Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Separatçı rejimin “arzuları: “müdafiə komitəsi” oyunu...

Separatçı rejimin “arzuları: “müdafiə komitəsi” oyunu...

20.05.2023 [18:18]

Ermənistanın sülhyönümlü davranışı Xankəndidəki separatçı rejimin “ürəyincə” deyil.

Son proseslər onu deməyə əsas verir ki, Cənubi Qafqazda sülhə mane olmağa çalışan qüvvələr indi də separatçıların arasındakı “öz adamları”nın əli ilə bu işi yerinə yetirməyə niyyətləniblər. Bunun nəticəsidir ki, separatçı rejimin “başçısı” Araik Arutyunyan belə istefaya çağırılır, yeni “oyunlar” planlaşdırılır. Məsələn, separatçı rejimin “spikeri” Artur Tovmasyanın Araik Arutyunyanı istefaya çağırması, Qarabağda “müdafiə komitəsi” yaratmaqla bağlı təklifi birmənalı qarşılanmır. Bəziləri bu “təklifi” Ermənistanın Qarabağdakı qanunsuz rejimin sonunu gətirmək üçün yeni planı adlandırır, digərləri isə yenidən ara qarışdırmaq və nələrəsə nail olmaq istəyindən irəli gəldiyini deyirlər. Hər bir halda, separatçı rejimin və onun dəstəkçilərinin yeni təxribatlar axtarışında olduğu aşkar şəkildə sezilir. İnformasiya resurslarında yer alan xəbərlərdən bəlli olur ki, Xankəndidə hazırda proseslər iki istiqamətdə cərəyan edir:

- Separatçılar arasındakı qruplaşmaların daxili çəkişməsi;

- Və Samvel Babayanın qondarma rejimin “dövlət naziri” olmaq istəyindən sonra Ruben Vardanyanın aktivləşməsi.

Xatırladaq ki, Ermənistanın “Past” qəzeti Samvel Babayanın qondarma rejimin “dövlət naziri” vəzifəsinə təyin olunmaq istəyindən yazmışdı.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Analitik

MEDİA

Siyasət

Gündəm

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30