Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İmtahan stressinə necə qalib gəlmək olar?

İmtahan stressinə necə qalib gəlmək olar?

05.05.2023 [11:10]

Qönçə QULİYEVA

İmtahan stressi, qorxu, həyəcan: İntihara aparan yol

Həyat imtahanlardan ibarətdir. Bu imtahanların öhdəsindən gəlib-gəlməmək isə öz potensialımızdan aslıdır. Yaşanan bədbəxt hadisələr də insanlar tərəfindən bir çox hallarda həyat imtahanı kimi qiymətləndirilir. Bundan başqa, müxtəlif vaxtlarda keçməli olduğumuz  test imtahanları da insan həyatının mühüm hissəsinə çevrilib. Bu imtahanlar ilə ilk tanışlığımız məktəb vaxtı olsa da, gənclik və yetkinlik dönəmini də əhatə edir. Təbii ki, test imtahanları bizim bilik səviyyəmizi

ölçməyə və yoxlamağa yönəlib. Lakin təəssüflər ki, bəziləri test imtahanını həyatının  ölüm-qalım  məsələsinə çevirib. İmtahanlara həyatını bağlayanlar stress və həyəcan səbəbilə sadə testlərin həllində belə yanılırlar. Araşdırmalar göstərir ki, normal səviyyədə olan stress uğurlu nəticə üçün kömək olsa da, həddini aşan stress insanın performansına mənfi təsir etməklə yanaşı bədəndə narahatlıqların olması ilə də nəticələnir.

Bu stress xüsusilə abuturiyentlərdə müşahidə olunur. Yaranan rəqabət mühitinə görə universitetə hazırlaşan tələbələrdə imtahan həyəcanı həm öyrənmə qabiliyyətinə, həm də imtahan performansına mənfi təsir göstərə bilər. İmtahandan əvvəl və imtahan müddətində həddindən artıq gərginlik insanın diqqətini cəmləşdirməsini və əvvəllər öyrənilmiş məlumatları yadda saxlamasını çətinləşdirir. Buna görə də narahatlığı olan şagird imtahanda tam performans göstərə bilmir. Aparılan araşdırmaya görə, imtahan həyəcanı olan tələbələrin uğurları digərlərindən daha aşağıdır. Bir insanın imtahan narahatlığı yaşamasının səbəblərindən biri müvəffəqiyyətli olmaq üçün təzyiqdir. Uğurlu olmaq üçün ətrafdan  təzyiq hiss edən tələbələr imtahan dövründə digər vaxtlara nisbətən daha çox stress keçirirlər. Bu stress insana fiziki, zehni və emosional olaraq mənfi təsir göstərir. Nəticədə, təkcə performansda deyil, həm də həyat keyfiyyətində azalma müşahidə edilə bilər.

İmtahan stressinin yaranmasına səbəb olanlar

Şagirdlərin imtahan zamanı stressə düşməsinə təsir edən bir çox məqam var. Bunların əsasında ailə və sosial mühit faktoru dayanır. Valideynlərin yüksək gözləntiləri tələbənin imtahanları olduğundan daha ciddi məsələyə çevirməsinə səbəb ola bilər. Bu zaman isə şagird özünü təzyiq altında hiss edir. Bundan başqa, imtahan bitən kimi “xalxın uşağı”nın imtahan nəticələri ilə valideynlər öz övladlarının imtahan nəticəsini müqayisə edir.

Psixoloq Aytən Ələkbərova deyir ki, imtahan zamanı yaranan təbii stresslər məsuliyyətin göstəricisidir: “Lakin imtahan zamanı yaranan hədsiz stressin səbəbkarları valideynlərdir. Valideynlər övladlarına imtahan öncəsi təhsil üçün xərclənən pulları yada salır. Bundan başqa, “məni biabır etmə” sözləri ilə övlada şüuraltı təsir edir. Şüuraltına həkk olunan bu sözlər də nəticə etibarı ilə imtahan verənin test işləmə bacarığını itirməsinə səbəb olur. Bu isə bəzən nəticələr açıqlanmasa belə, intihar hallarının yaranmasına gətirib çıxarır. Asan suallar ilə imtahan prosesinə başlayan şagirdlər qarşıdakı mərhələdə gördükləri ilk çətin suala görə həyəcanlanmağa başlayırlar. Bundan sonra, o, psixoloji olaraq bütün sualların çətin olması fikrinə qapılır. Yaranan stress nəticəsində imtahandan çıxan şagirdin vəziyyəti pisləşir. Bu zaman o ətrafda baş verənləri dərk edə bilmir. Bundan başqa, xaotik olaraq təkrarlanan ifadələr, gözlərdə qızarma başgicəllənməsi müşahidə olunur. Bu səbəbdən imtahan binaları qarşısında təcili yardım maşınları növbə çəkirlər. Bir qrup valideyn övladının imtahan öncəsi sağlam düşüncədə olmasında maraqlı olsa da, əksər valideynlər imtahan nəticələrinə görə övladlarını günahlandırırlar. Bax  bu, intihara səbəb olan faktordur. Ölüm halı yaşandıqdan sonra valideyn etdiklərini dərk etsə də,  hər şey üçün artıq çox gec olur. Övladlara qarşı psixi zorakılıq etmək olmaz. Övlada hər hansı bir işi tapşırarkən onun potensialını nəzərə almaq lazımdır”.

Sosioloq Mail Yaqub da imtahan sonrası intihar hallarının əsasən valideyn təzyiqlərinə görə baş verdiyi qənaətindədir: “Valideynlər övladlarının ilk müəllimləri və psixoloqlarıdır. Bu baxımdan valideynlik özü-özlüyündə böyük məsuliyyətdir. Valideyn övladının bütün psixoloji incəliklərinə bələd olmalıdır. Övladın xoşbəxtliklərinin və bədbəxtliklərinin əsas səbəbkarı da məhz valideynlərdir. Bəzi valideynlər övladlarını cəzalandırmaq yolu ilə oxumağa yönəltməyə çalışır. Hətta insanlar arasında bu düşüncə də var ki, imtahandan kəsilən bədbəxt olur. İmtahan öncəsi övladı sıxmaq yerinə uşağın stressini azaltmağa çalışmaq lazımdır. İmtahan stressinin əsas səbəbi valideynlərlə müzakirədir. Bu baxımdan

valideynlər imtahan öncəsi uşaqları ilə davranışlarına diqqət etməlidirlər. Valideynlərdən başqa, abituriyentlərə stress yaşadanlardan biri də müəllim faktorudur. Təhsil işçiləri şagirdlərinin düşüncələrinə bələd olmalı, dinləməli, öyrənməlidirlər”.

Paylaş:
Baxılıb: 331 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30