Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / X Qlobal Bakı Forumu olduqca əhəmiyyətli beynəlxalq platformadır

X Qlobal Bakı Forumu olduqca əhəmiyyətli beynəlxalq platformadır

14.03.2023 [12:26]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirildi. Prezident İlham Əliyev bu nüfuzlu beynəlxalq platformada iştirak edərək geniş məzmunlu çıxış etdi.

Bununla əlaqədar açıqlama verən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə forum çərçivəsində aparılan müxtəlif müzakirələr, verilən tövsiyyələr hazırkı dünya düzənində olduqca aktual mövzulara həsr olunub. Bu baxımdan forumun işi olduqca əhəmiyyətli oldu və hazırkı vəziyyətdə baş verən bir sıra ciddi geopolitik hadisələrin fonunda yüksək peşəkarlıqdan xəbər verir. Forumda 60-dan çox ölkədən 350-dən artıq şəxsin iştirak etməsi, eləcə də onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazirin təmsil olunması müzakirələrin yüksək səviyyədə aparıldığının göstəricisidir. Çünki dünya siyasi arenasında kifayət qədər təcrübəsi və rolu olan bu şəxslərin müzakirələrdə fəal iştirakı əldə olunan tövsiyyələrin əhəmiyyətinə birbaşa təsir edir.

Rayon təşkilatının sədrinin fikrincə, dövlət başçısı İlham Əliyevin forum çərçivəsində çıxışı zamanı çox əhəmiyyətli bir mövzuya – dünyadakı münaqişələrin həlli yollarına diqqət yönəltməsi olduqca vacib idi: “Azərbaycan işğalçı Ermənistanın, onun dünyadakı havadarlarının, eləcə də bir sıra beynəlxalq təsisatların qeyri-obyektiv, şəxsi maraqlarına xidmət edən və ikili yanaşması səbəbindən torpaqlarının azad olunması üçün apardığı sülh danışıqlarında heç bir nəticə əldə etməyib. Qarabağ münaqişəsinin həlli süni şəkildə uzadılaraq məsələnin dondurulmasına və ədalətin bərpa edilməsin əsaslı maneələr yaradılıb. Bu mənada Azərbaycan münaqişələrin dövlətlər və xalqlar üçün nə qədər böyük təhlükə olduğunu çox yaxşı anlayır və dünyadakı münaqişələrin də müharibə yolu ilə deyil, məhz sülh yolu ilə, yəni aparılan birgə danışıqların nəticəsində həll edilməsinin tərəfdarıdır. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, münaqişələrin həlli bir tərəfin səyindən və qətiyyətindən asılı deyil. Gərək qarşı tərəf də bu qətiyyətdə olsun və ən əsası aparılan danışıqlarda səmimiyyət göstərsin, əldə olunan razılıqlara və öhdəliklərə tam əməl etsin”.

Azərbaycan torpaqlarını işğaldan azad etməklə tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən, icra edilməyən qətnamələrini yerinə yetirdi. Bununla da dünyaya ən önəmli mesajı – Azərbaycan dövlətinin və xalqının qətiyyətini, qüdrətini sübut etmiş oldu. Biz bu işğalla və Ermənistanın etniktəmizləmə, vandalizm əməlləri ilə heç bir zaman barışmayacaq və göz yummayacağıq deyəndə, Azərbaycan xalqının səbir kasası sonsuz deyil deyəndə hərb yolunu istisna etmirdik. Azərbaycan öz tarixi torpaqları, ata-baba yurd yerlərinin azadlığı uğrunda Ermənistanla mübarizəsini davam etdirirdi. Biz kifayət qədər səbirli davrandıq, 30 ilə yaxın müddət aparılan danışıqlar prosesində fəal iştirak etdik. Bütün dünyanı bu münaqişənin həllinə töhfə verməyə, səy göstərməyə səslədik. Ancaq dünyadan  bir səs çıxmadı. Bir sıra dost, qardaş ölkələr və beynəlxalq təşkilatlar istisna olmaqla dünya bu ədalətsizliyə susdu, göz yumdu. Beləliklə, Azərbaycan öz gücü hesabına müharibədə şanlı zəfərə imza ataraq, torpaqlarını işğaldan azad etdi: “Bu gün həmin ərazilərimizdə quruculuq, abadlıq, yenidənqurma işləri sürətlə həyata keçirilir. Ermənistanın bu 30 il ərazində dağıtdığı, talan etdiyi bütün şəhər və kəndlərimiz yenidən inşa edilir. Tez bir zamanda soydaşlarımızın öz yurd-yuvalarına geri qaytarılması üçün Qarabağımız dirçəldilir, dünyamiqyaslı infrastruktur layihələri uğurla həyata keçirilir. Bu gün Qarabağ iqtisadi rayonunda görülən işlər, həm də dövlətimizin qüdrətinin göstəricisidir. Lakin dövlət başçısı İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan Qarabağın bir sıra ərazisində yaşayan erməniləri bərabərhüquqlu vətəndaşları kimi qəbul etməyə, onların həyatı üçün hər bir şəraiti yaratmağa hazırdır. Onlar beynəlxalq hüquqla təsdiq edilmiş Azərbaycan ərazilərində Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməli və ermənilər digər etnik millətlər kimi bizim qanunlarımıza hörmət etməlidirlər. Lakin revanşist qüvvələr öz məkrli niyyətlərindən və məqsədlərindən əl çəkməlidirlər. Çünki Azərbaycan istənilən təxribatın qarşısının almağa hər an hazırdır”.

Paylaş:
Baxılıb: 213 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30