Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Separatçılar arasında gərginlik pik həddə...

Separatçılar arasında gərginlik pik həddə...

09.09.2023 [10:50]

N.BAYRAMLI

Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında mövcud olan Qarabağın erməni separatçıları arasında gərginlik pik həddə çatıb. Sentyabrın 9-da  separatçı rejimin qondarma “parlamenti” özlərinə “prezident” seçəcəkləri barədə məlumatlar yayılıb. Ermənistan mediasının məlumatına görə, bu “post”a əvvəlcə iki nəfərin namizədliyi irəli sürülüb. Onlardan biri qanunsuz rejimin  “dövlət naziri” adlandırdığı Samvel Şahramanyan, digəri isə “keçmiş müdafiə naziri” Samvel Babayandır. Lakin qondarma “parlament” son 10 il ərzində Qarabağda yaşamadığına görə Samvel Babayanın “sənədlərini” geri qaytarıb. Bu isə onun tərəfdarlarının etirazına səbəb olub.

Ona görə də, Samvel Babayanın tərəfdarlarının “seçki” zamanı qarışıqlıq yaradacağı bildirilir. Qondarma rejimin “anti-böhran şurasının sədri” Tiqran Petrosyan “Jamanak” qəzetinə deyib ki, Samvel Şahramanyan “vəzifədə” uzun müddət qala bilməyəcək: “O, 15-20 gün vəzifədə qalsa, böyük işdir. Əgər Şahramanyan “seçilərsə”, Qarabağda qan töküləcək. Əminəm ki, onun “seçildiyi” gün toqquşmalar olacaq. Bunun məsuliyyəti bütünlüklə Arayik Arutyunyanın və onun “partiyası”nın üzərindədir. Çünki müharibə vaxtı qorxusundan zirzəmidən çıxmayanlar, bu gün yığışıb bizə rəhbər seçmək istəyirlər. Bu qorxaq, satqın, onun-bunun əlaltısı olan adamların “seçdikləri” adam necə legitim ola bilər?”.

Separatçıların nümayəndəsi bildirib ki, hazırda Qarabağda fəaliyyət göstərən bütün “qurum”lar legitim deyil. “Şahramanyan Bako Saakyanın adamı kimi tanınır. Əmin edirəm ki, bu vəziyyət vətəndaş müharibəsinə gətirib çıxaracaq. Çünki Samvel Babayan susmayacaq. Bu dəqiqə ermənilərin böyük bir hissəsi Bako Saakyanın əleyhinədir. Onlar Babayana kömək etməyə yox, Bakonun əleyhinə çıxacaqlar”.

Vaxtilə  Azərbaycanın ekofəallarının  Şuşa-Xankəndi yolundakı aksiyasına qarşı “kampaniya” aparan Tiqran Petrosyan indi ümidsizlik içindədir. O deyir ki, Ağdamdan yüklərin daşınması məsələsi gec-tez reallaşacaq: “Qarabağda kimin başda olmasının artıq heç bir əhəmiyyəti yoxdur. Çünki kim gəlsə, Azərbaycan Ağdam yolunun açılmasını şərt kimi qoyacaq. Başqa yol da qalmayıb. Biz artıq Laçın dəhlizinin açılması ilə bağlı bütün şanslarımızı əldən vermişik”.

Xatırladaq ki, Samvel Babayan əhalini küçələrə çıxmağa və bir neçə nəfərin “prezident seçməsinə” imkan verməməyə çağırıb. “Əhali tələb etməlidir. “Prezident”lə bağlı  üç nəfər tərəfindən qərar verilmir və təyin edilmir. Xalq meydana çıxıb öz “liderini” seçməlidir”, - deyə Babayan bildirib.

Babayanın bu davranışları qanunsuz rejimin rəhbərliyini ciddi narahat edir. Bu səbəbdəndir ki, ötən gün Qarabağdakı qanunsuz rejimin “parlamentinin rəhbəri” daşnak David İşxanyan yerli əhaliyə müraciət edərək “seçki”dən danışıb, insanları təxribatlara “uymamağa” çağırıb. O deyib ki, baş  verən hadisələr “xalqın parçalanmasına” gətirib çıxara bilər. “Xüsusilə vurğulamaq və sizi əmin etmək istərdim ki, daxili sabitliyə xələl gətirən bütün hərəkətlər qanunun gücü ilə yatırılacaq”,-deyən daşnak İşxanyan dolayısı ilə Samvel Babayanı hədələyib.

Eyni zamanda, Qarabağdakı qanunsuz rejimin “ofisi” və “polisi” də dünən əhaliyə “seçki günü” təxbiratlara yol verməməyə çağırış ediblər. Buna yol verənlər isə məsuliyyətə cəlb olunmaqla hədələnib. Onlar bu çağırışda qondarma rejimin “qanunlarına” “istinad” ediblər.

Göründüyü kimi Qarabağ separatçıları arasında gərginlik pik həddinə çatıb. Onların qondarma “prezident” “seçmələri” özlərinə baha başa gələcək.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31