Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkmənistandakı səfirliyimizdə seçki məntəqəsi yaradılıb

Türkmənistandakı səfirliyimizdə seçki məntəqəsi yaradılıb

03.02.2024 [14:24]

Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin Türkmənistandakı Səfirliyində seçki məntəqəsi yaradılıb. Secki-2024.az saytı xəbər verir ki, Türkmənistan ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkmənistandakı Səfirliyimizdə yaradılmış 48 nömrəli seçki məntəqəsində, yerli vaxtla saat 08:00-dan 19:00-dək səsvermə hüquqlarını həyata keçirə biləcəklər.

Məntəqə seçki komissiyası prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır.

Türkmənistanda konsulluq qeydiyyatında olan vətəndaşlarımızın Prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Səsvermədə iştirakla əlaqədar vətəndaşlarımız məlumatlandırılıb. Eyni zamanda Səfirliyin internet səhifəsində, sosial şəbəkələrdəki hesablarında elanlar yerləşdirilib.

Paylaş:
Baxılıb: 241 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30