Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 31 yaşlı Özbəkistan Konstitusiyası…

31 yaşlı Özbəkistan Konstitusiyası…

08.12.2023 [12:51]

Azərbaycanla Özbəkistan əlaqələrinin yüksək dinamikası var

Y.BAYRAMOVA

Mərkəzi Asiyanın əsas hissəsində yerləşən, qədim tarixə malik və Azərbaycana dost olan ölkələrdən biri Özbəkistandır. Burada əsrlər boyunca zəngin ənənələr və özünəməxsus mədəniyyət formalaşıb. Bunu ölkə boyunca rast gəlinən saysız-hesabsız tarixi abidələr də təsdiqləyir. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın memarlıq abidəsi var. Səmərqənddəki Bibixanım məscidi İslam aləmində və Mərkəzi Asiyada yerləşən ən böyük məscidlərdən biridir. Qədim Xivə isə müxtəlif dövr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə 1990-da YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.

Paytaxt Daşkəndin və digər iri şəhərlərin, bütün regionların timsalında Özbəkistanda tarixiliklə müasirliyin vəhdətini görmək mümkündür. Qloballaşma şəraitində özbək xalqı milli koloritini, ənənələrini qoruyur, dilini yaşadır, mədəniyyətini zənginləşdirir.  Eyni zamanda Özbəkistanı müstəqillik yolunda uğurla inkişaf edən ölkə kimi səciyyələndirə bilərik. Yalnız müstəqillik dövründə özbək xalqı öz taleyinin sahibi olub.

Özbəkistanda siyasi sistemin təkmilləşdirilməsi ilə iqtisadi inkişaf adekvatlıq təşkil edir.

Bu gün Özbəkistan Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Belə ki, Özbəkistan Respublikasının ən yüksək normativ hüquqi aktı olan konstitusiya 8 dekabr 1992-ci ildə qəbul edildi və eyni gündə qüvvəyə mindi. Konstitusiyanın 128 maddəsindən 60-ı özbək xalqının və vətəndaşlarının hüquqi statusuna həsr edilib.

Bu gün dost ölkə BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların üzvüdür.  Ölkə dünyada İslam həmrəyliyinin və Türk birliyinin möhkəmlənməsində fəal iştirak edir.

Qeyd edək ki, bu il aprelin 30-da Özbəkistanda Konstitusiya islahatları ilə bağlı referendum keçirilib. Referendumda seçicilərin ümumi sayının 84,54 faizi və ya 16,6 milyondan çox insan iştirak edib. Onların 90,21 faizi, yəni 15 milyondan çoxu konstitusiyanın yeni variantının lehinə səs verib. Konstitusiya islahatlarına uyğun olaraq keçirilən ilk prezident seçkilərində Şavkat Mirziyoyev mütləq səs çoxluğu ilə yenidən dövlət başçısı seçilib.

Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verən ölkələr sırasında yer alıb. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Azərbaycanla Özbəkistan arasında müxtəlif istiqamətləri əhatə edən qarşılıqlı münasibətlər yüksək dinamikası ilə səciyyələnir. İki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Təmasların möhkəmlənməsində liderlərin və digər yüksəksəviyyəli rəsmilərin  mütəmadi hal alan qarşılıqlı səfərləri mühüm rol oynayır.

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31