Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nəsimi rayonunda sakinlərlə növbəti qəbul keçirilib

Nəsimi rayonunda sakinlərlə növbəti qəbul keçirilib

16.03.2023 [11:09]

Nəsimi rayonu, 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyin ərazisində sakinlərlə qəbul keçirilmişdir. Qəbulda rayon icra hakimiyyətinin başçısı, rayon üzrə yerli təşkilatın sədri və MirCəlal, Cavadxan, Asif Məhərrəmov, 20 Yanvar, Hüseyn Seyidzadə küçələrinin əhatəsində yaşayan sakinlər iştirak etmişlər.

4-cü mikrorayonda rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda sakinlərdən  Abilova Nəzakət,  Amalova Arzu, Hüseynova Səadət, Nəsibova Qumru, Səmədova Samirə, Vəliyev Bilal, Məmmədova Xədicə, Abdullayev Pərviz, Hüseynov Əli, Əhmədova Elnarə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, dam örtüyünün, kanalizasiya xəttinin təmiri, binada giriş qapılarının yenilənmısi, məhəllədaxili yolun asfalt örtüyünün təmiri,  özəl obyektlərin fəaliyyəti, yaşayış üçün yararsız olan evlərdən ibarət məhəllələrin sökülərək yenidənqurulması vacibliyi barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.

 Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Paylaş:
Baxılıb: 226 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30