Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qondarma “parlament”in qondarma “bəyanatı”...

Qondarma “parlament”in qondarma “bəyanatı”...

24.05.2023 [12:21]

“Qarabağ Azərbaycandır!” ifadəsinin artıq rəsmi İrəvan tərəifndən də təsdiqlənməsi Xankəndidəki qondarma rejimdə hökm sürən fikir ayrılığını daha da dərinləşdirib. Bunun nəticəsidir ki, Paşinyanın bəyanatının ardından həmən “toplanan” qondarma rejimin qondarma “parlamenti” ciddi “narahatlıq” keçirdiyini ifadə edib. “Təcili iclasın məqsədi Paşinyana etiraz etmək, “öz müqəddəratını təyinetmə” məsələsini gündəmə gətirmək idi, həmçinin, Araik Arutyunyandan erməni baş nazirə etiraz etməsi tələb olunub. Paşinyanın sözlərinə cavab olaraq “bəyanat” qəbul olunub”, - məlumatda qeyd olunub.

Təbii ki, qondarma rejimin bu cür cəfəngiyyatları əsassız və yolverilməzdir. Azərbaycanın tərkib hissəsi olan Qarabağda yaşayan bütün vətəndaşlar Azərbaycan vətəndaşlarıdır. 2020-ci il Vətən müharibəsinin ortaya çıxardığı reallıqların biri də Qarabağdakı erməni vətəndaşlarımızla təmasların formalaşdırılmasıdır ki, bu prosesə artıq start verilib. İndiki halda isə separatçı rejimin bu kimi oyunlarla prosesə “zərbə vurmaq” arzusu reallaşmayacaq. Ötən 30 illik işğal dövründə də, eyni zamanda II Qarabağ Müharibəsi dövründə də Azərbaycanın mövqeyi birmənalı və qəti olub - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi aparılmalıdır. Dövlətimiz hər zaman bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası hər zaman aktuallığını qoruyur.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 243 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30