Sülhün yeganə yolu...
09.09.2023 [10:20]
Bakı ilə əməkdaşlıqdan keçir
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses davam etməkdədir və qlobal miqyasda da diqqət mərkəzindədir. Danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, sülh gündəliyi Brüssel formatı üzrə daha aktiv inkişafa malikdir.
Sadəcə olaraq, iki ilə yaxındır ki, davam edən prosesin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş
tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bu qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində bu məqamlara toxunub.
Əsas günahkar...
Prezidentin xüsusi nümayəndəsi bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün proses gedir və Avropa İttifaqı, xüsusilə də Prezident Şarl Mişel bu prosesə dəstək göstərir. Lakin Ermənistan bütün dünyada Azərbaycanı günahlandırmaq taktikasını seçərək, sülh prosesində iştirak görüntüsü yaratmağa, status-kvonu saxlamağa və danışıqlarda tərəqqi əldə olunmadığı halda bütün günahı Azərbaycan tərəfinin üzərinə qoymağa çalışır: “Lakin Azərbaycan tərəfi sülh prosesinə sadiqdir, Ermənistana sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların yenidən açılmasını təklif edib. Hansısa güzəştə heç bir vəchlə razı olmayan və Azərbaycanın suveren ərazisində fəaliyyət göstərən separatçı qurum hazırkı humanitar böhranın əsas günahkarıdır. Onlar Azərbaycan və digər təşkilatların əraziyə humanitar yardım çatdırmasının qarşısını alan da məhz həmin separatçılardır”.
Vurğulandığı kimi, sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalət mənzərəsi ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Bunun üçün isə Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü şərtlər əsasında sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Bu isə müşahidə olunmur - əksinə, Ermənistan prosesin ləngidilməsi üçün var gücü ilə çalışır. Ermənistanın himayə etdiyi separatçı rejim isə Ağdam-Xankəndi yolunda gözləyən humanitar yüklərin qarşısını kəsiblər. Qondarma rejimin bu hərəkəti isə beynəlxalq müstəvidə “humanitar gərginlik” şousu yaradaraq bunun günahkarı kimi Azərbaycanı “təqdim etməkdən ibarətdir”.
Laçın yolu açıqdır...
Müsahibəsində Azərbaycanın Qarabağ regionunda humanitar vəziyyət və guya Laçın yolunun bağlanması ilə əhalinin ac qalması barədə suala aydınlıq gətirən Azərbaycan rəsmisi bildirib ki, ilk növbədə, Ermənistanın Azərbaycanın 20 faiz ərazisini 30 il ərzində işğalda saxladığını nəzərə almaq lazımdır. Həmçinin Laçın yolunun blokadada olması da doğru fikir deyil, çünki hər iki istiqamətdə Qırmızı Xaç Komitəsinin vasitəsilə insanların hərəkəti, dərman və s. daşınması təmin olunursa, bu zaman blokadadan danışmaq mümkün deyil. Buna baxmayaraq Qarabağda yaşayan insanlar bir qrup separatçının girovuna çevrilib.
Qeyd olunmalıdır ki, bu il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə növbəti çağırış idi. Azərbaycan hər zaman olduğu kimi regionda qanunun aliliyinin təmin olunması üçün qəti addımları ilə seçildi. Dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması suveren hüquqlarımız çərçivəsində idi - Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın dövlət sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edir. Orada müvafiq prosedur qaydaları tətbiq olunur. Bütün dünya Azərbaycanın beynəlxalq hüquqa, qanunlara söykənən uğurlu addımlarını həsədlə izləyir. Ermənistanın Laçın yolu ilə bağlı siyasi manipulyasiya arzuları isə bu il avqustun 16-da yerlə - yeksan oldu - BMT TŞ-nın iclasından sonra İrəvanın yalan təbliğatı tamamilə ifşa edildi. Bəlli olduğu kimi, bu yoldan dövlət sərhəd-buraxılış məntəqəsindən keçməklə indiyə qədər minlərlə insan istifadə edib, BQXK bu yola rahat və sərbəst hərəkət imkanına malikdir. Yəni, yolun “bloklanması” ilə bağlı aparılan təbliğat tamamilə uydurmadır.
