Sosial ədalət prinsiplərinə sadiqlik
14.11.2025 [20:30]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Prezident İlham Əliyev 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçılarını qəbul edərkən qarşıdakı vəzifələr haqqında vacib mesajlar verdi. Cənab Prezident bir neçə mühüm mövzuya toxundu və rəhbər şəxslərdən, xüsusilə yerli icra hakimiyyətlərindən daha yüksək səviyyədə peşəkarlıq, dürüstlük və sosial ədalət prinsiplərinə sadiqlik tələb etdi. Prezident icra başçıları ilə görüşərək onlara yeni vəzifəyə təyinatla bağlı tövsiyə və tapşırıqlarını verdi. Qeyd edildi ki, dövlət başçısının təyin etdiyi hər bir rəhbər şəxs üçün əsas meyarlar ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq olmalıdır.
Cənab Prezidentin dövlət məmurlarının qarşısına qoyduğu əsas tələblərdən biri ölkənin hər bir bölgəsində vətəndaş məmnunluğunun, məmur-vətəndaş münasibətlərinin dayanıqlı inkişafın təmin edilməsidir və bu bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır. İlk növbədə rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır.
Cənab Prezident bildirdi ki, “Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”. Dövlət başçısı İlham Əliyev görüşdə bir daha bu çağırışı etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir.
Cənab Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılmasının vacibliyini vurğuladı. O, qanunsuz hərəkətlərin cəzasız qalmayacağını və hər hansı bir məmurun qanunsuz əməl səbəbindən qanun qarşısında cavab verəcəyini diqqətə çatdırdı. Rəhbər vəzifədə çalışan hər bir məmur təvazökar olmalı və cəmiyyətin xoş münasibətini, hörmətini qazanmalıdır.
Təvazökarlıq rəhbər şəxsin mənəvi keyfiyyətlərini, insani dəyərlərə sadiqliyini və cəmiyyət qarşısında məsuliyyətini nümayiş etdirən mühüm amildir. Rəhbər mövqedə olmaq təkcə səlahiyyət sahibi olmaq demək deyil, eyni zamanda xalqa, dövlətə xidmət etmək məsuliyyətini daşımaq deməkdir. Hər bir məmur davranışında sadəlik, ədalətlilik və etik normalara riayət etməklə vətəndaşlara nümunə olmalıdır.
Xəbər lenti
Hamısına baxSosial
15 Dekabr 08:16
Dünya
15 Dekabr 07:45
Dünya
14 Dekabr 23:35
Mədəniyyət
14 Dekabr 22:43
Dünya
14 Dekabr 21:39
Hadisə
14 Dekabr 20:25
Sosial
14 Dekabr 19:18
Dünya
14 Dekabr 18:39
Dünya
14 Dekabr 17:22
Mədəniyyət
14 Dekabr 16:35
Dünya
14 Dekabr 15:29
İdman
14 Dekabr 14:17
Dünya
14 Dekabr 13:36
Dünya
14 Dekabr 13:10
Dünya
14 Dekabr 12:41
Dünya
14 Dekabr 12:19
Dünya
14 Dekabr 11:23
Dünya
14 Dekabr 10:32
Mədəniyyət
14 Dekabr 09:46
Hadisə
14 Dekabr 09:20
İdman
14 Dekabr 08:54
Sosial
14 Dekabr 08:38
Dünya
13 Dekabr 23:20
Siyasət
13 Dekabr 22:49
Sosial
13 Dekabr 21:33
İdman
13 Dekabr 20:31
Dünya
13 Dekabr 19:15
Dünya
13 Dekabr 18:36
Hadisə
13 Dekabr 17:20
İdman
13 Dekabr 16:41
Hadisə
13 Dekabr 15:38
Dünya
13 Dekabr 14:22
Elanlar
13 Dekabr 13:46
Sosial
13 Dekabr 13:45
YAP xəbərləri
13 Dekabr 12:28
Siyasət
13 Dekabr 11:56
Gündəm
13 Dekabr 11:42
Sosial
13 Dekabr 11:35
İqtisadiyyat
13 Dekabr 11:13
Siyasət
13 Dekabr 10:58
MEDİA
13 Dekabr 10:34
İqtisadiyyat
13 Dekabr 10:17
Analitik
13 Dekabr 09:52
Analitik
13 Dekabr 09:34
Analitik
13 Dekabr 09:15
Siyasət
13 Dekabr 08:54
Ədəbiyyat
13 Dekabr 08:39
Dünya
12 Dekabr 23:18
Ədəbiyyat
12 Dekabr 22:53
YAP xəbərləri
12 Dekabr 22:46
YAP xəbərləri
12 Dekabr 22:35
İqtisadiyyat
12 Dekabr 21:49
İqtisadiyyat
12 Dekabr 21:30
YAP xəbərləri
12 Dekabr 21:25
Elm
12 Dekabr 21:16
Dünya
12 Dekabr 20:53
Dünya
12 Dekabr 20:38
YAP xəbərləri
12 Dekabr 20:14
Sosial
12 Dekabr 19:56
Dünya
12 Dekabr 19:31
YAP xəbərləri
12 Dekabr 19:13
YAP xəbərləri
12 Dekabr 18:35
YAP xəbərləri
12 Dekabr 17:44
YAP xəbərləri
12 Dekabr 16:52
YAP xəbərləri
12 Dekabr 16:28
Siyasət
12 Dekabr 16:16
YAP xəbərləri
12 Dekabr 16:06
Sosial
12 Dekabr 16:03
YAP xəbərləri
12 Dekabr 15:37
YAP xəbərləri
12 Dekabr 14:53

