Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tərtərdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Tərtərdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

26.05.2023 [15:17]

26 may 2023-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının  birgə təşkilatçılığı ilə YAP Tərtər  rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalq Cümhuriyyətinin varisi müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevdir” mövzusunda  tədbir  keçirilib.

Tədbirdə  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər  rayon təşkilatının sədri Eldar Əsədov, ərazi partiya təşkilat sədrləri və üzvləri  iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin  və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müstəqilliyi şərtləndirən amillərdən, həmin dövrdə siyasi şəraitdən danışaraq, bildirib ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaranıb . Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin iki illik fəaliyyəti dövründə əhəmiyyətli işlər görülüb. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb, ordu yaradıldı, qadınlara ilk dəfə səsvermə hüququ verildi. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yarandı.

Sonra YAP Tərtər  rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirdi ki, dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə yaranmış xaos vo hərcməcliyin aradan qaldırılması üçün qətiyyətli addımlar atıldı. Öz şəxsi həyatını təhlükə altında qoyaraq təşkilatçılıq qüdrəti və dərin zəkası sayəsində milləti bəladan, ölkəni  parçalanmadan xilas etdi. Ulu öndərin hakimiyyətə gəlişi ilə ölkədə siyasi sabitlik yarandı və iqtisadiyyat sürətli inkişaf dövrünə qədəm qoydu. Ulu Öndərin  hakimiyyət dövrü 1993-2003-cü illər Azarbaycan tarixinə sabitlik va inkişaf illəri kimi həkk olunmuşdur. Azərbaycanın çox şərəfli tarixi vardır. 1918-ci ilin mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın həyatına  mühüm hadisə kimi daxil olmuşdur. Bu hadisə istiqlaliyyət uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir. Bu gün hər bir soydaşımız üçün qürur günüdür.

Tədbirdə digər çıxış edənlərdən Qarabağ Regional Təhsil İdarəsinin Təhsil rayon Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva, Düyərli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Ülviyyə Süleymanova, 42 saylı Yol İstismarı MMC-də mütəxəssis Murad Qafarov Azərbaycan Xalq Cümhuruyyətinin tariximizdə yeri və rolundan, əhəmiyyətindən, idarəçilikdə demokratik dəyərlərin bərqərar olmasından, dövlət quruculuğu istiqamətində görülən işlərdən danışıb,Ümummilli liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunması istiqamətindəki fəaliyyətindən söhbət açıblar.

Tədbirin sonunda Vəlizadə Həlimə Seymur qızı, Şirinov Aydın Fərhad oğlu, Hüseynov Rasim Rüstəm oğlu, Səmədova Məhsəti Bayram qızı və Süleymanova Ülviyyə Müzəffər qızı YAP Tərtər rayon təşkilatı tərəfindən Fəxri Fərmanla  təltif edilmişdir.

Paylaş:
Baxılıb: 343 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30