Sülh razılaşmasını əldə etmək üçün...
E.Əmirbəyov bildirib ki, Azərbaycan Qarabağdakı əhali ilə ünsiyyət və onların Azərbaycan cəmiyyətinə inteqrasiyasına hazırdır. Laçında məhdud keçid var, Azərbaycan bu vəziyyətə yenidən baxa bilər, eyni zamanda separatçılar əraziyə yüklərin çatdırılması üçün başqa yollardan istifadəyə qarşı çıxmamalıdırlar. Onların Ağdam yolundan imtinasına dair fikri ilə heç də hamı razı deyil. E.Əmirbəyov qeyd edib ki, Azərbaycan ABŞ, Rusiya və digər ölkələrlə həll yollarının tapılması üzərində işləyir. Əsas iş sülh razılaşmasını əldə etmək, sərhədlərin delimitasiyasına nail olmaqdır. Lakin təəssüf ki, bütün proses Ermənistanın atdığı addımların əsirinə çevrilir. Aydın olmalıdır ki, yeganə sülh yolu Bakı ilə əməkdaşlıq etməkdən keçir.
Prezidentin xüsusi nümayəndəsinin də ifadə etdiyi kimi, Azərbaycan hər zaman reinteqrasiya, təmas təkliflərini aktual saxlayır. Eyni zamanda, Ağdam-Xankəndi yolundan istifadə təklifi də mühüm əhəmiyyət daşıyır və bu yoldan istifadə məsələsi BMT TŞ müzakirələrində də dəstəkləndi. Rusiya və bir neçə dövlət məhz bu alternativ yoldan istifadə fikrini müdafiə etdi. Təbii ki, regionda təhlükəsizliyə nail olmaq üçün ilk növbədə sülhün imzalanması vacibdir - bu isə, Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə ləngiyir.
Ermənistan anlamalıdır ki...
Guya Qarabağdakı erməni əhalinin genosidə məruz qalmasına dair suala cavab verən E.Əmirbəyov qeyd edib ki, məsələyə beynəlxalq hüquq aspektindən baxılmalıdır və ərazidə baş verənlər bu tip sözlərin əsassız şəkildə istifadə edildiyini göstərir. Sülhün əldə olunması üçün yeganə yol hər iki tərəfin öhdəliklərini yerinə yetirməsindən keçir və Azərbaycan bu prosesi bütün istiqamətlər üzrə aparır. Lakin Ermənistan üçtərəfli Bəyanatın bəzi maddələrini hələ də icra etmir, on min hərbçi və ağır hərbi texnikasını Azərbaycan ərazisindən çıxarmır, eləcə də Azərbaycan ərazilərini minalayır. Müharibə cinayətlərində günahkar olan Ermənistan sözdə deyil, əməldə iş görməli, Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Müsahibədə, həmçinin bildirilib ki, nə qədər separatçılar, Ermənistan ordusu Qarabağda qalır, Azərbaycan üçün təhlükə davam edəcəkdir və dünyanı qondarma humanitar böhranla aldatmaq lazım deyil. Aİ öz fəaliyyətini gücləndirməlidir, çünki əslində, bu il sülh müqaviləsi üzərində işi bitirmək lazım idi, lakin indi əsas fəaliyyət erməni yalanlarını neytrallaşdırmaq və həqiqətin nədən ibarət olduğunu göstərməkdən ibarətdir. E.Əmirbəyov qeyd edib ki, erməni tərəfi, istər Ermənistan ərazisindən, istərsə də Qarabağda tez-tez atəşkəsi pozur, sərhəddə təxribatlar törədilir. Azərbaycan regionda müharibə istəmir və dünyanın diqqəti sülh prosesinə yönəlməlidir. Ermənistanın saxta təbliğatı, manipulyasiyası və beynəlxalq təşkilatlardan alət kimi istifadəsinə son qoyulmalıdır.
