/ / Azərbaycan XİN: Bölgədə sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılmasıdır
Azərbaycan XİN: Bölgədə sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılmasıdır
09.09.2023 [14:35]
Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Ermənistan öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir.
Bu fikirlər Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı yaydığı bəyanatında əksini tapıb.
Məlumatda qeyd olunur ki, Ermənistanın dövlətimizin öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna maneə olması Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaq. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
Azərbaycan Respublikası beynəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə, Ermənistanı bölgədə kövrək normallaşma səylərini təhlükə altına alan addımlardan çəkindirmək üçün təsirli tədbirlər görməyə, “seçki” adlandırılan qanunsuz fəaliyyətləri qətiyyətlə pisləməyə çağırır”, - deyə bildirilib.
Xəbər lenti
Hamısına baxSosial
10 Dekabr 12:28
Siyasət
10 Dekabr 12:28
YAP xəbərləri
10 Dekabr 12:13
Siyasət
10 Dekabr 12:11
Sosial
10 Dekabr 12:08
Mədəniyyət
10 Dekabr 11:59
İqtisadiyyat
10 Dekabr 11:45
Sosial
10 Dekabr 11:08
Siyasət
10 Dekabr 11:07
İqtisadiyyat
10 Dekabr 10:58
Sosial
10 Dekabr 10:38
İqtisadiyyat
10 Dekabr 10:19
Dünya
10 Dekabr 10:15
İqtisadiyyat
10 Dekabr 09:53
Mədəniyyət
10 Dekabr 09:45
Siyasət
10 Dekabr 09:37
Siyasət
10 Dekabr 09:30
İqtisadiyyat
10 Dekabr 09:26
İqtisadiyyat
10 Dekabr 09:19
İqtisadiyyat
10 Dekabr 09:15
MEDİA
10 Dekabr 09:12
Dünya
10 Dekabr 08:59
Analitik
10 Dekabr 08:57
Analitik
10 Dekabr 08:54
Analitik
10 Dekabr 08:51
Analitik
10 Dekabr 08:48
Ədəbiyyat
10 Dekabr 08:44
Dünya
10 Dekabr 08:42
Siyasət
10 Dekabr 08:36
İdman
10 Dekabr 08:33
Xəbər lenti
09 Dekabr 23:47
Ədəbiyyat
09 Dekabr 23:29
Mədəniyyət
09 Dekabr 23:11
Elm
09 Dekabr 22:58
İdman
09 Dekabr 22:37
Dünya
09 Dekabr 22:15
Mədəniyyət
09 Dekabr 21:54
Dünya
09 Dekabr 21:37
Dünya
09 Dekabr 21:34
Hadisə
09 Dekabr 21:12
Siyasət
09 Dekabr 20:51
Sosial
09 Dekabr 20:34
Siyasət
09 Dekabr 20:18
Dünya
09 Dekabr 19:56
Mədəniyyət
09 Dekabr 19:33
Sosial
09 Dekabr 19:12
MEDİA
09 Dekabr 18:54
Siyasət
09 Dekabr 18:51
Xəbər lenti
09 Dekabr 18:49
Siyasət
09 Dekabr 18:30
Sosial
09 Dekabr 18:26
Siyasət
09 Dekabr 18:20
Dünya
09 Dekabr 17:29
İdman
09 Dekabr 17:27
Dünya
09 Dekabr 17:27
İqtisadiyyat
09 Dekabr 17:26
Elm
09 Dekabr 17:19
İdman
09 Dekabr 17:16
Siyasət
09 Dekabr 16:52
Elm
09 Dekabr 16:41
Sosial
09 Dekabr 16:24
Siyasət
09 Dekabr 16:20
Siyasət
09 Dekabr 16:18
Dünya
09 Dekabr 15:42
Dünya
09 Dekabr 15:33
Dünya
09 Dekabr 15:29
Siyasət
09 Dekabr 14:52
Xəbər lenti
09 Dekabr 14:38
Sosial
09 Dekabr 14:00
İqtisadiyyat
09 Dekabr 13:39