Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Havamız necə çirklənir?

Havamız necə çirklənir?

09.09.2023 [11:30]

Ölçülməsi və problemin aradan qaldırılması yolları...

Şahanə XANKİŞİYEVA

“Hava-su qədər vacibdir” ifadəsini zaman-zaman işlədirik. Bu da havanın insan həyatındakı ən vacib amil olduğuna dəlalət edir. Son 100 ildə isə havanın çirkləndirilməsi, zəhərli maddələrlə “zəngin” olması ən qlobal problemlər sırasındadır. Deməli, çirkləndirilmiş havanı heç də vaciblilər sırasına  aid etmək olmaz...

Atmosferi çirkləndirən maddələr nəinki insanlara, ekosistemə də mənfi təsir göstərir. Havaya qarışan çirkləndirici maddələr isə müvafiq olaraq kükürd-dioksid, hidrogen-sulfid, karbon-monoksit, azot oksidləri və digər hissəciklərdir. Xüsusilə son 100 ildə mineral yanacaqların həddindən artıq istifadəsi, istehsal və istehlakın artması atmosferi çirkləndirməyə davam edir. Hava çirkliliyi ciddi xəstəliklərə yol açmaqla yanaşı, miqren kimi xroniki və nevroloji xəstəlikləri olan şəxslərə təsir edir. Bundan başqa son zamanlar ağ ciyər xəstəliklərinin yaranmasının əsas səbəbi kimi orqanizmə daxil olan hava kütləsinin zəhərli olmasıdır.  Çirklənmənin artması, eyni zamanda, havanın temperaturunun normadan çox olmasına da səbəb olur.

Hava çirklənməsi təbii səbəblərlə yanaşı, müxtəlif zavodların və sənaye müəssisələrinin ixrac etdiyi zəhərli qazlardır. Təbii səbəblərə vulkan püskürmələri, bataqlıq qazları və mədənlərdə və ya mağaralarda qaz yığılması nəticəsində qaz və hissəcik tullantıları daxildir. Eynilə, təbii mənşəli meşə yanğınları da havaya çirkləndirici qazlar ötürür. Viruslardan, bakteriyalardan, göbələk sporlarından və tozcuq dənələrindən havanın çirklənməsi təbii və ya insan fəaliyyətindən təsirlənə bilər.

“Süni” səbəblərə gəldikdə, nəqliyyat vasitələrinin hərəkəti və sənaye obyektlərinin fəaliyyətindən yaranan qaz emissiyaları “çirkləndirmə missiyasını” öz üzərinə götürüb. Həmçinin fosil yanacaqların qızdırılması və antropik mənşəli yanğınların (meşə və tullantılar) yandırılması da bu qrupa daxildir. Həm inşaat, həm avtomobil sənayesi və digər sahələrdə səthlərin rənglənməsi və laklanması zaman atılmış hissəciklər də atmosferdə zərərli maddalərin yaranmasına səbəb olur. Boyalar, laklar və lakların bu hissəcikləri əksər hallarda zəhərlidir.

Bundan başqa şəhərlərdə avtomobillərin böyük konsentrasiyası həm qazlar, həm də zərərli maddələr havanı çirkləndirir. Avtomobil tıxacı CO2-nin ən böyük mənbələrindən biridir, bu zaman karbon hissəciklərinin yayılması  hava ilə daha sürətli sintezə girir.

Gündəlik həyatımızda ən çox rast gəldiyimiz zərərli tüstülərdən biri də tütünün tüstüsüdür. Tütünün siqarada və siqarda yandırılması nəticəsində yayılan tüstü ətrafa çox sayda maddə salır, bunların çoxu kanserogen kimi göstərilib. Bu çirkləndiricilər uşaqlarda sətəlcəmə səbəb ola bilər. Həmçinin tənəffüsdə yaranan yoluxucu xəstəliklərin 9,3 faizi bu səbəbdəndir.

Ətraf mühitlə əlaqəli ölümlərin ilk 10 səbəbindən xroniki tənəffüs yolları xəstəlikləri beşinci yerdədir. BMT-yə görə, hava çirkliliyi dünya əhalisinin 90 faizinə təsir edən səssiz bir qatildir. Hər il təxminən 7 milyon insanın ölümünə səbəb olduğu təxmin edilir, burada ən həssas insanlar yaşlı və uşaqlardır.

Bildiyimiz kimi zəlzələni və havanın tempraturunu ölçən fərqli cihazlar var. Maraqlıdır ki, havanın çirkliyini ölçən hər hansı bir cihaz və yaxud cihaz varmı? Atmosferin çirklənməsinin qarşısını almaq üçün hansı tədbirlər görülür? Maarifləndirmə işləri hansı yöndə aparılmalıdır?