Bəli, Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bir sıra qəbuledilməz nüansları davamlı şəkildə qabardır, hərbi təxribatlara əl atmaqdan belə çəkinmir. Təbii ki, bəzi regionda marağı olan xarici ölkələr də yaranan bu fürsətdən maksimum istifadə etmək, Ermənistanın bu destruktiv mövqeyini dəstəkləməklə ona “dayaq” olduğunu göstərməyə çalışır. Amma nəticədə bütün bu cəhdlər boşa çıxır - artıq Ermənistan da anlamalıdır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Brüsseldə baş tutan son görüşlər də bu faktı bir daha təsdiqləyir. Ermənistan dərk etməlidir ki, qeyri-konstruktiv mövqeyi ilə regionda təhlükəsizliyin təmini ilə yanaşı, özünün gələcək inkişafını da yubadır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
10 Dekabr 12:28
Siyasət
10 Dekabr 12:28
YAP xəbərləri
10 Dekabr 12:13
Siyasət
10 Dekabr 12:11
Sosial
10 Dekabr 12:08
Mədəniyyət
10 Dekabr 11:59
İqtisadiyyat
10 Dekabr 11:45
Sosial
10 Dekabr 11:08
Siyasət
10 Dekabr 11:07
İqtisadiyyat
10 Dekabr 10:58
Sosial
10 Dekabr 10:38
İqtisadiyyat
10 Dekabr 10:19
Dünya
10 Dekabr 10:15
İqtisadiyyat
10 Dekabr 09:53
Mədəniyyət
10 Dekabr 09:45
Siyasət
10 Dekabr 09:37
Siyasət
10 Dekabr 09:30
İqtisadiyyat
10 Dekabr 09:26
İqtisadiyyat
10 Dekabr 09:19
İqtisadiyyat
10 Dekabr 09:15
MEDİA
10 Dekabr 09:12
Dünya
10 Dekabr 08:59
Analitik
10 Dekabr 08:57
Analitik
10 Dekabr 08:54
Analitik
10 Dekabr 08:51
Analitik
10 Dekabr 08:48
Ədəbiyyat
10 Dekabr 08:44
Dünya
10 Dekabr 08:42
Siyasət
10 Dekabr 08:36
İdman
10 Dekabr 08:33
Xəbər lenti
09 Dekabr 23:47
Ədəbiyyat
09 Dekabr 23:29
Mədəniyyət
09 Dekabr 23:11
Elm
09 Dekabr 22:58
İdman
09 Dekabr 22:37
Dünya
09 Dekabr 22:15
Mədəniyyət
09 Dekabr 21:54
Dünya
09 Dekabr 21:37
Dünya
09 Dekabr 21:34
Hadisə
09 Dekabr 21:12
Siyasət
09 Dekabr 20:51
Sosial
09 Dekabr 20:34
Siyasət
09 Dekabr 20:18
Dünya
09 Dekabr 19:56
Mədəniyyət
09 Dekabr 19:33
Sosial
09 Dekabr 19:12
MEDİA
09 Dekabr 18:54
Siyasət
09 Dekabr 18:51
Xəbər lenti
09 Dekabr 18:49
Siyasət
09 Dekabr 18:30
Sosial
09 Dekabr 18:26
Siyasət
09 Dekabr 18:20
Dünya
09 Dekabr 17:29
İdman
09 Dekabr 17:27
Dünya
09 Dekabr 17:27
İqtisadiyyat
09 Dekabr 17:26
Elm
09 Dekabr 17:19
İdman
09 Dekabr 17:16
Siyasət
09 Dekabr 16:52
Elm
09 Dekabr 16:41
Sosial
09 Dekabr 16:24
Siyasət
09 Dekabr 16:20
Siyasət
09 Dekabr 16:18
Dünya
09 Dekabr 15:42
Dünya
09 Dekabr 15:33
Dünya
09 Dekabr 15:29
Siyasət
09 Dekabr 14:52
Xəbər lenti
09 Dekabr 14:38
Sosial
09 Dekabr 14:00
İqtisadiyyat
09 Dekabr 13:39