İrəvanın “eskalasiya” görüntüsünün qaranlıq səbəbləri
09.09.2023 [10:30]
Geniş hərbi təxribatlar gözlənilir
Ermənistanın son günlərdə yenidən hərbi təxribatlara əl atması, bununla bağlı anonslar səsləndirməsi, erməni mediasında hərbi komplektləşmə ilə bağlı yayılan informasiyalar bir sıra məqamlardan xəbər verir. 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə də bu kimi təxribatlarından əl çəkməyən rəsmi İrəvan bu yolla regionda gərginliyi saxlamaq, hazırki durumu uzatmaq fikrindədir. Eyni zamanda, Ermənistan bu yolla Qarabağdakı qondarma rejimin də “ömrünü uzatmaq” niyyətindədir. Zaman-zaman ortaya atılan və Azərbaycan tərəfindən qəti şəkildə qəbul edilməyən “beynəlxalq mexanizm” məsələsi də məhz bunun təzahürlərindəndir. Ermənistanın regionda yenidən eskalasiya təhlükəsi yaratmaq cəhdlərinin isə bir sıra xüsusi səbəbləri mövcuddur.
İrəvan “boş qalmış əlini” doldurmaq üçün...
Yayılan xəbərlərə görə, Ermənistanın müdafiə naziri Suren Papikyan yunan Kiprinə səfərini ləğv etməsi səbəbi kimi Azərbaycanla şərti sərhəddə vəziyyətin gərginləşməsini göstərib. Ermənistan mediası İrəvandan sərhədə doğru irəliləyən hərbi kalonun görüntülərini də yayıb. Bütün bunlar Paşinyan başda olmaqla Ermənistan rəsmilərinin “Azərbaycan hücum edəcək” iddiaları fonunda baş verir və aydın görünür ki, rəsmi İrəvan Bakıdan beynəlxalq müstəvidə şikayət etmək üçün sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara hazırlaşır.
Əslində bu gözlənilən bir hal idi - bir neçə aydır ki, Azərbaycanın irəli sürdüyü təkliflərlə bağlı siyasi manipulyasiya aparan Ermənistan ölkəmizə qarşı beynəlxalq miqyasda “təzyiq kampaniyası” təşkil etmək “fikrinə düşmüşdü”. Ötən ay BMT-yə “şikayət” edilməsinin də arxasında məhz bu məqam dayanırdı - amma nəticə həm Ermənistanın, həm də havadarlarının əlini “boş qoydu”. Artıq “humanitar böhran” iddiasının işə yaramadağını görən İrəvan bu dəfə fərqli, amma “ənənəvi” yola müraciət edir. Azərbaycanı “təcavüzkar” kimi qələmə verməyə çalışan Ermənistan bu görüntünü yaratmaq üçün bir sıra vasitələrdən istifadə etmək niyyətindədir:
- Ötən ilin sentyabrında Fransa prezidenti Makronun Azərbaycana atdığı böhtan və şər yenidən təkrarlanır;
- Aİ-nin Ermənistandakı “missiyası”ndan eskalasiyanın “şahidi kimi” istifadə edilməsinə çalışılır;
- Ermənistanın məqsədli şəkildə yaydığı ABŞ-Ermənistan “birgə təlimləri”ndən siyasi məqsədlər üçün maksimum istifadə olunur.
Beləliklə, Ermənistan yenidən destruktiv addımları ilə bölgədə sülhün formalaşmasına, təhlükəsizliyin bərqərar olmasına maneçilik törətməyə çalışır.
Kəlbəcər istiqamətində təxribatlar...
İrəvanın təxribat törətmək üçün seçdiyi “ünvanlar” da maraq kəsb edir. Belə ki, KİV-də yayılan məlumata görə, Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4-cü hərbi korpusları fəal şəkildə gücləndirilir, həmçinin son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin hərbi birləşmələrə çatdırılması barədə məlumatlar var. Qeyd edildyi kimi, bu faktlar sərhəddə yeni eskalasiya gözləntisini artırır. Seçilən “ünvan”lara gəldikdə isə, görünən budur ki, İrəvan yenə də siyasi oyunbazlıq üçün özünə zəmin yaratmaq istəyir. Məsələn, hərbi təxribatlar üçün seçilən ünvanlardan biri Kəlbəcərdir. Onsuz da aylardır ki, Kəlbəcər istiqamətindən hərbi təxribatlara əl atılır, Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bunun əsas səbəbi isə həmin regionun “beynəlxalq” müşahidəçilər üçün əlçatmazlığıdır. Ermənistan özünün dezinformasiyası sayəsində guya həmin ərazilərdə Azərbaycanın “hücum etməsi” görüntüsünü yaratmağa çalışır.
Sədərək və Zəngilan - hədəf regional qarşıdurma yaratmaqdır?
Digər bir “məkan” isə Sədərəkdir ki, bu region da Ermənistanın tez-tez təxribata əl atdığı bölgədir. Güman edilir ki, İrəvanın bu istiqamətdə baş verəcək eskalasiyada Vaşinqtonun reaksiyasına nail olmaq planı var - nəzərə alsaq ki, Sədərək həm də Türkiyə ilə sərhəd regiondur, Ermənistanın “böyük oyun” oynadığını və “qurulan planın” yalnız İrəvanı əhatə etmədiyini düşünmək olar. Üçüncü təxribat “zonası” kimi Laçının seçilməsi isə təsadüfi deyil - aylardır ki, bu regionda Ermənistanın apardığı təbliğat fiaskoya uğrayır. Ermənistan bu yolla beynəlxalq aləmin diqqətini “Laçın postuna” “yönəltməyə” niyyətlənib. Dördüncü istiqamət kimi isə Zəngilan göstərilir ki, bunun da arxasında çirkin planlar dayanır. Ermənistan mühüm iqtisadi layihə sayılan Zəngəzur dəhlizinin “təhlükəli yol” olması təsəvvürü formalaşdırmaq, bu yolun beynəlxalq əhəmiyyətini azaltmaq üçün bu kimi yola əl atır. Eyni zamanda, Zəngilan xətti ilə hərbi təxribatların törədilməsi regional anlaşılmazlıqlara da yol aça bilər, hətta dərinləşdirə bilər ki, Ermənistan bunda da maraqlıdır.