Mövzu ilə bağlı “ Yeni Azərbaycan” qəzetinə açıqlama verən ekoloq Rövşən Abbasov atmosferdə zəhərin miqdarını ölçən cihazın olduğunu bildirdi.” Havanın keyfiyyəti, tozun miqdarı, yerüstü ozon, kükürd və azot oksidləri, karbon-monoksid və digər indiqatorlardır ki, bunlara hava keyfiyyəti indeksi müəyyən olunur. Hava keyfiyyəti indeksi 0-500 arası dəyişir. Əgər rəqəmlər 0-50 arasındadırsa, deməli, hava keyfiyyəti çox yaxşıdır. 50-100 arası olduqda havanın keyfiyyəti normal kimi qeyd olunur, 100-250 aralığı isə orta keyfiyyətə sahib hava şəraiti olduğunu bildirir. 250-350 arasındadırsa, pis, 250-dən sonrası isə daha pis olduğuna dəlalət gətirir.

Keyfiyyət ölçən  həm stasionar, həm mobil cihazlar var. Mobil cihazlar isə müxtəlifdir: kiçik portativ, əllə daşına bilən cihazlar və ölçüsünə görə mobildən daha böyük olanlar. Məsələn, çox vaxt tələbələrimiz sırf daşına bilən cihazlarla havanın keyfiyyətini ölçərək praktika edirlər. Bu silsilədən olan başqa cihazlar da var ki, bunları avtomobillərin üzərinə qoyaraq istənilən yerdə ölçmək mümkündür.

Stasionar cihazlar isə təyin edilmiş ərazidə qurularaq daim havanın keyfiyyətini ölçür. Bunlar daha yaxşıdır, çünki daim bir yerdə qalaraq daha düzgün və operativ şəkildə informasiya ötürür. Bu ölçülər də birbaşa internetə ötürülür. Bununla da həmin bölgədə olan hava kütləsinin keyfiyyətindən xəbərdar oluruq.

Məsələn, paytaxtda ABŞ səfirliyi binasının yerləşdiyi həyətdə bu stansionar cihazlardan biri qurulub. Beləliklə, biz istənilən vaxt internet vasitəsi ilə istənilən bölgənin hava keyfiyyətinə nəzarət edə bilərik.

Yeri gəlmişkən, Bakı və Sumqayıt şəhərlərində havanın keyfiyyəti 50-70 arası göstərir. Bu cihazlar ümumi şəhər üzərində deyil, dəqiq olaraq ərazi (küçə, qəsəbə və s.) üzərindən də ölçə bilər. Məsələn, hazırda bulvarda 36, ABŞ səfirliyinin ərazisində isə 72 göstərir. Bu rəqəmlər həm saatdan, həm də sıxlıqdan asılı olaraq dəyişir. Azərbaycanda atmosfer havasında ekstremal hallar demək olar qeydə alınmır. Başqa ölkələrin ərazisindən Azərbaycana tranzit formada toz burulğanları gələndə nadir hallarda lokal ərazilərdə yüksək çirklənmə qeydə alınır.”

Bildiyimiz kimi daima Sumqayıt şəhərinin havası ilə bağlı şikayətlər olub. Ekoloqun fikrincə, sovet dövrü ilə müqayisədə Sumqayıtın havasının keyfiyyətində xeyli dəyişiklik var. Əsas səbəblərdən biri çirkli ərazilərin təmizlənməsidir. “Sumqayıtda atmosferin təmizlənməsinə dair bi sıra layihələr həyata keçirilib, yaşıllıqlar salınıb. Bundan başqa, oradakı zavodlarda köhnə avadanlıqlar yeni, müasir, ekodost olanlarla əvəz olunub. Hətta Sumqayıtın elə yerləri var ki, orada havanın keyfiyyəti Bakı ilə müqayisədə daha yaxşıdır. Ancaq Sumqayıtın havası ilə bağlı şikayət həmişə olacaq.”

R.Abbasov Abşeron yarımadasında şəhər olmasaydı belə, bu ərazidə havanın keyfiyyətinin digər yerlərlə müqayisədə daha aşağı olacağını bildirdi. “Bakının ətrafında çoxlu daş karxanaları var. Ancaq bütün bunların fonunda Bakıda havanın keyfiyyətini pisləşdirən əsas amil avtomobillərdir. Elektrik və hibrid avtomobillərin məşhurlaşması ilə qlobal səviyyədə bu problem həllini tapır. Bu istiqamətdə çoxlu tədbirlər gedir.”

Paylaş:
Baxılıb: 1142 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31