Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Paşinyan yenə təhrif edir, yalan danışır...

Paşinyan yenə təhrif edir, yalan danışır...

20.02.2024 [10:30]

XİN: Ermənistanın baş nazirinin beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur

Azərbaycan dövləti tezliklə Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasında maraqlıdır. Bu istiqamətdə dövlətimiz prinsipial mövqeyini daim nümayiş etdirir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulduqdan, ərazilərimiz azad edildikdən sonra sülhün bərqərar edilməsi zərurətə çevrilib. İki ölkə arasında sülh sazişinin imzalanması təklifini də ilk olaraq Azərbaycan irəli sürüb. Lakin Ermənistan müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasını uzadır. Sözdə sülhün tərəfdarı olduğunu bəyan edən rəsmi İrəvan indiyədək bu istiqamətdə praktiki addımlar atmayıb. Erməni tərəfi havadarlarının təhriki ilə vaxtaşırı olaraq şərti sərhəddə hərbi təxribatlar törədir. Azərbaycan isə təxribatların onlara baha başa gəldiyini dəfələrlə sübut edərək hər zaman sülhə çağırış edir.

Azərbaycan dəfələrlə sübut edib...

Rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı  beynəlxalq təşəbbüsləri də müsbət qarşılayır. Lakin bu təşəbbüslər tərəfsiz olmalı, beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanmalıdır. Yeri gəlmişkən, fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdə Kansler Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb. Daha sonra isə Prezident İlham Əliyevin Nikol Paşinyanla ikitərəfli görüşü olub. Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

Göründüyü kimi, Azərbaycan tərəfi bu görüşlərə razılıq verməklə sülhə maraqlı olduğunu növbəti dəfə sübut edib. Lakin Paşinyan Münxendə erməni icması ilə görüşündə səsləndirdiyi fikirlərlə yenə də sülh istəmədiklərini nümayiş etdirib. Belə ki, o, reallıqları təhrif edib, Qarabağı könüllü tərk edən ermənilərlə bağlı yanlış mövqe ortaya qoyub. Paşinyan, həm də regional kommunikasiyaların açılması mövzusunu da təhrif edib. Erməni baş nazir iddia edib ki, guya  9 noyabr üçtərəfli Bəyanatında  Rusiyanın Ermənistanda nəyəsə nəzarət etməsinə dair heç bir fikir yoxdur: “Noyabrda imzalanmış sənəddə Rusiyanın Ermənistanda nəyəsə nəzarət etməsi konkret göstərilməyib. Orada belə bir şey yazılmayıb. Üstəlik, Azərbaycan və Rusiya üçtərəfli bəyannamənin qalan bəndlərini kənara atıblar. Məsələn, 9-cu bəndə istinad artıq aktual deyil. Çünki həm Azərbaycan, həm də Rusiya həmin bəndlərdəki öhdəliklərini pozublar. Necə ola bilər ki, bütün bəndlər mövcud deyil, yalnız bir bənd mövcuddur? Bu gün Qarabağda erməni yoxdur. Halbuki Rusiya sülhməramlı qüvvələrin vəzifəsi onları qorumaq idi”.

Paşinyanın fikirlərinin yalan olması bütün kontekslərdə ortadadır - Azərbaycan Qarabağda yaşayan erməniləri qovmayıb, əksinə, onlara Azərbaycan qanunvericiliyi çərçivəsində qalmağı təklif edib. Ermənistana və digər ölkələrə getmək isə həmin ermənilərin könüllü seçimi olub. Paşinyan qasdən bu məsələni “yaddam çıxarır”. Amma əsl həqiqət ortadadır. Azərbaycan dövləti torpaqlarımızı könüllü tərk edən ermənilərin təhlükəsizliyini təmin etdi, onlara bütün lazımi şəraiti yaratdı.

Ermənistan kommunikasiya xətlərinin açılması öhdəliyini unutmamalıdır

Azərbaycan Xarici İşlər Nazirliyi dı N.Paşinyanın səsləndirdiyi fikirlərə münasibət bildirib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə qeyd edib ki, Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur: “Baş nazirin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, göründüyü kimi, baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan, Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir”.

A.Hacızadənin fikrincə, Ermənistan baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir. Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli Bəyanatı pozduğu iddiasına gəldikdə bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xəttlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 247 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30