Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə yeni bir mərhələyə qədəm qoyub
06.03.2023 [10:57]
Qoşulmama Hərəkatı dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına Azərbaycan 2011-ci ildən üzv olmuşdur. Azərbaycan bütün bu müddət ərzində Təşkilatın dünyada nüfuzunun daha da artmasında önəmli rol oynamışdır. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə, Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.
Cari ilin mart ayının 2 - də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidentləri, üç ölkənin vitse-prezidentləri, eyni zamanda nazirlər, nazir müavinləri, səfirlər qatılıb.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib. Cənab Prezident öz çıxışında bir sıra mühüm məsələyə toxundu bunlardan biri də məhz BMT Təhlükəsizlik Şurasının səmərəsizliyi ilə bağlı idi ki, Ermənistan tərəfindən ərazisi işğala məruz qalan Azərbaycan 30 ilə yaxın müddətdə daim diplomatik təmkin nümayiş etdirirdi, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşırdı, lakin bunun müqabilində düşmən ölkəyə ciddi beynəlxalq təzyiqin göstərilməməsi vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ildə BMT – nin qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini qeyd – şərtsiz tərk etmələri haqqında 822, 853, 874, 884 saylı qətnaməsinə məhəl qoymayaraq, işğal etdikləri ərazilərdə mühəndis – istehkam qurğuları qurmaqla Azərbaycana aşkar şəkildə meydan oxuyaraq yeni müharibə, yeni ərazilər şüarını səsləndirmələri Azərbaycana hərbi yolu seçməkdən başqa ikinci bir seçim imkanı qoymadı. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün 2020-ci ildə hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalması faktı özü də BMT Təhlükəsizlik Şurasının səmərəsizliyindən xəbər verir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etməsi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etməsi BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə baş vermiş hadisə idi.
Qeyd etmək lazımdır ki, Məsələ bundadır ki, bu qurumun bəzi qətnamələri bir neçə günün içində icra olunurlar. Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır.
Baş tutan Zirvə görüşündə dünyanın təhlükəsiz gələcəyi naminə aparılan müzakirələr, səsləndirilən çağırışlar, irəli sürülən təkliflər bir daha Qoşulmama Hərəkatının qlobal əhəmiyyətini açıqladı.
Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrliyi ilə təşkilat sürətli şəkildə inkişaf edib. Azərbaycanın fəaliyyəti və göstərdiyi səylər beynəlxalq nüfuza malik olmasını əks etdirir. Bu gün göstərilən səylər və görülən işlər ölkəmizin dünya miqyasında aparıcı dövlət olmasından irəli gəlir. Hərəkatın sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə görülən işlər dünyanın beyin mərkəzləri və güclü dövlətlər tərəfindən də rəğbətlə qarşılanır. Əminliklə deyə bilərik ki, Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə yeni bir mərhələyə qədəm qoyub.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
Siyasət
31 May 23:00

Siyasət
31 May 21:39

Xəbər lenti
31 May 21:37

Siyasət
31 May 21:34

Siyasət
31 May 20:03

Xəbər lenti
31 May 19:33

Xəbər lenti
31 May 18:13

İqtisadiyyat
31 May 16:54

Xəbər lenti
31 May 16:53

Xəbər lenti
31 May 16:16

Dünya
31 May 15:47

Xəbər lenti
31 May 15:02

Xəbər lenti
31 May 14:39

Xəbər lenti
31 May 14:35

İqtisadiyyat
31 May 14:05

Xəbər lenti
31 May 13:30

Xəbər lenti
31 May 12:59

Xəbər lenti
31 May 12:29

Gündəm
31 May 12:22

İqtisadiyyat
31 May 12:09

Siyasət
31 May 11:56

Gündəm
31 May 11:53

Xəbər lenti
31 May 11:48

Xəbər lenti
31 May 11:30

Xəbər lenti
31 May 11:25

Sosial
31 May 11:15

MEDİA
31 May 11:10

Xəbər lenti
31 May 11:09

Xəbər lenti
31 May 11:08

Xəbər lenti
31 May 10:55

Xəbər lenti
31 May 10:50

Xəbər lenti
31 May 10:45

Xəbər lenti
31 May 10:44

Analitik
31 May 10:41

Xəbər lenti
31 May 10:33

Siyasət
31 May 10:30

Siyasət
31 May 10:22

Siyasət
31 May 10:20

Siyasət
31 May 10:15

Xəbər lenti
31 May 10:10

Gündəm
31 May 10:00

Xəbər lenti
31 May 09:57

Xəbər lenti
31 May 09:56

Xəbər lenti
31 May 00:01

Xəbər lenti
30 May 23:48

Xəbər lenti
30 May 21:46

Xəbər lenti
30 May 20:03

Xəbər lenti
30 May 19:59

Xəbər lenti
30 May 19:03

Xəbər lenti
30 May 18:40

Xəbər lenti
30 May 18:04

Xəbər lenti
30 May 17:45

İqtisadiyyat
30 May 16:46

Siyasət
30 May 16:41

Xəbər lenti
30 May 16:20

Xəbər lenti
30 May 16:13

Xəbər lenti
30 May 16:08

Xəbər lenti
30 May 15:34

Dünya
30 May 15:33

Xəbər lenti
30 May 15:13

Xəbər lenti
30 May 15:04

Xəbər lenti
30 May 14:31

Xəbər lenti
30 May 14:28

Xəbər lenti
30 May 14:12

Gündəm
30 May 13:40

Siyasət
30 May 13:38

Xəbər lenti
30 May 13:35

Xəbər lenti
30 May 13:34

Xəbər lenti
30 May 13:23

Xəbər lenti
30 May 13:13

E-qəzet
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |