərbaycan Dövlət Pedaqoji Universiteinin rektoru Yusif Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universiteinin rektoru Gülçöhrə Məmmədova və başqaları keçirilən görüşlərdə iştirak ediblər.
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun “Güclü dövlət naminə” devizi altında həyata keçirdiyi təşviqat kampaniyası qanunvericiliyə uyğun olaraq, yalnız yerli icra hakimiyyətlərinin müəyyənləşdirdiyi ünvanlarda keçirilib. Keçirilmiş bütün görüşlərdə ölkə vətəndaşlarının yüksək fəallığı və ruh yüksəkliyi müşahidə olunub. ötən dövr ərzində ölkənin bütün regionlarını əhatə etmiş kütləvi görüşlərdə iştirak etmiş ictimaiyyət nümayəndələrinin yüksək əhval-ruhiyyəsi onu deməyə əsas verib ki, insanlar Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri birmənalı qaydada dəstəkləyir və müdafiə edirlər. Müşahidələr bir daha sübut edib ki, Azərbaycan vətəndaşları ötən dövr ərzində ölkədə yüksələn xəttlə davam edən inkişaf prosesinin nəticələrini özlərinin gündəlik həyatlarında nəzərə çarpacaq dərəcədə hiss edir və bunu dəyərləndirir. Azərbaycan seçicisi bu inkişafı bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi və layiqincə həyata keçirdiyi islahatların bəhrəsi hesab edir. Bu səbəbdən də, hər bir seçici bu inkişafın davamlı olmasının və uğurla davam etdirilməsinin tərəfdar kimi çıxış edir, bu inkişafın davamlı olmasını nəzərdə tutan Konstitusiya islahatlarını dəstəkləyir.
Geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş bütün görüşlərdə və müzakirələrdə 101-ci maddənin 5-ci bəndinin, yəni bir şəxsin iki dəfədən artıq prezident seçilə biləməməsi məhdudiyyətinin aradan qaldırılması sosial sifariş kimi qiymətləndirilib. Bir fikir xüsusilə vurğulanıb ki, mühüm geosiyasi məkanda yerləşən və müharibə şəraitində olan Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyən olunmasında Prezidentin uzunmüddətli xidmət etməsi prinsipinin tətbiqi qaçılmazdır, zəruridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə ölkəmiz müqayisə olunmaz dərəcədə böyük uğurlar qazanıb, sürətli inkişaf yolu keçmiş və bu inkişaf bu gün də öz dinamikasını saxlamaqdadır. 2003-cü ildə prezident seçildikdən sonra Azərbaycanda Ulu öndər Heydər Əliyevin başladığı islahatları uğurla və layiqincə davam etdirən cənab İlham Əliyev çox qısa zaman ərzində inkişaf səviyyəsinə görə Azərbaycanı bölgənin lider dövlətinə çevirə bilib. Aparılan uğurlu sosial-iqtisadi və siyasi islahatlar sayəsində dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanı öncül islahatçılar siyahısına daxil edib. Bütün sahələrdə qazandığımız nəailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsl Liderdir və Onun həyata keçirdiyi islahatlar, balanslaşdırılmış siyasət xalqımızı və dövlətimizi firəvan gələcəyə doğru aparır.
Təşviqat kampaniyası çərçivəsində keçirilən bütün görüşlərədə Konstitusiyaya təklif edilən hər bir əlavə və dəyişikliyin mahiyyəti barədə açıqlama verilib, geniş maarifləndirmə və izahetmə işi aparılıb. Vurğulanıb ki, mühüm siyasi kampaniya olan ümumxalq səsverməsi dövlətimizin möhkəmlənməsi baxımından çox əhəmiyyətli və tarixi hadisədir. Təklif edilən əlavə və dəyişikliyin hər biri layiqli həyat tərzimizi müəyyənləşdirən, gələcəyimiz üçün etibarlı təminat olan yeniliklərdən ibarətdir. 1993-cü ildən ötən dövr ərzində həyatımızın bütün sahələrində hiss olunan bu inkişafın qanunlarımızda əks olunması üçün Konstitusiyaya əlavə və dəyişiklərin edilməsi həyatın tələbidir.
Görüşlərdə yerli ictimaiyyət adından çıxış edən ziyalılar qeyd ediblər ki, ölkəmizdə hər bir ailə, vətəndaş bu əlavə və dəyişikliklərin mahiyyətini çox aydın başa düşür, yüksək qiymətləndirir. Dövlətçiliyin daha da möhkəmləndirilməsi, iqtisadiyyatımızın qüdrətlənməsi, ailə və uşaqların hüquqlarının hüdudlarının daha da genişləndirilməsini nəzərdə tutan yeni əlavə və təkliflərin hər biri insan hüquqları və azadlıqlarının daha da möhkəmlənməsini nəzərdə tutur. ölkə vətəndaşlarının toxunulmazlığının, din, vicdan, əqidə azadlığının və tolerantlığın Azərbaycanda illərdən bəri mövcud olmasına baxmayaraq, əlavə və dəyişikliklər bu imkanları daha da genişləndirir.
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun nümayəndələrinin iştirakı ilə keçirilmiş bütün görüşlərdə bir fikir hakim olub ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ümumxalq mənafeyinə və dövlətçiliyimizin daha da gücləndirilməsinə xidmət edir. Azərbaycanın gələcək inkişafını düşünən hər bir ölkə vətəndaşı 18 mart 2009-cu ildə keçiriləcək ümumxalq səsverməsində fəal iştirak edəcək və Konstitusiyaya təklif edilən hər bir əlavə və dəyişikliyə özünün müsbət mövqeyini nümayiş etdirəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50

