Siyasətdə uğur formulu: Hüquqi çərçivə, cəsarət və real güc
10.09.2024 [09:33]
Azərbaycan Prezidentinin Beynəlxalq Çernobbio Forumundan verdiyi siyasi mesajlar
Səmərəli və kifayət qədər fəal diplomatiya kursuna malik olan Azərvbaycanın qlobal təhlükəsizliyə və əməkdaşlığa verdiyi davamlı töhfələr beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Etiraf olunur ki, respublikamız həm özünün real gücü, həm də apardığı məqsədyönlü siyasəti sayəsində artıq regional səviyyədən çıxaraq qlobal aktora çevrilib. Təsadüfi deyildir ki, bu günlərdə “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiya da təşkil olunub.
Sessiyada Prezident İlham Əliyevin çıxışı və Ona ünvanlanan suallara verdiyi cavablar böyük maraqla qarşılanıb. Tədbirdə dövlətimizin başçısı Azərbaycan - İtaliya münasibətlərinin yüksək səviyyədə olduğuna, geosiyasi vəziyyətə, qlobal səviyyədə körpülərin qurulmasında ölkəmizin artan roluna diqqət çəkib. Son olaraq ölkəmiz COP29 konfransına ev sahibliyini öz üzərinə götürməklə hazırda çox aktual olan qlobal çağırışa həssas yanaşmasını nümayiş etdirib. “Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var - kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür. Bununla yanaşı, onu da vurğulamaq istərdim ki, bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlığa malik olmağımız, - yeri gəlmişkən, Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır, - 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik”, - deyə Prezident İlham Əliyev Forumdakı çıxışında vurğulayıb.
Azərbaycanla İtaliya arasında yüksək səviyyəli siyasi təmaslar
Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu, İtaliyanın Avropada böyük nüfuz qazandığını, iqtisadiyyatının həcminə görə dünyada yeddinci yeri tutduğunu nəzərə aldıqda deyə bilərik ki, iki ölkə arasındakı əlaqələr regional və qlobal münasibətlər kontekstində böyük önəm daşıyır. İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib. Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumundakı çıxışında diqqəti Azərbaycanla İtaliya arasındakı strrteji tərəfdaşlıq münasibətlərinə çəkib. İki ölkə arasında on il bundan əvvəl strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Hər iki tərəf qarşılıqlı münasibətlərin yol xəritəsi sayılan bu sənəddə əksini tapan müddəaların həyata keçirilməsinə güclü siyasi iradə nümayiş etdirir.
Siyasi tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində liderlərin və digər yüksək səviyyəli rəsmilərin müntəzəm hal alan qarşılıqlı səfərləri mühüm rol oynayır. Liderlər arasında siyasi təmasların əsası Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri ilə qoyulub. Həmin səfər iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti, Baş nazir, Senatın və Deputatlar Palatasının sədrləri ilə görüşüb. İtaliya rəhbərləri Heydər Əliyevlə söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Heydər Əliyevin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Böyük uğurla baş tutan dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Romada, həmçinin Azərbaycanın dövlət başçısı və İtaliya Nazirlər Şurasının Sədri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar və mübadilə ediblər. Dövlətimizin başçısının 2022-ci ilin sentyabrında İtaliyaya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. Səfər çərçivəsində Prezidentlər İlham Əliyev və Sercio Mattarella və digər yüksəksəviyyəli rəsmilər arasında aktual müzakirələr aparılıb. O cümlədən dövlətimizin başçısının iştirakı ilə Romada Azərbaycan Respublikasının səfirliyinin yeni binası açılıb, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Eyni zamanda, dövlətimizin başçısı Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak və çıxış edib.
Prezident İlham Əliyevin bu günlərdə dost İtaliyaya baş tutan sonuncu işgüzar səfəri də kifayət qədər uğurlu olub. Səfər çərçivəsində həm Prezident İlham Əliyevin, həm İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə qatıldığı işçi naharda, həm də dövlətimizin başçısının İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə rəsmilər ölkələrinin siyasətlərinin prioritetləri barədə bir-birlərini məlumatlandırıblar. Yüksək səviyyədə aparılan müzakirələrdə tərəflər əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını bildiriblər, həmçinin münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduqlarını bir daha nəzərə çatdırıblar. Dövlətimizin başçısı Prezidet Sercio Mattarellanı və Nazirlər Şurasının sədri Ciorcia Melonini ölkəmizə səfərə dəvət edib və bu dəvətlər məmnuniyyətlə qəbul olunub. “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Mattarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”, - deyə Prezident İlham Əliyev Beynəlxalq Forumdakı çıxışında vurğulayıb.
Qafqazda və daha geniş coğrafiyada baş vermiş ən mühüm geosiyasi dəyişiklik
Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyanın təşkil olunması heç də təsadüfi deyil. Prezident İlham Əliyevin bildirdiyi kimi, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. “Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan uzun müddət işğaldan əziyyət çəkib. Belə ki, bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında qalıb. Torpaq itkisinə və bir milyondan çox vətəndaşının doğma yurd yerlərindən zorla çıxarılması səbəbindən humanitar böhran yaşamasına baxmayaraq, Azərbaycan həmişə sülh mövqeyindən çıxış edib və aparılan danışıqlarda daim konstruktivlik göstərib. Lakin qarşı tərəf ölkəmizin sülh çağırışlarına məhəl qoymayıb. Forum iştirakçılarına məlumat verildiyi kimi, beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır.