Fransanın “xəritə oyunu”...
Ermənistanın beynəlxalq “dəstəkçiləri”nin əli ilə genişmiqyaslı təxribatlara hazırlaşdığını təsdiqləyən daha bir fakt isə Fransanın Ermənistan-Azərbaycan sərhədində eskalasiya ilə bağlı “xəbərdarlıq etməsidir”. KİV-in məlumatına görə, Fransa Xarici Siyasət Departamenti bütün sərhəd boyu əraziləri “təhlükəli zona” olaraq qeyd edib. Diqqətçəkən əsas məqam bu xəritənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinin Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşündən sonra dərc edilməsidir. İlk baxışdan belə görünür ki, “eskalasiya riski” haqda məlumatı Papikyan səfirə verib, o da ölkəsini “məlumatlandırıb”.
Bu, bir daha Ermənistan-Fransa tandeminin kartlarını açır - bütün cəhdləri boşa çıxan, bütün cəhdlərində Azərbaycana məğlub olan Fransa Azərbaycanı “hücum edən tərəf” kimi göstərmək planında Ermənistanla paralel hərəkət edir. Başqa sözlə, bu xəritə Fransanın Ermənistanın hərbi təxribat planlarının “məsləhətçi”si olduğunu bir daha təsdiqləyir.
Təbii ki, bu planlar da iflasa məhkumdur - Ermənistan anlamır ki, Fransa və başqa oyunçular Ermənistandan sadəcə “piyada” kimi istifadə etməkdədir. Onlar İrəvandan siyasi alət kimi istifadə edirlər. Ermənistan isə imperialist oyunların ağılsız iştirakçısı kimi düşdüyü “lənət çəmbərində” fırlanmaqda davam edir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMədəniyyət
10 Dekabr 11:59
İqtisadiyyat
10 Dekabr 11:45
Sosial
10 Dekabr 11:08
Siyasət
10 Dekabr 11:07
İqtisadiyyat
10 Dekabr 10:58
Sosial
10 Dekabr 10:38
İqtisadiyyat
10 Dekabr 10:19
Dünya
10 Dekabr 10:15
İqtisadiyyat
10 Dekabr 09:53
Mədəniyyət
10 Dekabr 09:45
Siyasət
10 Dekabr 09:37
Siyasət
10 Dekabr 09:30
İqtisadiyyat
10 Dekabr 09:26
İqtisadiyyat
10 Dekabr 09:19
İqtisadiyyat
10 Dekabr 09:15
MEDİA
10 Dekabr 09:12
Dünya
10 Dekabr 08:59
Analitik
10 Dekabr 08:57
Analitik
10 Dekabr 08:54
Analitik
10 Dekabr 08:51
Analitik
10 Dekabr 08:48
Ədəbiyyat
10 Dekabr 08:44
Dünya
10 Dekabr 08:42
Siyasət
10 Dekabr 08:36
İdman
10 Dekabr 08:33
Xəbər lenti
09 Dekabr 23:47
Ədəbiyyat
09 Dekabr 23:29
Mədəniyyət
09 Dekabr 23:11
Elm
09 Dekabr 22:58
İdman
09 Dekabr 22:37
Dünya
09 Dekabr 22:15
Mədəniyyət
09 Dekabr 21:54
Dünya
09 Dekabr 21:37
Dünya
09 Dekabr 21:34
Hadisə
09 Dekabr 21:12
Siyasət
09 Dekabr 20:51
Sosial
09 Dekabr 20:34
Siyasət
09 Dekabr 20:18
Dünya
09 Dekabr 19:56
Mədəniyyət
09 Dekabr 19:33
Sosial
09 Dekabr 19:12
MEDİA
09 Dekabr 18:54
Siyasət
09 Dekabr 18:51
Xəbər lenti
09 Dekabr 18:49
Siyasət
09 Dekabr 18:30
Sosial
09 Dekabr 18:26
Siyasət
09 Dekabr 18:20
Dünya
09 Dekabr 17:29
İdman
09 Dekabr 17:27
Dünya
09 Dekabr 17:27
İqtisadiyyat
09 Dekabr 17:26
Elm
09 Dekabr 17:19
İdman
09 Dekabr 17:16
Siyasət
09 Dekabr 16:52
Elm
09 Dekabr 16:41
Sosial
09 Dekabr 16:24
Siyasət
09 Dekabr 16:20
Siyasət
09 Dekabr 16:18
Dünya
09 Dekabr 15:42
Dünya
09 Dekabr 15:33
Dünya
09 Dekabr 15:29
Siyasət
09 Dekabr 14:52
Xəbər lenti
09 Dekabr 14:38
Sosial
09 Dekabr 14:00
İqtisadiyyat
09 Dekabr 13:39
Sosial
09 Dekabr 13:38
Gündəm
09 Dekabr 13:37
Dünya
09 Dekabr 13:06
Sosial
09 Dekabr 12:48
Mədəniyyət
09 Dekabr 12:25