Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

05.02.2024 [10:06]

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Nazirlikdən verilən xəbərə görə, taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər.

Şərti düşmən müdafiəsinin yarılması, dayaq məntəqəsinin ələ keçirilməsi, ilk tibbi yardımın göstərilməsi və yaralının döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizək sürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.

Paylaş:
Baxılıb: 403 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Turizm

Xəbər lenti

Sosial

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

Turizm

3 günlük səfər...

11 İyul 08:34  

Sosial

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31