Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şuşa şəhərindəki 105 saylı seçki məntəqəsində 1189 nəfər səsvermə hüququndan istifadə edəcək

Şuşa şəhərindəki 105 saylı seçki məntəqəsində 1189 nəfər səsvermə hüququndan istifadə edəcək

03.02.2024 [12:54]

Şuşa fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırdır. Secki-2024.az saytı xəbər verir ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 105 saylı seçki məntəqəsində 1189 nəfər seçici qeydə alınıb. Məntəqə üzrə yalnız bir nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Qeyd edək ki, məntəqə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinə daxildir. Seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlər ilə təmin olunub, orada seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr yaradılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi də başa çatıb.

Paylaş:
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30