Haqlı mövqedə olan Azərbaycan məhz həm beynəlxalq hüquqa, həm də öz gücünə əsaslanmaqla 2020-ci ildə baş verən 44 günlük müharibədə qazanılan Qələbə sayəsində işğal altında olan ərazilərinin böyük hissəsini geri qaytarıb. Bununla respublikamız tarixi ədaləti və beynəlxalq hüququ sırf öz gücünə təmin etdi. Lakin məsələ bununlada bitmədi. Çünki üçtərəfli Bəyanatın icrasından yayınan Ermənistan Azərbaycan ərazisində 15 minədək kontingentə malik silahlı qüvvələr saxlamaqda davam edirdi. Həmin silahlı qüvvələr də davamlı olaraq təxribatlar törədirdilər. Azərbaycan buna dözə bilməzdi və dözmədi də. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət, son qoyuldu və bu, məhz belə də olmalı idi. “Bu, bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər. Beləliklə, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Forumda Prezident İlham Əliyev ölkəmizin təşəbbüsü ilə başlayan sülh danışıqlarının sülh sazişinin imzalanması ilə nəticələnəcəyinə ümid bəslədiyini də diqqətə çatdırıb. Belə bir nəticə isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. Baxmayaraq ki, burada işğaldan əziyyət çəkmiş və ərazisinin təqribən 20 faizinin tamamilə dağıdıldığı ölkə məhz Azərbaycandır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
04 Oktyabr 15:02
YAP xəbərləri
04 Oktyabr 14:53
YAP xəbərləri
04 Oktyabr 14:52
Xəbər lenti
04 Oktyabr 14:49
İqtisadiyyat
04 Oktyabr 14:48
Gündəm
04 Oktyabr 14:46
Dünya
04 Oktyabr 14:44
Gündəm
04 Oktyabr 14:37
Sosial
04 Oktyabr 14:19
Dünya
04 Oktyabr 14:02
Gündəm
04 Oktyabr 13:51
Gündəm
04 Oktyabr 13:50
YAP xəbərləri
04 Oktyabr 12:44
Sosial
04 Oktyabr 12:42
Siyasət
04 Oktyabr 12:34
Sosial
04 Oktyabr 12:30
Elm
04 Oktyabr 12:27
Sosial
04 Oktyabr 12:26
Gündəm
04 Oktyabr 12:16
Elm
04 Oktyabr 12:00
COP29
04 Oktyabr 11:35
Hərbi
04 Oktyabr 11:11
İqtisadiyyat
04 Oktyabr 11:10
Hadisə
04 Oktyabr 11:08
Xəbər lenti
04 Oktyabr 11:03
Dünya
04 Oktyabr 10:57
Siyasət
04 Oktyabr 10:55
Siyasət
04 Oktyabr 10:46
Siyasət
04 Oktyabr 10:33
İqtisadiyyat
04 Oktyabr 10:17
Sosial
04 Oktyabr 09:51
Gündəm
04 Oktyabr 09:44
MEDİA
04 Oktyabr 09:35
Siyasət
04 Oktyabr 09:07
Siyasət
04 Oktyabr 08:57
Sosial
04 Oktyabr 08:48
YAP xəbərləri
04 Oktyabr 08:45
COP29
04 Oktyabr 08:32
Sosial
04 Oktyabr 08:18
Dünya
04 Oktyabr 07:59
Dünya
04 Oktyabr 07:36
Mədəniyyət
04 Oktyabr 07:12
MEDİA
03 Oktyabr 23:47
Xəbər lenti
03 Oktyabr 23:24
Xəbər lenti
03 Oktyabr 23:03
Hərbi
03 Oktyabr 22:48
Siyasət
03 Oktyabr 22:37
Elm
03 Oktyabr 22:05
Xəbər lenti
03 Oktyabr 21:57
Sosial
03 Oktyabr 21:35
Yeni texnologiyalar
03 Oktyabr 21:13
Sosial
03 Oktyabr 20:52
İqtisadiyyat
03 Oktyabr 20:33
Siyasət
03 Oktyabr 20:28
Sosial
03 Oktyabr 20:08
Dünya
03 Oktyabr 19:56
İdman
03 Oktyabr 19:53
Hadisə
03 Oktyabr 19:49
Sosial
03 Oktyabr 19:37
İdman
03 Oktyabr 19:14
Gündəm
03 Oktyabr 19:05
Sosial
03 Oktyabr 18:53
Gündəm
03 Oktyabr 18:49
Gündəm
03 Oktyabr 18:36
İdman
03 Oktyabr 18:34
Gündəm
03 Oktyabr 18:28
Gündəm
03 Oktyabr 18:25
Gündəm
03 Oktyabr 18:15
YAP xəbərləri
03 Oktyabr 18:07
Gündəm
03 Oktyabr 18:05