Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ərdoğanın hakimiyyəti dövründə...

Ərdoğanın hakimiyyəti dövründə...

04.05.2023 [10:30]

Türkiyə Türk və İslam dünyasında barışdırıcı dövlətə çevrildi

Günel ABBASOVA

Son 20 ildə Türkiyənin keçmiş olduğu yola diqqət yetirsək görərik ki, həm beynəlxalq siyasi münasibətlər, həm də iqtisadi əməkdaşlıq sistemində tamam yeni bir obrazda çıxış edir. Hər şeydən əvvəl Türkiyənin beynəlxalq siyasi proseslərə təsir imkanları əhəmiyyətli dərəcədə genişlənib. Nəzərə almaq lazımdır ki, dünyada baş verən münaqişələrin, cərəyan edən siyasi proseslərin təxminən 80 faizi birbaşa Türkiyəyə təsir edir. Ona görə də belə şərtlər daxilində ölkəni təkcə regional deyil, həm də qlobal gücə çevirmək çox böyük iradə tələb edir. Bütün bunlar da hazırkı iqtidarda mövcuddur. Türkiyənin keçmiş və gələcək perspektivlərinin, inkişafının şərhinə davam edirik...

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Elşad Mirbəşir “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 2000-ci illərdə Türkiyənin xarici ixracı təxminən 36 milyard dollar təşkil edirdi: “Bu gün isə bu rəqəm 250 milyard dollara bərabərdir. Təxminən yeddi dəfədən artıq fərq yaranıb. Türkiyənin hərbi sənayesi yox səviyyəsində idi. Bu gün Türkiyə dünyanın ən güclü hərbi sənayelərindən birinə malikdir. Türkiyə hərbi sənaye məhsullarını çox aktiv şəkildə beynəlxalq bazarlara ixrac etməkdədir. Türkiyə geosiyasi anlamda öz milli maraqlarını çox uğurla müdafiə etməkdədir. Ərdoğan balkanlara Osmanlının ortaq tarixi üzərindən, yaxın Şərqə İslam amili üzərindən, Mərkəzi Asiyaya türk kökənliyi üzərindən, Afrikaya heç bir maraq güdmədən yardım təşəbbüsləri üzərindən yol tapa bilib. Türkiyənin bu bölgələrdə olduqca pozitiv obrazını formalaşdıra bilib. Ərdoğanın rəhbərliyi dövründə Türkiyə bütün  İslam dünyasında, Türk dünyasında barışdırıcı bir dövlət statusunu qazanmış oldu. Bundan sonra da həm ayrıca olaraq türk coğrafiyası üçün, həm də bütövlükdə, İslam dünyası üçün Türkiyənin qarşıda verə biləcəyi çox böyük töhvələr var. Ona görə də, bütün türk və İslam dünyası üçün Türkiyənin hazırkı kursunun davam etdirilməsi çox vacibdir. Bu kursu davam etdirəcək tək lider Ərdoğandır. Çünki Ərdoğanın əsas opponenti tamam fərqli siyasət yürüdəcəyinin anonsunu açıq mətnlə verməkdədir. Bu müxalifətin vermiş olduğu mesajlar bütövlükdə, Türkiyənin milli maraqlarına xələl gətirə bilər”.

Deputat qeyd edib ki, Türkiyənin yenidən parlamentli respublika sisteminə qayıtması ilə bağlı fikir mövcuddur: “Amma prezidentli respublikaya keçid Türkiyənin müstəqilliyinin əsas təminatçısı oldu. Çünki parlamentli respublika dövründə Türkiyə müstəqil siyasət yeritmək imkanından praktiki olaraq məhrum idi və kənar güclər parlament qüvvələri vasitəsilə ölkənin xarici siyasətinə, hökumətin idarə olunmasına birbaşa təsir göstərir, Türkiyəni yönləndirirdilər. Ancaq Ərdoğanın təşəbbüsü, iradəsi sayəsində Türkiyə prezidentli respublikaya keçdi. 2017-ci ildə keçirilmiş referendum Türkiyə dövlətçiliyində yeni bir keyfiyyət mərhələsini şərtləndirdi. Türkiyə qısa zamanda tam müstəqil öz maraqlarına uyğun fəaliyyət göstərməyə başladı. Əhəmiyyətli dərəcədə ölkənin idxaldan asılılığının azaldılması istiqamətində təsirli addımlar atıldı. Bu gün Türkiyə dünya bazarına kifayət qədər böyük həcmdə, müxtəlif cinsdə məhsulları ixrac edir. Bütün bunlar Ərdoğan hakimiyyəti dövründə Türkiyənin qazanmış olduğu çox böyük uğurlardır. Ən əhəmiyyətli hadisələrdən biri də çox yaxın keçmişdə baş verdi. Türkiyə özünün milli avtomobil brendini istehsal etməyə başladı. Azərbaycan Prezidenti İlham Əliyevə də Türkiyənin ilk avtomobil brendi olan “Togg” hədiyyə edildi. Hesab edirəm ki, Türkiyənin ümumimilli iqisadi inkişafının, ayrıca olaraq da beynəlxalq münasibətlər sistemində Türkiyənin öz yerini gücləndirməsi istiqamətində Ərdoğanın bundan sonra atacağı daha təsirli addımlar var. Ərdoğanın yenidən prezident seçilərək başlamış olduğu çox mühüm, Türkiyənin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən prosesləri davam etdirməsi, həm Türkiyə xalqı və dövləti üçün, həm də bütün türk, islam dünyası üçün olduqca vacibdir”.

Paylaş:
Baxılıb: 303 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30