Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / AZAL-dan təklif - Üç şəhər üzrə endirimlər

AZAL-dan təklif - Üç şəhər üzrə endirimlər

20.02.2024 [10:18]

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bir sıra məşhur istiqamətlərə – Dubay, Ər-Riyad və Yeni Dehli şəhərlərinə uçuşlara yeni endirim aksiyasına start verir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildiriblər ki, təklif çərçivəsində endirimli aviabiletləri fevralın 20-29-da əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin bu il 24 fevral-27 oktyabr tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Belə ki, Bakıdan Dubay şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 130 avro, hər iki istiqamətdə 234 avro təşkil edir. Ər-Riyad şəhərinə səyahət edərkən biletləri bir tərəfə 69 avroya, gediş-dönüş aviabiletlərini 128 avroya əldə etmək mümkündür. Yeni Dehli şəhərinə aviabiletlərin qiyməti isə bir tərəfə 150 avro, hər iki istiqamətdə 272 avro təşkil edir.

Bu şəhərlər sərnişinlərə unudulmaz səyahət təcrübəsi vəd edir və müxtəlif mətbəx, tarixi və memarlıq nümunələrinə qərq olmaq imkanı yaradır.

Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur.

Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kiloqrama qədər əl yükünün daşınmasına icazə verilir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

AZAL ilə sərfəli qiymətə səyahət etmək fürsətini qaçırmayın!

Paylaş:
Baxılıb: 359 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30