Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Geomaqnit sahəsindəki fəallıq davam edəcək

Geomaqnit sahəsindəki fəallıq davam edəcək

25.09.2023 [16:17]

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, Günəş ləkələrinin sayı artıb, 10 ləkə qrupu, 172 ləkə və tac dəlikləri müşahidə olunur. Hazırda Günəş küləyinin sürəti 490 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 26 nT, radial istiqamətdə isə 25 nT təşkil edir.

Geomaqnit qasırğası sentyabrın 19-da davam edərək G3 səviyyəsinə kimi yüksəlib. Sentyabrın 24-də axşam saatlarından isə sentyabrın 22-də baş vermiş TKA-nın təsiri ilə yenidən geomaqnit qasırğası (G2) başlayıb və bu gün də davam edir.

Sentyabrın 25-dən oktyabrın 2-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə kimi yüksələcəyi proqnozlaşdırılır. Günəş küləyi sürətinin sentyabrın 27-də normala dönəcəyi gözlənilir.

Sentyabrın 24-dən başlayan geomaqnit qasırğasının G3 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsindəki fəallığın sentyabrın 27-dək davam edəcəyi proqnozlaşdırılır.

Paylaş:
Baxılıb: 223 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30