Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qeyri-sabit hava mayın 4-ü axşamadək davam edəcək

Qeyri-sabit hava mayın 4-ü axşamadək davam edəcək

02.05.2023 [11:47]

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, Kəpəz (Göygöl), Qoşqar (Daşkəsən) dağlarına və Şahdağa qar yağıb.

Düşən yağıntının miqdarı Biləsuvarda 34.0 mm (aylıq normanın 106%-i), Qaxda 28.0 mm, Qobustanda 24.0 mm (aylıq normanın 47 %-i), Astarada 15.0 mm (aylıq normanın 29%-i), İmişlidə 13.0 mm (aylıq normanın 39%-i), Şəkidə 11.0 mm, Xaltanda 9.0 mm, Gədəbəy, Beyləqanda 8.0 mm, Lənkəran, Altıağacda 7.0 mm, Cəfərxan, Naftalan, Lerik, Neftçalada 6.0 mm, Quba, Sabirabadda 5.0 mm, Balakən, Kürdəmir, Zaqatala, Qusar, Tərtər, Mingəçevir, Şabran, Naxçıvan, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Oğuz, Şamaxı, Şahdağ, Yardımlı, Culfa, Sədərək, Gəncə, Şəmkir, Qəbələ, Qrız, Şabran, Yevlax, Göyçay, Zərdab, Salyan, Şirvan, Xaçmaz, Ləzə, Göytəpədə 4.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 2.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Balakən, Naftalanda 20 m/s, Ağdamda 18 m/s, Sabirabadda 17 m/s, Naxçıvan, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında 13-15° isti, Naxçıvanda 7-12° isti, dağlıq rayonlarda 3-7° isti, yüksək dağlıq ərazilərdə 3°-dək şaxta, aran rayonlarında 11-14° isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 4-ü axşamadək davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Müşfiqə

Paylaş:
Baxılıb: 263 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30