Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cinayəti dolayı yolla təbliğ etmək...

Cinayəti dolayı yolla təbliğ etmək...

20.02.2024 [10:45]

Media nümayəndələri qanunvericiliyin tələblərinə riayət etməlidir

Günel ABBAS

Sosial şəbəkələrdə kütlənin diqqətini çəkən mövzular  qəzalar, boşanmalar və cinayət xəbərləridir. Hətta bu xəbərləri ilk kimin yazması ilə bağlı sanki yarış keçirilir. Burada insanın ağrılı həyat hekayəsi, yaxınlarının çəkdiyi iztirablar sanki heç kimin marağında deyil. Həmin şəxslərin efirdə, sosial mediada görkəmlərini, ağlamalarını, fəryadlarını çəkib paylaşmaq normal hal kimi qəbul edilməməlidir.

Bir insanın evində faciə baş veribsə, bunun səbəbini və motivini araşdırmaq lazımdır. Ancaq məsələnin motivini və kökünü kənara qoyub, yalnız görüntünü göstərərək reytinq toplamaq nəinki qanuna, insani meyarlara da ziddir. Xəbəri paylaşmaq qəbahət deyil, amma qətlin təfərrüatlarını, ən dəhşətli hissələrini başlığa çıxarmaq etik deyil. Bu, medianın işini zəif göstərir.

Yeri gəlmişkən, bir müddət öncə Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülər paylaşılıb, qeyd olunan görüntülərin bir qismi yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərini, digər qismi isə qətlə dair detallı görüntüləri açıq şəkildə əks etdirmişdi və bunun qarşılığında da Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası yayılan görüntülərlə bağlı bəyanat yaymışdı. Bildirilmişdi ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununa görə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan media subyektləri və jurnalistlər tərəfindən yayılmasına yol verilmir.

Məsələ ilə bağlı fikirlərini bölüşən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sosial şəbəkə istifadəçilərinin, həmçinin, bəzi media subyektlərinin məlum qətl hadisəsi ilə əlaqədar yaydıqları informasiyalarda ciddi xətalara yol verilmişdi: “Bu informasiyalarda   həm “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, həm də “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın prinsipləri kobud şəkildə pozuldu. Xüsusi olaraq qeyd etməliyik ki,  hadisə yerindən foto və videogörüntülərin  paylaşılması, bu görüntülərdə yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərinin əks olunması, həmçinin, qətlin  detallı  təsvirinin verilməsi ciddi qayda pozuntusudur.

Ümumiyyətlə isə, bədbəxt hadisələr, cinayət hadisələri, terror hadisələri barədə reportaj hazırlayan, informasiya yayan jurnalistlərin necə davranmalı olduqları barədə qaydalar  “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın 3-cü prinsipində çox aydın şəkildə ifadə olunmuşdur. Həmin prinsipin 3.6; 3.7; 3.8; 3.9 və 3.11-ci maddələri bu istiqamətdə zəruri bilgilər verir. O maddələrdə göstərilir ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatlar həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan yayımlana bilməz”.

M.Ələsgərlinin sözlərinə görə, qanuni nümayəndələrinin  razılığı olmadan bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin adları açıqlanmamalı, şəkilləri verilməməlidir: “3.11-ci maddədə isə qeyd edilir ki, jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. Çox təəssüf ki, 13 fevral hadisəsi ilə bağlı informasiyalar paylaşılarkən, bu prinsiplər gözlənilmədi. Qanunvericiliklə yanaşı peşə etikası qaydalarının tələbləri də  ciddi şəkildə pozuldu. Yaxşı olardı ki, jurnalistlərlə yanaşı, sosial şəbəkə istifadəçiləri də “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” ilə tanış olsunlar. Bu qaydalar jurnalistlər üçün hazırlanmış olsa da, ümumilikdə xəbər istehsalçıları, o cümlədən, sosial şəbəkə istifadəçiləri üçün faydalı məlumatlar verir”, - deyə M.Ələsgərli qeyd edib.

Paylaş:
Baxılıb: 236 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30