Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Heydər Əliyev ili” çərçivəsində YAP Samux rayon təşkilatı tədbir keçirib

“Heydər Əliyev ili” çərçivəsində YAP Samux rayon təşkilatı tədbir keçirib

06.03.2023 [16:10]

Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində YAP Samux rayon təşkilatı bütün ərazi partiya təşkilatlarında YAP üzvlərinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Heydər Əliyev işığı daim bizimlədir” adlı tədbirlərin keçirilməsi davam edir.

06 mart 2023-cü il tarixdə YAP Samux rayon təşkilatının Alabaşlı qəsəbəsində yerləşən ərazi partiya təşkilatlarının birgə təşkilatçılığı ilə Alabaşlı qəsəbə tam orta məktəbində geniş tədbir keçirildi.Tədbirdə Alabaşlı qəsəbə, tam orta məktəb və uşaq bağçası ərazi partiya təşkilatlarının YAP üzvləri iştirak etdi. Tədbirə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və aparat əməkdaşları dəvət edilmişdi.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışdı və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verdi.

Sonra ərazi partiya təşkilat sədrləri və partiya fəalları çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən, Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, onun Azərbaycanın müstəqilliyi ilə bağlı gördüyü işlərdən danışdılar. Məktəb şagirdlərinin ifasında Ulu Öndərə həsr edilmiş şerlər səsləndirildi.

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30