Qoşulmama Hərəkatı nüfuzlu aktor kimi…
06.03.2023 [15:59]
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş Zirvə görüşü mühüm məqamları ilə yadda qaldı. Pandemiya dövrünün əsas çağırışı olan “Biz birlikdə güclüyük!” Qoşulmama Hərəkatının atdığı addımlarda da özünün aydın ifadəsini tapır. Belə ki, Hərəkatın sədri olan Azərbaycan qlobal həmrəyliyin və əməkdaşlığın vacibliyini önə çəkərək bu istiqamətdə davamlı addımlar atır. Azərbaycanın Hərəkata sədrliyi dövrü pandemiyaya qarşı mübarizə tədbirlərinin aparılması ilə xarakterizə olunduğundan ölkəmizin istər daxildə, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər diqqətdədir. Dövlət başçısı İlham Əliyev qlobal problemlərə qarşı birgə səylərin göstərilməsinə çağırış edərək Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu mühüm məqamı xüsusi qeyd edə bilərik ki, bu Hərəkat son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub. Qoşulmama Hərəkatı qlobal həmrəyliyə mühüm töhfələr verib. Təbii ki, bu uğurlar Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən başlayıb. 2020-ci ildə baş tutan Qoşulmama Hərəkatının Zirvə görüşündə cənab İlham Əliyev BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif etdi. Bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. Xüsusilə pandemiya zamanı beynəlxalq həmrəyliyin artırılmasına, “peyvənd millətçiliyi”nə qarşı 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında iki qətnamənin qəbuluna nail olunması mühüm əhəmiyyətə malik idi.
Ötən İl Hərakata üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətinin bir il uzadılması ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun, söz sahibliyinin göstəricisidir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri Qoşulmama Hərəkatının fəaliyyətinin əsas prinsipləri ilə üst-üstə düşür. Ədaləti və beynəlxalq hüququ müdafiə etmək prioritetdir. Qeyd etdiyimiz kimi, Hərəkat son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm platformalardan birinə çevrilib. Prezident İlham Əliyevin sözügedən Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan sədrliyi dövründə Hərəkatın institusional inkişafına güclü dəstək verib. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılıb. Qlobal əhəmiyyətli məsələlərin müzakirəsi və həlli baxımından Hərəkatın fəaliyyətini genişləndirməsi olduqca vacibdir. Hərəkatın BMT-dən sonra ikinci böyük siyasi təsisat olduğunu, 120 ölkəni sıralarında birləşdirdiyini nəzərə alsaq, Qoşulmama Hərəkatının dünya siyasətində rolu daha aydın şəkildə nəzərə çarpır. Cənab İlham Əliyevin BMT sistemində islahatların aparılması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi məsələlərini müzakirə edərkən səsləndirdiyi “Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir” çağırışı özündə bütün məqamları ehtiva edir. Cənab İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağıran dövlət başçısı İlham Əliyev bildirdi ki, Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik. Ölkə Prezidenti belə bir əminliyi də ifadə etdi ki, COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək. Burada iki qlobal çağırış diqqətə çatdırıldı. Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır: “İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq postpandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər.”
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
Siyasət
31 May 23:00

Siyasət
31 May 21:39

Xəbər lenti
31 May 21:37

Siyasət
31 May 21:34

Siyasət
31 May 20:03

Xəbər lenti
31 May 19:33

Xəbər lenti
31 May 18:13

İqtisadiyyat
31 May 16:54

Xəbər lenti
31 May 16:53

Xəbər lenti
31 May 16:16

Dünya
31 May 15:47

Xəbər lenti
31 May 15:02

Xəbər lenti
31 May 14:39

Xəbər lenti
31 May 14:35

İqtisadiyyat
31 May 14:05

Xəbər lenti
31 May 13:30

Xəbər lenti
31 May 12:59

Xəbər lenti
31 May 12:29

Gündəm
31 May 12:22

İqtisadiyyat
31 May 12:09

Siyasət
31 May 11:56

Gündəm
31 May 11:53

Xəbər lenti
31 May 11:48

Xəbər lenti
31 May 11:30

Xəbər lenti
31 May 11:25

Sosial
31 May 11:15

MEDİA
31 May 11:10

Xəbər lenti
31 May 11:09

Xəbər lenti
31 May 11:08

Xəbər lenti
31 May 10:55

Xəbər lenti
31 May 10:50

Xəbər lenti
31 May 10:45

Xəbər lenti
31 May 10:44

Analitik
31 May 10:41

Xəbər lenti
31 May 10:33

Siyasət
31 May 10:30

Siyasət
31 May 10:22

Siyasət
31 May 10:20

Siyasət
31 May 10:15

Xəbər lenti
31 May 10:10

Gündəm
31 May 10:00

Xəbər lenti
31 May 09:57

Xəbər lenti
31 May 09:56

Xəbər lenti
31 May 00:01

Xəbər lenti
30 May 23:48

Xəbər lenti
30 May 21:46

Xəbər lenti
30 May 20:03

Xəbər lenti
30 May 19:59

Xəbər lenti
30 May 19:03

Xəbər lenti
30 May 18:40

Xəbər lenti
30 May 18:04

Xəbər lenti
30 May 17:45

İqtisadiyyat
30 May 16:46

Siyasət
30 May 16:41

Xəbər lenti
30 May 16:20

Xəbər lenti
30 May 16:13

Xəbər lenti
30 May 16:08

Xəbər lenti
30 May 15:34

Dünya
30 May 15:33

Xəbər lenti
30 May 15:13

Xəbər lenti
30 May 15:04

Xəbər lenti
30 May 14:31

Xəbər lenti
30 May 14:28

Xəbər lenti
30 May 14:12

Gündəm
30 May 13:40

Siyasət
30 May 13:38

Xəbər lenti
30 May 13:35

Xəbər lenti
30 May 13:34

Xəbər lenti
30 May 13:23

Xəbər lenti
30 May 13:13

E-qəzet
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |