Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Formula 1 Azərbaycan Qran-Prisi: Gözlənilməzə hazır ol!

Formula 1 Azərbaycan Qran-Prisi: Gözlənilməzə hazır ol!

01.03.2023 [15:31]

Bakıda yeddinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da paytaxtda minlərlə F-1 azarkeşini qarşılamağa hazırlaşır. 2016-cı ildəki debütündən bəri bu yarış bütün gözləntiləri aşa bilib, Formula 1 aləmində şəhər yarışlarının ətrafındakı stereotipləri qırmağa nail olub və azarkeşlərin hər il səbirsizliklə gözlədiyi yarışlardan biri olmağı bacarıb.

Cəsarətli ötmə manevrləri, trekdəki gərgin mübarizə, sürpriz qaliblər və podiumlar, ani dəyişikliklərin gətirdiyi nəticələr, məyusluq və sevinc – bütün bunlar Formula 1 Azərbaycan Qran-Prisinin ayrılmaz hissəsidir. Bu il “Gözlənilməzə hazır ol” adı altında keçiriləcək yarış bu ənənəni davam etdirərək azarkeşlərə daha bir unudulmaz həftəsonu bəxş edəcək.

Formula 1 dünya çempionatının Azərbaycan mərhələsində indiyədək altı fərqli pilot qalib gəlib. Bu baxımdan Azərbaycan Qran-Prisi gözlənilməzlərin baş verdiyi yarış titulunu qoruyub saxlaya bilib. “Bakı sindromu” kimi tanınan bu termin F-1 azarkeşləri arasında populyardır.

6,003 kilometrlik trek uzunluğu ilə Bakı hazırkı F-1 təqvimində dördüncü ən uzun trekdir, həmçinin sıralanma turunda Luis Hamilton və Çarlz Leklerin qəzaya uğradığı məşhur “qala hissəsində” ən dar döngəyə (7,6 m) malikdir.

Bundan başqa, Bakı yarışı ən sürətli şəhər yarışlarından biridir. F-1 trekləri arasında ən uzun sürət düzlüyü (2,2 km) məhz Bakıdadır və qeydə alınan rəsmi maksimal sürət (Valtteri Bottas, “Williams” komandası) 366 kilometr saatdır.

Lakin Bakı qlobal Formula 1 ailəsini təkcə trekdə təəccübləndirmir. Yarışı yerində və ya evdən izləyən tamaşaçılar heyrətamiz şəhər fonunda baş verən bu möhtəşəm idman tədbirində tamam fərqli təcrübə yaşayırlar. F-1 pilotlarının UNESCO tərəfindən qorunan İçərişəhər, eləcə də şəhərin müasir siluetini və gözəl Xəzər dənizi mənzərəsini özündə birləşdirən Bakının mərkəzinin mənzərəli küçələrində yarışması yarışa xüsusi maraq qatır. Mühərriklər söndükdən sonra isə azarkeşlər zəngin tarixi və müasirliyi özündə birləşdirən şəhərimizi gecəyə qədər kəşf edə bilərlər. Bakı Şərqlə Qərbin, qədimliyin və müasirliyin qovuşduğu şəhərdir. Bir sözlə, F-1 təqvimində bənzəri olmayan bir şəhərdir.

Bakı bu il ilk dəfə olaraq sprint yarışına ev sahibliyi edəcək. Bununla da azarkeşlər hazırda cümə günü günorta saatlarında keçiriləcək ənənəvi sıralanma turu da daxil olmaqla, üç gün ərzində rəqabətin yüksək həddə yüksəldiyi yarışdan maksimum zövq ala biləcəklər. Aprelin 29-da keçiriləcək sprint yarışı, eyni zamanda, cari F-1 mövsümünün ilk sprint yarışıdır.

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31